İraqdan “Kürdüstan"a YENİ SANKSİYA PAKETİ

İraqın mərkəzi hakimiyyəti İKBY-də referendumu keçirən məmurlarla bağlı hüquqi prosedur başlatdıyıb və mobil telefon operatorlarını bölgədən çıxarma qərarı aldı
Müxalifət.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat verib.
İraq Milli Təhlükəsizlik Şurası Məsud Bərzaninin rəhbərlik etdiyi İraq Kürd Regional Rəhbərliyindən (IKBY) qeyri-qanuni referendumunu keçirənlər barədə hüquqi proses başladığını açıqlayıb. Baş nazir Heydər İbadi sədrliyində toplanan Milli Təhlükəsizlik Şurasında IKBY-dəki referendumu həyata keçirən məmurların aşkar edildiyi və bunlarla bağlı "hüquqi prosedur" başlanıldığı bildirildi. Bəyanatda həmçinin, IKBY və mübahisəli bölgələrdəki hakimiyyətin federal hökumətə keçməsi üçün yeni addımlar atılması istiqamətində qərar qəbul olunduğu qeyd edilib.
SƏRHƏDLƏR BAĞLANSIN
IKBY-dəki rəsmilərin neft gəlirini ehtiva edən bank hesablarının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi haqda da qərar qəbul edilib. Bundan başqa, İran və Türkiyədən IKBY ilə olan bütün sərhədlərin bağlanması və yalnız mərkəzi Bağdad hökuməti ilə əlaqə qurulması istənilib. Milli Təhlükəsizlik Şurası mobil telefon operatorlarının da Bağdad rəhbərliyinin nəzarətinə keçməsi haqda qərar qəbul edib.
Ən əhəmiyyətlisi isə son dəqiqə olaraq Bağdad rəhbərliyi “Kürdüstanı” oyundan kənar edərək Türkiyəyə gələn neft boru kəmərini də özünün nəzarətinə aldı.
Müxalifət.az