Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. ​"Bir tərəfimdə ərim, digərində o uzanmışdı" — Zorlanan qadın

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə İ.Əhmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

    Muxalifet2 - 9-10-2017

  2. ​ABŞ-la Türkiyənin “viza gərginliyinin” əsl səbəbi

     
    Rusiya və İran Türkiyənin taktiki müttəfiqləridir, ABŞ isə strateji müttəfiqdir və bütün fikir ayrılıqlarına baxmayaraq, bu müttəfiqliyin pozulacağı inandırıcı deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Nəzakət Məmmədova Türkiyə və ABŞ arasında son günlər yaşanan viza məsələsi ilə bağlı problemə münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ və Türkiyənin qarşılıqlı şəkildə qeyri-emiqrasiya vizalarının verilişini dayandırması iki ölkə arasında uzun müddətdir davam edən diplomatik gərginliyin kuliminasiya nöqtəsidir:

    Muxalifet2 - 9-10-2017

  3. Deputat: “Nümayəndəlik institutunun ləğvi..."

     
    Azərbaycanın mülki qanunvericiliyinə təklif olunan dəyişiklikdə nümayəndəlik institutunun ləğvi nəzərdə tutulmur.
    Muxalifet.az xəbər verir ki, bunu report-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib.

    Muxalifet2 - 9-10-2017

  4. NATO-nun baş katibi: “Rusiya ilə “soyuq müharibə”..."

     
    “Şimali Atlantika İttifaqı Rusiya ilə “soyuq müharibə” istəmir”.
    Muxalifet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
    “Söhbət hərbi təlimlərdən gedirsə, biz Rusiya tərəfindən şəffaflığın olmamasından narahatıq. Rusiya bizim qonşumuzdur, biz Rusiyanı təcrid etmək istəmirik, biz yeni “soyuq müharibə”ni istəmirik”, - “Polşa” radiosu Stoltenberqin Buxarestdə NATO Parlament Assmbleyasının sessiyasında səslənmiş sözlərini sitat gətirib.

    Muxalifet2 - 9-10-2017

  5. ​İlham Əliyev: "Yeni otellərin tikintisi mütləq təmin edilməlidir"

     
    "Yeni otellərin tikintisi mütləq təmin edilməlidir".
    Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

    Muxalifet2 - 9-10-2017

  6. ​“Qızıl Top”un daha 5 namizədi bəlli oldu - SİYAHI

    Fransanın nüfuzlu “France Football” nəşri “Qızıl top” mükafatına daha 5 namizədin adını açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, bunlar Canluici Buffon (“Yuventus”), Antuan Qrizmann (“Atletiko”), Radamel Falkao (“Monako”), Toni Kroos (“Real”) və Sadio Manedir (“Liverpul”).

    Muxalifet2 - 9-10-2017

  7. AŞPA NK sədri Paşayevanın təşəbbüsünü dəstəklədi

    Bu gün AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər naziri Lubomir Zaoralek millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb.
     
    Muxalifet.az xəbər verir ki, AŞPA Nazirlər Komitəsi sədri millət vəkili Q.Paşayevanın AŞPA-da qaldırdığı məsələni dəstəkləyib və çağırış edib.

    Muxalifet2 - 9-10-2017

  8. Qarabağ probleminin həllinə ümid bəsləyirik - Zaoralek

     
    Biz Azərbaycan və Ermənistan prezidentlərinin keçirilməsi planlaşdırılan görüşündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olunacağına ümid bəsləyirik.
     
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının Nazirlər Komitəsinin (AŞ NK) fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualını cavablandırarkən deyib.

    Muxalifet2 - 9-10-2017

  9. GUAM ölkələri azad iqtisadi zona yaradır?

    
    GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.
     
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidze bildirib.
    Nazir deyib: “Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”.

    Muxalifet2 - 9-10-2017

  10. ​Kiyevdən Azərbaycana ÇAĞIRIŞ: “Rusiyaya qarşı birləşək”

    Rusiya Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan üçün ümumi təhlükədir.
    Muxalifet.az “Həftənin güzgüsü” (“Zerkalo nedeli”) nəşrinə istinadən xəbər verir ki, bunu Tiflisdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin xüsusi iclası çərçivəsində mətbuat konfransında Ukraynanın xarici işlər naziri Pavel Klinkin deyib.
    “Rusiya yalnız Ukraynanın deyil, həm də Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü hədələyir”, - o bildirib.

    Muxalifet2 - 9-10-2017

  11. ​Lənkəranda çay daşdı - Evlər qəzalı vəziyyətə düşdü

    Lənkəran çayının daşması nəticəsində su basan ev və həyətyanı sahələrin sayı məlum olub.
    Muxalifet.az xəbər verir ki, Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində rayonun 10 kəndində həyətyanı sahə və evlərə su dolub.

    Muxalifet2 - 9-10-2017

  12. ​"Türkiyə ABŞ-la müqavilədən çıxsa, fəlakətli nəticələr olacaq"

    ABŞ və Türkiyə arasındakı problemlər iki ölkə arasındakı müqavilələrə xitam verilməsinə səbəb olmayacaq.
     
    Muxalifet.az xəbər verir ki, bunu şərqşünas Sergey Demidenko Ankara-Vaşinqton arasındakı ixtilaflardan danışarkən deyib.
    Demidenko söyləyib ki, Türkiyə ABŞ-la müqavilələrdən çıxsa, bu ölkənin iqtisadiyyatı və müdafiə qabiliyyəti üçün fəlakətli nəticələrə yol açacaq.

    Muxalifet2 - 9-10-2017

  13. ​Ərdoğan Kiyevdə bir daha təkrarladı: böyük hədəf... – Şərh

    Krım Ukrayna qədər Türkiyə üçün də qırmızı çizgidir, Ankara yarımadanın Rusiyaya “məxsusluğunu” heç zaman qəbul etməyəcək, bunu Türkiyə Prezidenti Kiyevdə bir daha təkrarladı. Ən əsası isə bu məsələdə hər iki dövləti bir-birinə dərin tellərlə bağlayan Krım türkləri amili var.

    Muxalifet2 - 9-10-2017

  14. Polad Bülbüloğlu üçün önəmli gün: Nəticəsiz tur...

     
    YUNESKO-nun baş direktoru seçkilərinin birinci turu nəticəsiz qalıb. Namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu toplaya bilməyib.
     
    Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, baş direktor postuna yeddi ölkədən, o cümlədən Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyi irəli sürülüb.

    Muxalifet2 - 9-10-2017

  15. Atatürkün ordu yeritdiyi şəhərə Ərdoğan da girir

    Tarix və beynəlxalq əlaqələr üzrə türkiyəli ekspert Enes Mərd Dəmir tərəfindən qələmə alınan “Yeni sənədlər işığında Misaki Milli” adlı kitabda Suriyanın İdlib şəhərinin demoqrafiyası, tarixi, həmçinin, bu şəhərdəki türk izləri ilə bağlı yeni detallı məlumatlar əksini tapıb.
     
    Muxalifet.az xəbər verir ki, qələmə alınan kitabda 96 il öncə fransızların Qaziantepi işğal cəhdlərinə qarşı Ankara hökumətinin tam təchiz olunmuş qoşunlarının İdlibə göndərdiyi bildirilib.

    Muxalifet2 - 9-10-2017

  16. ​“Qızıl top”a namizədlərin adları açıqlandı – SİYAHI

    “France Football” nəşri dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat bazar ertəsi, oktyabrın 9-da, nəşrin saytında yerləşdirilib.

    Muxalifet2 - 9-10-2017

  17. ​Nazir: Buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək

    Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib. İki ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək.

    Muxalifet2 - 9-10-2017

  18. Tıxacların qarşısını almaq üçün plan hazırlanıb

     
    Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə vermiş və bunun davamı olaraq əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb.
     

    Muxalifet2 - 9-10-2017

  19. ABŞ Ərdoğanı "çərçivəyə salmaq" və... - Olençenko

     
    Ərdoğan Türkiyənin Qərbə olan asılılığını bütün sahələrdə azaltmağa davam edir.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Vladimir Olençenko deyib.
    O bildirib ki, türk lider İncirlik aviabazasını ABŞ Hərbi Hava Qüvvələrinin üzünə bağlaya bilər:

    Muxalifet2 - 9-10-2017

  20. ABŞ Koreya müharibəsinə hazırlarşır?

    Şimali Koreya probleminin hərbi yolla həllinə hazır olmalıyıq.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis ordu birliyinin illik toplantısında çıxışı zamanı deyib.
    O, hazırda geosiyasi durum olduqca qarmaqarışıq olduğunu vurğulayıb:
    “ABŞ ordusu bir şeyə görə hazırlıqlı olmalıdır. Siz, lazım gəldikdə dövlət başçısının hərbi əməliyyatlarla bağlı təlimatını yerinə yetirməlisiniz. Hazırda ölkəmiz diplomatik səyləri gücləndirir. Beynəlxalq birlik artıq öz sözünü deyib”.
     

    Muxalifet2 - 9-10-2017

Pages