Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. ​Suriya və İran Rusiyaya imkan vermirlər - STRATFOR

    Rusiya Suriya konfliktinə girdikdən sonra vətəndaş müharibəsinin gedişini dəyişib.
    Bu iddia ilə “Stratfor” şirkəti çıxış edib. Şirkət Rusiyanın hazırda Suriyadakı döyüş meydanını tərk etmək üçün yollar axtardığını bildirib:

    Muxalifet2 - 9-10-2017

  2. Yer kürəsi bu tarixdə məhv olacaq: Sayılı günlər qaldı - DƏHŞƏTLİ PROQNOZ

    Yür kürəsinin nəhəng göy cismi ilə toqquşma təhlükəsi var.
    Publika.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 12-də TS4 asteroidi planetimizlə toqquşarsa, qlobal faciə baş verə bilər.
    “12 oktyabr 2017-ci il Yer kürəsi böyük kosmik cisimlə toqquşacaq və tamamilə məhv olacaq. Toqquşma faktı artıq aşkardır, ancaq təlaşın yaranmaması üçün onu ictimaiyyətdən gizlədirlər. Dünya elitası artıq özlərinə çoxdan bunkerlər tikməyə başlayıb”, - astrofizik, ABŞ Müdafiə Nazirliyinin sabiq əməkdaşı Devid Mid bildirib.

    Muxalifet2 - 9-10-2017

  3. DİQQƏT! Bu yolda hərəkət qismən mədudlaşdırılacaq

    9-10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
    "Azəravtoyol” ASC-dən verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən mədudlaşdırılacaq (yol bağlanmayacaq).
    Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

    Muxalifet2 - 9-10-2017

  4. Azərbaycanda 215 vəzifəli şəxs barəsində cinayət işi açılıb

    "Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib". 
    Bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. 
    O, bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur: "Əvvəllər də qeyd etmişdim ki, bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda bank olmayan kredit təşkilatlarının, mənzil-tikinti sahəsinin vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".

    Muxalifet2 - 9-10-2017

  5. İrəvanın mərkəzi yandı - Ölən və yaralanan var

    İrəvanın mərkəzində yaşayış evində güclü yanğın baş verib. Trend-in məlumatına görə, erməni KİV-ləri yanğın nəticəsində bir nəfərin həlak olması barədə xəbər yayıblar. 
    Hadisə nəticəsində daha bir nəfərin xəsarət aldığı bildirilir. 
    Məlumata görə, yanğın 3-cü mərtəbədə başlayıb.
    Hazırda yanğının qarşısının alınması üçün 4 yanğınsöndürən maşın cəlb edilib.

    Muxalifet2 - 9-10-2017

  6. Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirildi

    Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Ruhanə Quliyeva metronun “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.
    Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov saxlanılıb.

    Muxalifet2 - 9-10-2017

  7. Rusiyada 1 milyon adam təxliyə edildi

    11 sentyabrdan bu yana Federal Təhlükəsizlik Xidmətinə 144 şəhərdə terror təhdidi ilə bağlı 2300 anonim zəng daxil olub. 
    Bu barədə informasiyanı TASS agentliyi yayıb. İndiyə qədər bu zənglər ucbatından 2300 obyektdən 950 min insanın evakuasiya edildiyi açıqlanıb. 
    Qeyd edək ki, bundan öncə Rusiya Federal Təhlükəsizlik Xidməti Aleksandr Bortnikov yalançı zənglər edən şəxslərin sayının 4 olduğunu və onların ölkə xaricində yaşadıqlarını bildirmişdi.

    Muxalifet2 - 9-10-2017

  8. ​Göygöldə şagird məktəbdə bıçaqlandı

    Göygöldə bıçaqlanma hadisəsi baş verib.
    Rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
    Məlumata görə, 14 yaşlı məktəbli rayon 3 saylı orta məktəbində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

    Muxalifet2 - 9-10-2017

  9. Mogerininin müavini Bakıya gəldi

    Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Jan-Kristof Bellard Azərbaycana gəlib. 
    İkigünlük səfər çərçivəsində J.-K.Bellard ölkə rəsmiləri ilə bir sıra görüş keçirəcək, o cümlədən onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. 
    Görüşlər zamanı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq. 
    Xatırladaq ki, növbəti "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

    Muxalifet2 - 9-10-2017

  10. Zaqatalada maskalı şəxslər evə basqın etdi

    Zaqatalada evə basqın olub.
    APA-nın məlumatına görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb.
    Kənd sakini 69 yaşlı Səmayə Qasayevanın yaşadığı evə daxil olan üç maskalı şəxs ona və nəvəsi 14 yaşlı Nizami Qasımova zor tətbiq edərək oradan zinət əşyaları aparıblar.
    Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Vasif Məmmədvəliyev, Elməddin Abbasov və Etimad Xankişiyev tutulublar. 
     

    Muxalifet2 - 9-10-2017

  11. “Faytonçu Nazim”in cərraha qarşı iddiası üzrə məhkəmə başlayır

    “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin "Elmed" klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmənin vaxtı açıqlanıb.
    Bu barədə "Report"a E.Əzimovun vəkili Elvin Səlimov məlumat verib.
    Onun sözlərinə görə, Binəqədi Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrln 26-na təyin edilib. İşə hakim Almaz Süleymanovanın sədrliyi ilə baxılacaq.
    Onu da əlavə edək ki, Binəqədi Rayon Məhkəməsi N.Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim E.Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.

    Muxalifet2 - 9-10-2017

  12. Apellyasiya məhkəməsi də Xədicə İsmayılın ölkədən çıxışına icazə vermədi

    Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist, Xədicə İsmayılın şikayətinə baxılıb. 
    Apellyasiya şikayəti jurnalistin ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı idi. 
    X.İsmayıl Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ölkədən çıxışına qadağanın qaldırılmasını istəmişdi. 
    Jurnalist iddiasını əsaslandırarkən göstərib ki, peşə fəaliyyəti ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərə dəvət olunsa da, bu məhdudiyyət üzündən iştirak edə bilmir. 

    Muxalifet2 - 9-10-2017

  13. ​Nardaran hadisələri ilə bağlı daha bir məhkəmə yekunlaşır

    2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet3 - 9-10-2017

  14. ​2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDI

    Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb.
    Ukrayna KİV-ləri xəbər verir ki, Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq.
    D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.
    “Mümkündür ki, çox bayram etməmək üçün 20 apreli və Qələbə Gününü ( 9 may –red.) birləşdirək” – “Sağ sektor”un keçmiş lideri bildirib.

    Muxalifet3 - 9-10-2017

  15. ​ABŞ İŞİD-ə 1421 maşın silah göndərib - GENERAL

    ABŞ Suriyada müxalifətə yox, terrorçulara silah verir.
    Bunu jurnalistlərə açıqlamasında Suriya ordusunun Baş Operativ İdarəsinin rəisi general Əli əl-Əli söyləyib.
    “Biz bilirik ki, iyunun 5-dən sentyabrın 15-nə qədər olan müddətdə ABŞ Suriyadakı terrorçulara içərisi silahla dolu olan 1421 yük maşını göndərib. Bu silahlar guya terrorçularla mübarizə üçün nəzərdə tutulsa da, sonda İŞİD və Nüsrə Cəbhəsinin əlinə düşüb”, – deyə o bildirib.

    Muxalifet2 - 9-10-2017

  16. ​Atambayev Putinlə görüşdən imtina etdi – TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİ İLƏ BAĞLI

    Qırğızıstan prezidenti Almazbek Atambayev Soçidə MDB ölkələrinin başçılarının iclasında iştirak etməyəcək.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda prezidentin mətbuat xidmətindən bildirilib.
    Qeyd edilir ki, səfərin ləğv edilməsi bəzi siyasətçilərin prezident seçkiləri günündə kütləvi qarışıqlara hazırlığa cəlb olunması faktı ilə bağlıdır.

    Muxalifet3 - 9-10-2017

  17. ​Trampın yeni təklifi gənc immiqrantlar məsələsini Meksika ilə sərhəd divarına bağlayır

    Gənc immiqrantlara dair proqramı dəstəkləyənlər ötən həftə New York-da Trump Tower önündə nümayiş keçirib

    Muxalifet2 - 9-10-2017

  18. Avtomobil dirəyə çırpıldı - 1 ölü 2 yaralı

    Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 9-da gecə saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb.
    Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 9-10-2017

  19. İrəvana bunu etməyə imkan verməyəcəyik - PREZİDENT

    Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi dəyişməzdir. Ərazi bütövlüyümüz danışıqlar predmeti deyil. 
    Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 
    “Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi”, - prezident bildirib.

    Muxalifet2 - 9-10-2017

  20. ​İqtisadiyyat üzrə Nobel mükafatının sahibi məlum oldu

    2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatının sahibinin kimliyi açıqlanıb.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsi mükafatın amerikalı iqtisadçı Riçard Talerə verildiyini açıqlayıb.
    Alim davranış iqtisadiyyatı sahəsində tədqiqatlara görə təltif edilib.

    Muxalifet3 - 9-10-2017

Pages