ABŞ-ın Türkiyədəki konsulluğunun daha bir əməkdaşı həbs edildi

ABŞ-ın Türkiyədəki konsulluğunun daha bir əməkdaşı haqqında həbs qərarı çıxarılıb.
 
Türkiyə KİV xəbər verir ki, konsulluq əməkdaşının həyat yoldaşıyla oğlu isə dindirilib.
Bundan başqa, Ədliyyə naziri ABŞ-ın Ankaradakı səfiri Con Bassın görüş təklifini qəbul etməyib.