Suriya böhranından bu yolla çıxmaq olar - KÜRD LİDER

Suriyanın konfederasiyaya çevrilməsi ölkənin problemlərinin həllinə yardım edəcək.
Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Suriya kürdlərinin liderlərindən hesab olunan Əbdülkərim Umar söyləyib.
“Altı illik böhrandan sonra cəmiyyət və Suriya parçalanıb. Biz Suriyanın gələcəyi üçün mərkəzləşdirilmiş hakimiyyət yox, federasiya təklif edirik. Bu, Suriyanın problemini həll edəcək. Bizim üçün yeganə alternativ variant Yaxın Şərqdə demokratik konfederasiyanın yaradılmasıdır”, - deyə o bildirib.