Bərzanidən “YENİ ÇIXIŞ YOLU” PLANI: HAMINI TƏƏCÜBLƏNDİRƏCƏK

Bütün təpkilərə baxmayaraq israrla müstəqillik referendumunu həyata keçirən Bərzaninin 1 noyabr seçkilərində atacağı addım bəlli oldu.
 
Müxalifət.az xəbər verir ki, bu haqda Türkiyə mediası yazıb.
 
Bərzaninin planı hamını təəccübləndirəcək
 
 Bölgədəki IKBY-yə yaxın mənbələrin qəbul etdiyi fikir ondan ibarətdir ki, Bərzani 1 noyabr seçkilərinə qatılmayıb, yerinə böyük ehtimalla oğlu Mesrur Bərzaninin namizədliyini irəli sürəcək. Seçkilərdən sonra da siyasəti buraxdığını və referendumu təxirə saldığını açıqlayacaq.
 
 BƏRZANİ NƏ ÜÇÜN BUNU EDƏCƏK?
 
 Bərzani uşaqlıq xəyalını reallaşdırmağa yaxınkən nə üçün bu addımı atacağını cavablandıran mənbələr belə şərh edirlər: “Bərzani onsuz da 1.5 il öncə siyasəti buraxacağını açıqlamışdı. İndi bu planı işlədir. "Məndən sonra gələnlərə müstəqillik üçün səlahiyyət verdim" deyəcək və fəal siyasəti buraxacaq”.
 
 AĞIL MÜƏLLİMLİYİ EDƏCƏK
 
Bununla da belə bir dövrdə Bərzani simvolik olaraq çəkilməklə, arxa planda “ağıl müəllimliyi” edərək müxtəlif ölkələrlə pozulmuş münasibətləri düzəltməyə çalışacaq.
Beləliklə də Bərzani referendumu təxirə salaraq nəticələrini İraq, Türkiyə və İranla müzakirə üçün əlində “kozır” olaraq tutacaq.
Müxalifət.az