Dəməşq yenə "partladı" - İntiharçı terrorçular öldü
11-10-2017 17:39

Suriyanın paytaxtı Dəməşqdə iki intiharçı terrorçu partlayış törədib.
Trend-in məlumatına görə, polis məntəqəsinin yaxınlığında ard-arda iki partlayış baş verib.
Qeyd olunur ki, terrorçular məntəqəyə hücum etmək istəyərkən, onların qarşısı alınıb və həmin an onlar özlərini partladıb.
Partlayış nəticəsində 2 terrorçudan başqa da, ölən və yaralananların olduğu deyilir.