Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Bakıda 23 yaşlı hüquqşünas xanım yoxa çıxdı (FOTO)

    Bakıda gənc qız yoxa çıxıb. Ötən gün 23 yaşlı Olesya Yaqubova  evdən çıxıb və geri qayıtmayıb.
     
    O.Yaqubovanın rəfiqələrinin criminal.az saytına verdiyi məlumata görə, onu son dəfə dünən metronun 28 may stansiyasının yaxınlığında görüblər. Onu bir qadın qolundan tutaraq dartırmış. O.Yaqubova evdən çıxarkən əynində sarı gödəkçə, cins şalvar olub. 
    Onu da əlavə edək ki, O.Yaqubova hüquqşünasdır.  
     

    Muxalifet - 9-10-2017

  2. Saxta spirtli içkilər hazırlayanlar tutuldu - BAKIDA

    Daxili işlər orqanlarının əməkdaşları keyfiyyətsiz yeyinti və sənaye məhsulları hazırlamaqla insan sağlamlığına ciddi təhlükə yaradan, müxtəlif xəstəliklərin yaranmasına səbəb olan, həmçinin ölkənin iqtisadi dayaqlarına, ayrı-ayrı dövlətlərlə idxal-ixrac əməliyyatlarına zərər vuran şəxslərin aşkar edilməsi istiqamətində növbəti kompleks əməliyyat tədbiri keçirib. 

    Muxalifet2 - 9-10-2017

  3. Gömrükdə külli miqdarda NARKOTİK TUTULDU

    Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 
    DGK-dan verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində cəmi 348 kapsul "Tramadol 50 mq" adlı dərman preparatı aşkar edilib. 
    Xatırladaq ki, tramadol 18 mart 2016-cı il tarixli müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 9-10-2017

  4. Azərbaycan 200 km mənzilli "Polonez" raket sistemləri alır...

    Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusa səfəri zamanı ötən gün bu ölkənin hərbi-sənaye kompleksinin istehsal etdiyi döyüş texnikası və hərbi təyinatlı digər məhsullarla tanış olub. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən nazir “ordumuzun arsenalını gücləndirə bilcəcək silah və texnika ilə yaxından maraqlanıb”.
     

    Muxalifet - 9-10-2017

  5. Gürcüstanda hakim partiyadan ZORLA SƏS ALMAQ TAKTİKASI...

    Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi rayonundakı İrqançay kənd sakinlərinə yerli seçkilər ərəfəsində hakim “Gürcü arzusu” partiyasına səs vermək üçün Qurana and içməyi təklif edirlər.
     

    Muxalifet - 9-10-2017

  6. Fikrət Qocanın oğlunu öldürən: Məndən kömək istədi…

    Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqdirli bilinən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prosesdə təqsirləndirilən Ruslan Məmmədov ifadə verib. 

    Muxalifet2 - 9-10-2017

  7. Arakanlı müsəlmanları daşıyan qayıq batdı: Ölənlərdən 12-si uşaqdı

    Myanmadakı şiddət hadisələrindən qaçaraq Banqladeşə sığınmağa çalışan Arakan müsəlmanlarının qayığı batıb.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər həlak olub, 13 nəfər xilas edilib. 
     
    Gecə saatlarında baş verən hadisə barədə Beynəlxalq Köç Təşkilatı (IOM) sosial şəbəkə hesabında məlumat yayıb.

    Muxalifet2 - 9-10-2017

  8. Minik avtomobili yandı - BAKIDA

    Bakının Nizami rayonunda "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Muxalifet2 - 9-10-2017

  9. Səhiyyə naziri xeyriyyə marafonu zamanı VƏFAT ETDİ

    Tunisin səhiyyə naziri Slim Çaker xeyriyyə marafonu zamanı infarkt keçirərək vəfat edib.
    Bu barədə Muxalifet.az BBC-yə istinadən xəbər verir.
    Məqsədi uşaqlar üçün onkoloji mərkəzin tikintisinə vəsait toplamaq olan qaçış ölkənin şimal-şərqində yerləşən Nabul kurort şəhərində baş tutmalı idi.
    56 yaşlı S.Çaker, təxminən, 500 metr məsafə qaçdıqdan sonra özünü pis hiss etməyə başlayıb. Naziri təcili surətdə hərbi hospitala gömdərsələr də, o, elə xəstəxanada dünyasını dəyişib.

    Muxalifet2 - 9-10-2017

  10. Qırğızıstanda dövlət çevrilişi cəhdi: prezident Rusiyaya səfərini ləğv etdi

    Qırğızıstan prezidenti Almazbek Atambayev MDB dövlət başçılarının Soçidə keçiriləcək görüşünə səfərini ləğv edib. Buna səbəb isə respublikada qarşıdan gələn prezident seçkiləri vaxtı bəzi siyasətçilərin qarışıqlıq yaratmaq və dövlət çevrilişinə cəhd etmək planlarının üzə çıxması olub.
    Prezidenti mətbuat xidmətinin məlumatında deyilir ki, çevriliş cəhdini törətmək niyyətində olan siyasətçilərin xaricdən maliyyə dəstəyi alması da müəyyən olunub. Prezident vəziyyətə şəxsən nəzarət etmək üçün səfəri ləğv etmək qərarına gəlib.

    Muxalifet2 - 9-10-2017

  11. ​Litva Gürcüstan adından İMTİNA EDİR

    Litva 2018-ci ildən etibarən Gürcüstanı rəsmi olaraq “Sakartvelo” adlandıracaq.
    Bu barədə informasiyanı Almaniya mətbuatı yayıb. Qəzet bununla da litvalıların Gürcüstanı rusca adlandırmaqdan imtina edəcəklərini bildirib.
    Qeyd edək ki, 2011-ci ildə Gürcüstanın Xarici İşlər Nazirliyi xarici dövlətləri Gürcüstanı “Sakartvelo” kimi adlandırmağa çağırmışdı, lakin yalnız Cənubi Koreya bunu etmişdi.

    Muxalifet2 - 9-10-2017

  12. QMİ: Məhərrəm və Səfər aylarında toy qadağan deyil

    "Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir".
    Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib.

    Muxalifet2 - 9-10-2017

  13. ABŞ-ın Türkiyədəki konsulluğunun daha bir əməkdaşı həbs edildi

    ABŞ-ın Türkiyədəki konsulluğunun daha bir əməkdaşı haqqında həbs qərarı çıxarılıb.
     
    Türkiyə KİV xəbər verir ki, konsulluq əməkdaşının həyat yoldaşıyla oğlu isə dindirilib.
    Bundan başqa, Ədliyyə naziri ABŞ-ın Ankaradakı səfiri Con Bassın görüş təklifini qəbul etməyib.

    Muxalifet - 9-10-2017

  14. ​Medvedev İŞİD-i məhv etməyin yolunu açıqladı

    Rusiyanın baş naziri Dmitri Medvedev bütün dünya ölkələrinə çağırış edib.
    Baş nazir bütün dövlətlərindən qəzəblərini və fərqliliklərini bir kənara buraxaraq, sivilizasiyaya meydan oxuyan İŞİD və digər terror təşkilatlarına qarşı birləşməsini istəyib.
    O, terrorun yayılmasının gerçək bir dünyəvi təhdid olduğunu bildirib:
    “Bu təhlükə ilə yalnız birlikdə, koordinasiya olunmuş şəkildə mübarizə apara bilərik. Təbii ki, beynəlxalq hüquqlara uyğun şəkildə… Tək yol budur.”

    Muxalifet2 - 9-10-2017

  15. Rusiya Azərbaycanla sərhəddə yeni hərbi baza tikir

    Rusiya Müdafiə Nazirliyi Xəzərdə yeni hərbi-dəniz bazasının tikintisinə başlayıb. Bazaya donanmanın bütün raket gəmiləri yerləşəcək, bu barədə Turan agentliyi Moskvanın “İzvestiya” qəzetinə istinadən məlumat yayıb. 
    İşlər yekunlaşdıqdan sonra obyekt HDQ-nin Şimalda, Baltikada və ya Qara dənizdə malik olduğu bazalardan daha mütərəqqi olacaq. Ekspertlər qeyd ediblər ki, yeni baza Rusiyanın Xəzər regionunda və Yaxın Şərqdə hərbi-siyasi strategiyasının ən mühüm elementinə çevriləcək. 

    Muxalifet2 - 9-10-2017

  16. Bakıda qadınların «qul bazarı»: «Günün istisində bizi ac-susuz işlədirlər»

    Bakının yaxınlığındakı Maştağa qəsəbəsində "Xəyal" adlandırılan bir yer var. Bu, qəsəbənin mərkəzindəki bazar hesab olunur.
     
    BBC Azərbaycanca xəbər verir ki, çörəkpulu qazanmaq üçün əlacsız qalan qadınlar, nə olursa-olsun, işə əl atırlar. Burada, əsasən, təhsil, bilik tələb etməyən ağır iş tapmaq olar.
    Dövlət tərəfindən iş təklif olunsa da, məvacibi ailənin xərclərini ödəmir. Rəsmi qurumların işçilərinin sözlərinə görə, dövlət tərəfindən həm iş və biznesin qurulmasında yardım, həm də müavinət almaq olar.

    Muxalifet - 9-10-2017

  17. “Rus NATO”sunun erməni rəhbəri: “İsgəndərlər Türkiyəyə düşə bilər”

    “Döyüş qardaşlığı 2017” hərbi təlimində müasir silahlardan istifadə ediləcək. 
    Axar.az xəbər verir ki, bunu təlimdən öncə çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni əsilli Baş katibi Yuri Xaçaturov söyləyib. O, təlimə Rusiya Cənub Hərbi Dairəsinin komandanı general Aleksandr Dvornikovun rəhbərlik etməsinə aydınlıq gətirib: 
    “Sual yaranır ki, niyə Ermənistan ərazisində Cənub Hərbi Dairəsinin rəhbərliyi altında təlim keçirilir? Burada elə silahlardan istifadə edilə bilər ki, onu yalnız Rusiya və ya ruslar idarə edə bilir”. 

    Muxalifet2 - 9-10-2017

  18. Bərzanidən geri addım — Referendum nəticələri dondurulacaq

    İraq Kürdistanının vitse-prezidenti Usamə ən-Nuceyfi yeni açıqlama verib.
     
    Açıqlamaya əsasən, Bərzani referendum nəticələrini dondura bilər. Əgər federal hökumət sanksiyaları ləğv etsə və dialoqa keçsə, nəticələr dondurula bilər.
    Məlumata əsasən, İraq hökuməti İraq Kürdistanı ilə konfederasiya qurmaq imkanını da müzakirə edir. Bazar günü danışıqlarda tərəflər sanksiyaların ləğvi barədə razılığa gəliblər./olke.az

    Muxalifet - 9-10-2017

  19. ABŞ-ın Türkiyədəki səfirliyində daha bir nəfər həbs edildi

    ABŞ Türkiyədəki səfirliyində qurumun əməkdaşı Metin Tvizdən başqa, bir nəfərin də həbs olunduğu barədə məlumat yayılıb.
    Hələlik həbs olunan şəxsin kimliyi açıqlanmır. Onun da casusluqda ittiham olunduğu bildirilir.
    Məlumata görə, həmin şəxsin yaxınları - oğlu və həyat yoldaşı da həbs edilib.

    Muxalifet2 - 9-10-2017

  20. ​Sankt-Peterburqda vağzallar təxliyə edildi - BOMBA həyəcanı

    Sankt-Peterburqda anonim zənglərdən sonra bir neçə dəmir yolu vağzalı təxliyə edilib.

    Muxalifet2 - 9-10-2017

Pages