Axtarış

The search found 105785 results in 0.031 seconds.

Search results

  1. ABŞ üçün pis xəbər – 3 ölkədən Vaşinqtona çağırış

    Almaniya, İngiltərə və Fransa ABŞ-a İranla imzalanan nüvə sazişindən imtina etməməklə bağlı çağırış edib.
     
    Çağırışda 2025-ci ilə qədər nüvə sazişinin qüvvədə qalması istənilib.
    ABŞ mediasında bu çağırış “Vaşinqtona pis xəbər” başlığı ilə yayımlanıb.

    Muxalifet - 9-10-2017

  2. Türkiyədə terrorçu ÖZÜNÜ PARTLATDI

    Türkiyədə terrorçu özünü partladıb. 
    Muğla vilayətində ötən həftə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açmış 7 terrorçudan 5-i zərərsizləşdirilsə də, ikisi ərazidən qaça bilmişdi. Axtarış zamanı həmin terrorçulardan biri ələ keçdiyini görüncə gizləndiyi evdə özünü partladıb. 
    Digər terrorçunun axtarışı davam etdirilir.

    Muxalifet2 - 9-10-2017

  3. Qarabağa səfər edən türklər FETO-çu çıxdı

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə səfər edən 4 Türkiyə vətəndaşından biri, HDP-nin keçmiş millət vəkili Ufuk Urasın FETÖ terror təşkilatının lideri Fətullah Gülənin adamı olduğu deyilir.
     
    Türkiyədə Vətən Partiyasının lideri, “dərin dövlət”ə bağlı olduğu deyilən Doğu Perinçekin bir müddət öncə açıqladığı faktlar bu kontekstdə diqqət çəkir.

    Muxalifet - 9-10-2017

  4. Dünya bu günü gözləyir: Tramp fırtına XƏBƏRDARLIĞI ETMİŞDİ

    Almaniya, İngiltərə və Fransa Vaşinqtonu 2015-ci ildə “altılıq”la İran arasında imzalanmış nüvə razılaşmasından çəkilməməyə çağırıb.
    Bu haqda “Röyters” agentliyi məlumat yayıb.
    ABŞ mediasənın yazdığına görə, prezident Donald Tramp artıq oktyabrın 12-də İranla bağlı yeni strategiyasını açıqlayacaq. Bəzi mənbələrə görə, İranla müqaviləni “ABŞ tarixinin ən pis razılaşması” adlandıran Donald Tramp ABŞ-ın müqavilədən geri çəkiləcəyini elan edəcək.

    Muxalifet2 - 9-10-2017

  5. 35 yaşlı kişi hündürmərtəbəli binadan yıxılaraq öldü - Cəlilabadda

    Cəlilabad rayon sakini tikintidə faciəli şəkildə dünyasını dəyişib.
    “Report”un Aran bürosu xəbər verir ki, hadisə Sumqayıt şәhәrindә baş verib.
    Belə ki, Cәlilabad rayonunun Abışabad kәnd sakini, 35 yaşlı Hafis Kәrimxan oğlu Kərimov işlәdiyi hündürmərtəbəli binadan yıxılaraq dünyasını dәyişib. Meyit məhkəmə tibbi ekspertizasından sonra ailəsinə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 9-10-2017

  6. Qış çox sərt olacaq — RƏSMİ

    “Bu il qış ötən ilkindən sərt olacaq”.
     
    Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.
    Onun sözlərinə görə, bu il ölkəmizin ərazisinə qar daha çox yağacaq: “İndi ölkəmizdə cənub küləyi əsir. Şimal küləyinə keçən kimi havalar soyumağa başlayacaq. Qardan asılı olmayaraq, bu il qış sərt keçəcək. Hava şaxtalı olacaq. Ölkə ərazisində 2-3 dərəcə isti olacaq. Bu da küləklə birləşən zaman, ölkə ərazisində soyuq havaların hökm sürəcəyini indidən proqnozlaşdırmaq mümkündür”.

    Muxalifet - 9-10-2017

  7. "Türkiyə buna yol versə, yeni Kobani yaşayacağıq"

     
    Ən uzaq şərqdən Aralıq dənizinə yaradılması planlaşdırılan terror dəhlizini biz pozmaq məcburiyyətindəyik, buna imkan vermərik.
     
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Mazhar Bağlı çıxış edib.
    İdlib və Afrinin Türkiyə ilə çox yaxın olduğunu və bundan yaranacaq çətinliyin aradan qaldırılmasında məcbur olduqlarını deyən Bağlı bildirib ki, Türkiyə buna imkan versə, yeni bir Kobani yaşayacağıq. Biz yeni bir Kobani yaşamaq istəmirik və bunu yaşamayacağıq.
     

    Muxalifet2 - 9-10-2017

  8. Xameneyi ilə azərbaycanlı uşağın dialoqu: “Sən türksən, ya farssan?” – VİDEO

    İranın dini lideri azərbaycanlı qadına övladına turkcə öyrətməyi tövsiyə edib.
    İran ali dini liderinin şəhid ailələri ilə görüşü zamanı maraqlı anlar yaşanıb.
    Şəhid övladının gətirdiyi məktuba baxan ve uşaqla söhbət edən Ayətullah Seyid Əli Xameneyi uşaqdan Azərbaycan dilində “sən türksən, ya farssan”, deyə soruşur. Uşağın anası türkcə başa düşdüyünü, ancaq danışa bilmədiyini deyir.

    Muxalifet2 - 9-10-2017

  9. ​“Bu ölkəsiz Rusiya imperiyası yoxdur” - Putinin planı ORTAYA ÇIXDI

     
    Şimali Koreya nüvə proqramı məsələsi Ukrayna üçün ABŞ-la ticarətdə istifadə olunması üçün Rusiya tərəfindən kəskinləşdirilir.
    Muxalifet.az xəbər verir ki, bu fikirlə “Obozrevatel TV”-nin efirində siyasi ekspert, beynəlxalq hüquq mütəxəssisi Ruslan Osipenko çıxış edib.
    “Rusiya maraqlı olacaq ki, problemin həllində iştirak edəcəyi vaxta kimi regionda gərginlik artsın. Və Trampa deyəcək: “Danışıqlar masası arxasında olsam, problemi bir dəqiqə içində asanlıqla həll edə bilərəm. Amma mənim də öz maraqlarım var”, - o deyib.

    Muxalifet2 - 9-10-2017

  10. Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər

    DÇ-2018-in seçmə mərhələsinin başa çatması həm də UEFA-nın yeni turniri olan Millətlər Liqasında iştirakçıların liqa və səbətlərinə tam aydınlıq gətirəcək.
    Muxalifet.az  xəbər verir ki, seçmə mərhələnin sonuna 2 gün qalsa da, artıq bir sıra mətləblərə aydınlıq gəlib.

    Muxalifet2 - 9-10-2017

  11. Oktyabrın 11-də MDB dövlət başçılarının sammiti keçiriləcək

     
    Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

    Muxalifet2 - 9-10-2017

  12. ​“20 minlik çevik qoşunla Ermənistanın yanında olacağıq” – KTMT-nin qərargah rəisi

     
    Əgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iyirmiminlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq
    Bunu bir gün əvvəl jurnalistlərlə görüşdə KTMT-nın Birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov deyib.

    Muxalifet2 - 9-10-2017

  13. ​Türkiyə naziri ABŞ səfirinin təklifini rədd etdi

    ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ilə görüşmək istədiyini bildirib.
    Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, Gül ABŞ səfirinin təklifini rədd edib.
    Qeyd edək ki, Türkiyə və ABŞ arasında viza böhranı yaşanır.
    Böhrana səbəb Türkiyə polisinin terrorçuluq ittihamı ilə ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuzu həbs etməsidir.
     

    Muxalifet2 - 9-10-2017

  14. ​Millət vəkillərimiz Bişkekə gedir - Səbəb

     
    Milli Məclisin deputatları Nizami Cəfərov və Rauf Əliyev Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar.
    Muxalifet.az xəbər verir ki, parlamentin mətbuat xidmətindən bildiriblər ki, Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.
    Deputatlar bir sıra seçki məntəqələrində olacaq, prosesin təşkili, vətəndaşların fəallığı ilə maraqlanacaqlar.
    Səfər oktyabrın 17-də başa çatacaq.
     

    Muxalifet2 - 9-10-2017

  15. Prezident: Daha çox kənd yollarının təmirini təmin edəcəyik

    
    Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın.
     

    Muxalifet2 - 9-10-2017

  16. ​Türkiyənin düşmənləri Moskvada: Problemin həlli...

     
    PYD və YPG heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edib.
     
    Muxalifet.az xəbər verir ki, PYD-nin bağlı olduğu Demokratik Suriya Məclisinin rəhbəri Rezan Hiddonun rəhbərliyi altında rusiyalı bürokratlarla görüş keçirilib.
    Görüşdə Suriya münaqişəsi və problemlərin həlli yolları müzakirə edilib.
    "Siyasi prosesin təşviq edilməsi üçün iş görmək lazım olduğunu vurğuladıq. Çünki, bu prosesin də hərbi əməliyyatlarla eyni tempdə getməsi önəmlidir", - Hiddo qeyd edib.
     

    Muxalifet2 - 9-10-2017

  17. ​“Azərbaycanın “Böyük Ermənistan”ın ərazisi kimi təqdim edilməsinə görə nazirlik üzr istəməlidir” — tarixçidən AÇIQLAMA

     
    Muxalifet.az xəbər verir ki, bunu “Ölkə.Az”-a açıqlamasında “Su İstehsalçıları” İctimai Birliyinin sədri, tarixçi Dövlət Məmmədov bildirib. 
    D.Məmmədov Təhsil Nazirliyi rəhbərliyini bu məsələ ilə əlaqədar Azərbaycan xalqından üzr istəməyə çağırıb:

    Muxalifet2 - 9-10-2017

  18. ​İlham Əliyev İqtisadiyyat Nazirliyinə göstəriş verdi

     
    "İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın".
    Bunu Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı bildirib.

    Muxalifet2 - 9-10-2017

  19. Kəmaləddin Heydərovun biznes imperiyası Fərhad Əliyevin nəzarətinə keçir — SENSASİON XƏBƏR

    Muxalifet.az olke.az-a istinadən xəbər verir ki, 2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.

    Muxalifet2 - 9-10-2017

  20. ADP xəyanətkarların ən ağır formada cəzalandırılmasını tələb edir

    Partiya tarix dərsliyində Dağlıq Qarabağ ərazisinin “Böyük Ermənistan” ərazisi kimi verilməsini milli xəyanət hesab edir
     

    Muxalifet2 - 9-10-2017

Pages