​İsraildə şok: Müsəlman qadınlar çılpaq vəziyyətə salındı

Əslən Fələstin ərəbi olan üç gənc müsəlman qadın hava limanında yoxlama zamanı ayrı-seçkiliyə məruz qaldıqlarına görə İsrailin “ElAl” və “Arkia” aviaşirkətlərini məhkəməyə verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb. Mətbuat İsrail vətəndaşı olan bu qadınların uçuşdan əvvəl yoxlama zamanı yalnız bədənlərində axtarış edilmədiyini, həmçinin hava limanının təhlükəsizlik əməkdaşları tərəfindən cinsi zorakılığa məruz qaldığını yazıb. Belə ki, hava limanı işçiləri qadınları təhdid edərək, çılpaq soyunmayacaqları halda təyyarəyə buraxılmayacağını söyləyiblər.
Alçaldılan qadınlar axtarışın 2 saatdan çox davam etdiyini bildiriblər. Axtarış zamanı bütün paltarlarını soyunan qadınlardan biri utanc və stressdən huşunu itirib.
Qadınların hüquqlarını müdafiə edən vəkil Avni Bana isə onların məhz milliyyətlərinə görə soyundurulduqlarını və terrorçu kimi yanaşmaya məruz qaldıqlarını söyləyib.