Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
Optik linzalar kor edir – Həkim məsləhəti
Görməni yaxşılaşdırmaq üçün istifadə olunan optik linzalar korluğa səbəb olur.
Avstraliya Elmi Mərkəzinin yaydığı açıqlamada linzalarla bağlı təhlükənin olduğu bildirilib. Mütəxəssislərin fikrincə, optik linzalardan istifadə gözdə fəsadlara səbəb olur və zamanla korluq yaradır.
Muxalifet.az xəbər verir ki, bununla bağlı axar.az-a açıqlama verən Bioloji Təbabət Klinikasının oftamoloqu Günel Xalıqverdiyeva bildirib ki, Azərbaycanda da optik linzalardan istifadə edənlərin sayı həddən artıq çoxdur və son zamanlar buna maraq daha da artıb:Muxalifet2 - 9-10-2017
Azərbaycanlı qızıl külçələrlə gömrükdə TUTULDU
Oktyabrın 7-də Azərbaycandan Gürcüstana qanunsuz yolla ümumi çəkisi 2,202 kiloqram olan qızıl külçə aparmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bəyan olunmamış qızıl "Qırmızı körpü" sərhəd-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən Azərbaycan vətəndaşının üzərinə baxış zamanı aşkar edilib.
Qızılın ümumi dəyəri 53 min ABŞ dolları təşkil edib.Muxalifet - 10-10-2017
Avtomobil 44 yaşlı qadını vurub – BAKIDA
Maşın əvvəlcə yol kənarındakı dirəyə çırpılıb
Bakının Suraxanı rayonunda qadın sürücü qəza törədərək piyadanı vurub.
Səttar Bəhlulzadə küçəsi ilə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetməni itirərək əvvəlcə dirəyə çırpılıb, daha sonra isə yol kənarı ilə gedən 44 yaşlı Yusifova Nəzakət Nadir qızını vurub.
Piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.Muxalifet - 10-10-2017
“Qızıl top”a namizədlər AÇIQLANDI
Fransanın nüfuzlu “France Football” nəşri “qızıl top” mükafatına bütün namizədləri müəyyənləşdirib.
5-liklər şəklində elan olunan oyunçuların sonuncu qrupu da ictimaiyyətə açıqlanıb.
Lionel Messi (“Barselona”), Pyer-Emerik Obameyanq (“Borussiya” D.), Edison Kavani (PSJ), Mats Hummels (“Bavariya”), Karim Benzema (“Real”), Kilian Mbappe (PSJ/”Monako”), İsko (“Real”), Leonardo Bonuççi (“Yuventus”/”Milan”), Eden Azar (“Çelsi”), Kristiano Ronaldonun (“Real”) adı da siyahıya əlavə edilib.Muxalifet - 10-10-2017
DÇ-2018: Bu gün Avropa zonasında seçmə mərhələyə yekun vurulacaq
Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son olaraq A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gələcək.
A qrupunda Fransa ilk pilləni əldə edərək mundiala birbaşa yollanmağa çox yaxındı. Bunun üçün Didye Deşamın yetirmələri doğma meydanda Belarusu məğlub etməlidir.
İkinci pillənin sahibinin adı da böyük ölçüdə aydındır. Belə ki, Hollandiya – İsveç oyununda “narıncılar” ikinci pilləni əldə etmək üçün 12 cavabsız qolla qələbə qazanmalıdır. Bu isə möcüzə deməkdir.Muxalifet3 - 10-10-2017
ABŞ səfiri viza qadağasının səbəbini AÇIQLADI
ABŞ-ın Türkiyədəki səfiri Con Bass Ankara ilə Vaşinqton arasında yaşanan viza böhranı ilə bağlı açıqlama verib.
Açıqlamada viza qadağasının ABŞ səfirliyinin əməmkdaşlarının Türkiyə polisi tərəfindən həbsi göstərilir.Muxalifet - 10-10-2017
Universitetdə polis zabitini öldürən tələbə saxlanıldı- YENİLƏNİB
ABŞ-ın Lebbok şəhərində, universitetdə odlu silahdan atəş açaraq polis zabitini qətlə yetirən şəxs saxlanılıb.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Texas Texnologiya Universitetinin məlumatında bildirilir.
Məlumata görə, universitetin polis məntəqəsində atəş açan şəxs 19 yaşlı tələbə Hollis Denielsdir.
Cinayətin motivləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.Muxalifet3 - 10-10-2017
Türkiyə ordusundan İdlibdə müharibəsiz ZƏFƏR - RAZILAŞMA
Suriyanın siyasi gələcəyini formalaşdıracaq ən həlledici həmlə olaraq qəbul edilən İdlib hərəkatında hədəfdə olan Təhrir əş-Şam qruplaşmasının bölgədən çıxmaq üçün şərtini açıqladığı iddia edilib.
Türkiyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatından ibarət bir qrup heyətlə Təhrir əş-Şam və Əl Nüsrə arasında toplantı keçirilib. HTŞ İdlibdən geri çəkilmək üçün toplantıda şərtini açıqlayıb. Şərtə görə, İdlibdə nəzarət Türkiyə ordusunda olarsa, HTŞ şəhərdən ayrılacaq.Muxalifet - 10-10-2017
İŞİD Türkiyəyə görə geri çəkilən qruplaşmaya hücum etdi
Türkiyə ordusu İdlibə girərkən Əsəd rejimi Təhrir əş-Şam (HTŞ) üçün dəhliz yaradıb.
İŞİD isə bu dəhlizdən istifadə edərək HTŞ-yə Şərqi İdlibdə hücum edib.
HTŞ üçün açılan 30 kilometrlik dəhlizə hücum edən İŞİD bir neçə saat ərzində Həmada təxminən 250 kvadrat kilometri ələ keçirib.
Qeyd edək ki, İdlibi tərk etməsi üçün HTŞ və Türkiyə Silahlı Qüvvələri arasında razılıq əldə edildiyi iddia edilib.Muxalifet - 10-10-2017
Bakıda məktəblilər arasında bıçaqlaşma
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə 151 saylı orta məktəbdə qeydə alınıb.
Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan şagirdi 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları 151 saylı orta məktəbə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 10-10-2017
“ABŞ-Türkiyə münasibətləri daha da gərginləşəcək” – POLİTOLOQ
ABŞ və Türkiyənin qarşılıqlı olaraq bir-birinin vətəndaşlarına viza verməkdən imtina etməsi çox ciddi məsələdir.
Muxalifet3 - 10-10-2017
"Biz də yaxşı yaşamaq istəyirik... bizə də ev versinlər" – SÖKÜLƏN BİNANIN SAKİNLƏRİ ETİRAZ EDİR
Köhnə çərçivəli pəncərənin üzərinə prezidentin və həyat yoldaşının portreti və altında "Prezident İlham Əliyev, biz sizə güvənirik!" çap edilmiş ağ kağız yapışdırılıb.
Burada, Keykab Səfərəliyeva, 25 ünvanında dördüncü aydır ki, sakinlər evin sökülməsini gözləyir.
Bina köhnə yataqxana olduğuna görə mənzillərə çevrilmiş sahələr çox kiçikdir - 11 kvadratmetrdən tutmuş ən böyüyü 44 kvadratmetrədək olmaqla.
“Azəravtoyol” ASC tərəfindən söküləcək bu mənzillərə hesablanmış kompensasiya sakinləri qane etmir. Sakinlər bundan narazıdır və binadan çıxmayacaqlarını deyirlər.Muxalifet3 - 10-10-2017
Türkiyə prezidenti Serbiyaya rəsmi səfərə gəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyanya rəsmi səfərə gəlib.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, prezidenti böyük nümayəndə heyəti müşayiət edib: Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Suluhi Akar, baş nazirin müavini Fikri İşık, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika naziri Berat Albayrak, Aİ işləri üzrə nazir Ömər Çelik və iqtisadiyyat naziri Nihat Zeybekçi.Muxalifet2 - 10-10-2017
Xərçəng xəstəliyini 10 saniyəyə aşkar edən CİHAZ – VİDEO
Xərçəng xəstəliyi diaqnozu qoyulması və onun nə dərcədə yayılması ilə bağlı məlumat əldə etməkdə cərrahiyyə əməliyyatının əhəmiyyəti böyükdür. Lakin bu yaxınlarda həkimlər qələmə bənzər bir cihazla xərçəngin harada yerləşdiyini dəqiq öyrənə biləcək.
Muxalifet3 - 10-10-2017
Ukraynadakı faciədə ölənlərdən biri DSK sədrinin oğludur
Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.
39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.
O, Sabirabad rayonunda dəfn edilib.
Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkil ölüb.Muxalifet2 - 10-10-2017
Bakıda çayxanada kütləvi dava: YARALILAR VAR
Bakının Yasamal rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.
Report xəbər verir ki, dava 2-ci Alatava ərazisində yerləşən çayxanalardan birində 6 nəfər arasında düşüb.
Nəticədə 57 yaşlı Alıyev Alı Yadullah oğluna iki, 32 yaşlı Məmmədov Qədir Vilayət oğluna isə bir bıçaq zərbəsi vurulub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Alıyevin vəziyyəti ağırdır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet2 - 10-10-2017
Реформы на азербайджанском телевидении
О состоянии азербайджанского СМИ писалось и отмечалось много. И сегодня никому не секрет, что уровень профессионализма в данной отрасли все падает и падает. Причин, почему уровень средств массовой информации падает много, но самым важным аспектом данного процесса является то, что видных, умных, ярких, креативных профессионалов тотально отстраняли от СМИ, лишали финансирования, подгибали под невиданные еще в истории журналистики категории. Последние же либо уходили из СМИ, либо же, чтобы не бросать любимое дело подстраивались под азертадже-азтвешные «стандарты».
Muxalifet3 - 10-10-2017
ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi - GƏRGİNLİK DAVAM EDİR
ABŞ yenidən Suriyanın İdlib şəhərindəki Əl-Qaidə terror təşkilatına bağlı olan qruplara dəstək verməyə başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ Nüsra cəbhəsinə 2 aylıq fasilədən sonra maddi yardımlar göndərib.
ABŞ-ın məhz Türk Silahlı Qüvvələrinin Rusiya ilə ortaq başlatdığı İdlib əməliyyatının ardınca yardım göndərməsi xüsusi diqqət çəkib.Muxalifet2 - 10-10-2017
Polis əməkdaşı intihar etdi - ŞƏKİDƏ
Şəkidə polis əməkdaşı intihar edib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etməsi məlum olub.
Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.Muxalifet2 - 10-10-2017
“Qızıl Top”a namizədlərin adları açıqlandı- TAM SİYAHI
Hər il “France Football” Federasiyası tərəfindən dünyada ilin ən yaxşı futbolçusuna verilən “Qızıl Top” " (Ballon d'Or) mükafatı namizədlərinin tam siyahısı açıqlanıb.
Siyahıya bu mükafatı 5 dəfə qazanan “Barselona”nın ulduzu Lenonel Messi və 4 dəfə ilin ən yaxşısı olan, “Real”ın hücumçusu Kristiano Ronaldo başçılıq edir.
“İlin ən yaxşı futbolçusu” adına namizəd olanları təqdim edirik:
Kristiano Ronaldo (Real Madrid/Portuqaliya)
Leonel Messi (Barselona/Argentina)
Neymar (PSJ /Braziliya)
Luka Modriç (Real Madrid/Xorvatiya)Muxalifet2 - 10-10-2017