Maşını aşıran sürücü öldü - BAKIDA

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində qeydə alınıb. Bakı şəhər sakini, 35 yaşlı Xalid Haqverdiyev idarə etdiyi “Hova” markalı avtomobili aşırıb.
Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə keçinib.