Axtarış

The search found 105785 results in 0.124 seconds.

Search results

  1. ​Ərdoğanın Ukrayna səfəri başladı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə yola düşüb.
    Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, Baş nazirin müavini Fikri İşıq, Baş Qərargah rəisi Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və başqa rəsmilərin də Ukraynaya getdiyi bildirilib.
    Ərdoğanın səfər çərçivəsində Ukrayna Prezidenti Pyotr Poroşenko ilə bir sıra strateji məsələləri müzakirə edəcəyi, yeni anlaşmalara imza atacağı gözlənilir.

    Muxalifet2 - 9-10-2017

  2. ​Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı - FOTO

    Tarix dərsliyində Azərbaycanın "Böyük Ermənistan”ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb.

    Muxalifet3 - 9-10-2017

  3. ​Ordu hərəkətə keçdi, müharibə başladı - CİA-nın bölgədə ŞOK PLANI

    Türkiyə “Fərat qalxanı” hərəkatından sonra Azad Suriya Ordusu (ASO) ilə birlikdə İdlibdə ikinci əməliyyata başladı. Əməliyyat Rusiya və İranla birlikdə Astanada razılaşdırılan “atəşkəs bölgələri” planı çərçivəsində aparılır.
    Türkiyə “Fərat qalxanı” ilə miqrantlar üçün təhlükəsizlik bölgə yaratmağa nail oldu. İdlib əməliyyatının məqsədi isə çoxvektorludur.

    Muxalifet2 - 9-10-2017

  4. Kerri: Ukrayna Rusiyaya qarşı güc toplamalıdır

    Əgər Ukrayna hökuməti korrupsionerləri toxunulmazlıqdan məhrum etməsə, xalqın etibarını itirə bilər.
    Bunu Ukrayna mətbuatına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Con Kerri söyləyib.
    “Ukrayna iqtisadiyyatının artım vaxtıdır. Ölkə Rusiyanın gələcəkdə edəcəklərinə qarşı güc toplamalıdır. Ukrayna mütləq müstəqil məhkəmə sistemi yaratmalıdır”, – deyə o bildirib

    Muxalifet2 - 9-10-2017

  5. “Azəravtoyol”: Yollarda təmirdən sonra kommunikasiya xətlərində yaranan problemə görə....

    “Yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiy axətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur”.

    Muxalifet2 - 9-10-2017

  6. ABŞ diplomatı Türkiyə XİN-ə çağırıldı

    ABŞ-ın Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırma qərarından sonra Ağ Evin Ankaradakı səfirinin müavini XİN-ə çağırılıb. 
    Bu barədə “Hürriyət” məlumat yayıb. 
    Məlumata görə, Türkiyə tərəfi görüş zamanı Vaşinqtonun qərarını ləğv etməsi üçün təkid edib. 
    Qeyd edək ki, bir qədər əvvəl ABŞ Türkiyədən gələn viza müraciətlərini dayandırdığını açıqlamışdı.

    Muxalifet2 - 9-10-2017

  7. "Turkish Airlines"in təyyarəsi Venada məcburu eniş etdi - SƏBƏB?

    Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus İstanbul-Brüssül reysi üzrə hərəkət edən təyyarə Venada məcburu eniş edib. Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, buna səbəb təyyarədə qeydə alınan tüstülənmə olub. 
    Məlumata görə, hadisə səhər saat 11:00-da qeydə alınıb. Təyyarə ekipajı dərhal təyyarənin endirilməsi barədə qərar qəbul edib. 
    Təyyarə Venada məcburi eniş etdikdən sonra yanğınsındürmə briqadası eniş zolağına yaxınlaşıb. 

    Muxalifet2 - 9-10-2017

  8. İrəvanda banka hücum: 60 min DOLLAR OĞURLANDI

    İrəvanda “Konvörs” bankının filialına naməlum şəxs hücum edib. 
    Bunu jurnalistlərə açıqlamasında İrəvanın Polis İdarəsinin rəis müavini Artak Poqosyan söyləyib. Onun sözlərinə görə, banka hücum edən şəxs 60 min dolları ələ keçirərək gizlənib. 
    Hüquq mühafizə orqanları hadisə ilə bağlı heç bir əlavə məlumat verməyiblər. Hazırda oğurluğun həyata keçirildiyi bankın filialı faəliyyətini dayandırıb.

    Muxalifet2 - 9-10-2017

  9. ​Azərbaycanın 23 rayonunun internet təchizatında məhdudiyyət olacaq

    “Aztelekom” internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

    Muxalifet2 - 9-10-2017

  10. ​Türkiyə və Rusiya arasında yeni mərhələ - S-400 İSTEHSALI

    Rusiya ilə Türkiyə arasında S-400 zenit raket komplekslərinin istehsal texnologiyasının Ankaraya verilməsi barədə mütəxəssislər səviyyəsində danışıqlar aparılıb.
    Bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.
    Rusiyanın Türkiyə torpaqlarında S-400 istehsalı üçün texnologiyaları transfer etməsi barədə sualı cavablandıran Peskov, bu mövzu ətrafında təmasların və danışıqların davam etdiyini bildirib.
    Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu S-400 zenit raket kompleksinin birgə istehsalı barədə prinsipial razılıq əldə edildiyini açıqlamışdı.
     

    Muxalifet2 - 9-10-2017

  11. Prokuror pul "yeyən" baş mühasibə 9 il cəza istədi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini Fikrət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
    Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. 
    Dövlət ittihamçısı F.Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
    Proses oktyabrın 23-də davam etdiriləcək. 

    Muxalifet2 - 9-10-2017

  12. Qarabağda separatçı rejimin “müdafiə naziri” XƏSTƏXANALIQ OLDU

    Qarabağda separatçı rejimin “müdafiə naziri” xəstəxanalıq oldu
    Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma DQR-in “müdafiə naziri” Levon Mnasakyan xəstəxanaya yerləşdirilib. 
    Barədə Ermənistanın “Aysor” qəzeti hərbi mənbəyə istinadən məlumat yayıb. 
    Məlumata görə, L.Mnasakyan xəstəxanaya yerləşdirməsinə ürək ağrıları səbəb olub.

    Muxalifet2 - 9-10-2017

  13. ​FETÖ casusu ABŞ Konsulluğunda gizlənir – TÜRKİYƏ

    ABŞ-ın İstanbuldakı Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulmasından sonra daha bir şəxs barəsində həbs qərarı verilib.
    Bu barədə “Təqvim” qəzeti informasiya yayıb.
    Məlumata görə, Türkiyədə barəsində həbs qərarı verilən ABŞ konsulluğunun əməkdaşı həbs olunmamaq üçün konsulluq binasını tərk etmir.

    Muxalifet2 - 9-10-2017

  14. UEFA “Qarabağ”dan reportaj hazırladı - “Matç TV” yayımladı+Video

    UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ” klubundan reportaj hazırlayıb.
     
    Qitə futbol qurumunun hazırladığı reportajı Rusiyanın “Matç TV” kanalı yayımlayıb.
    Reportajda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov və kapitan Rəşad Sadıqov müsahibə veriblər.
    Burada həmçinin “Qarabağ” klubunun tarixindən və işğal olunmuş torpaqlardan söz açılıb.|qafqazinfo.az

    Muxalifet - 9-10-2017

  15. AŞPA-da yeni siyasi qrup yaradıldı

    Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni siyasi qrup yaradılıb. 
    “Azad Demokratlar Qrupu” adlı birlikdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlar çoxluq təşkil edir. 
    Qrupa hələlik 20 üzv - Türkiyədən 7, İtaliyadan 5, Azərbaycandan 4, Rumuniya, Serbiya, Bosniya və Hersoqovina və San-Marinodan 1 nəfər daxildir. Qrupa rəhbərlik italiyalı parlamentari Adele Gambaroya həvalə olunub.
    Qeyd edək ki, AŞPA-da siyasi qrup formalaşdırmaq üçün ən azı 6 ölkədən 20 parlamentarinin bir araya gəlməsi lazımdır.

    Muxalifet2 - 9-10-2017

  16. ABŞ - Türkiyə münasibətlərindəki GƏRGİNLİYİN SƏBƏBİ - ŞƏRH

    Türkiyə və ABŞ arasında gərginlik pik həddə çatıb. Qarşılıqlı ittihamlardan sonra Türkiyənin ABŞ səfirliyinin əməkdaşını casusluqda ittiham edərək həbs etməsi qarşı tərəfin sərt addımlar atması ilə nəticələndi.
     
    ABŞ-ın Türkiyə bütün rəsmi və qeyri-rəsmi vizaların dayandırılması barədə qərarı "işçilərinin təhlükəsizliyi" səbəbi ilə dayandırdı. Türkiyənin cavabı da oxşar oldu və ABŞ vətəndaşlarına viza verilməsinin dayandırıldığını açıqladı.

    Muxalifet - 9-10-2017

  17. Millimizin hücumçusu Fransa klubu ilə müqavilə bağladı

    Azərbaycan millisinin daha bir voleybolçusu karyerasını ölkə xaricində davam etdirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, son mövsüm “Azərreyl”də oynayan Anastasiya Qurbanova “dəmiryolçular”la vidalaşıb. 
    28 yaşlı hücumçu yeni ildə Fransa klubunda oynayacaq. O, 2017/2018 üçün artıq “Venel”lə müqaviləsini rəsmiləşdirib. Rusiyanın “Proton” klubunda da forma geyinmiş Qurbanova yeni komandasında 13 nömrəli formanı geyinəcək. 
    Qeyd edək ki, Anastasiya Azərbaycanda “Azəryol” və “Azərreyl” klublarının da şərəfini qoruyub.

    Muxalifet2 - 9-10-2017

  18. Sabah Azərbaycanda 23 rayon internetsiz qalacaq - SİYAHI

     “Aztelekom” internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
     
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

    Muxalifet - 9-10-2017

  19. İsraillə Britaniya anlaşdı – İRAN TƏHDİDİ

    Böyük Britaniyanın Baş naziri Tereza Meylə İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı zamanı İrana qarşı birlikdə çalışmaq barədə razılığa gəliblər. 
    Bu barədə “Vətən” qəzeti informasiya yayıb. 
    Məlumata görə, tərəflər İranın Yaxın Şərqdə səbəb olduğu təhdidlərə və Tehranın bölgədəki tərəqqinin qarşısını alan fəaliyyətlərinin əleyhinə birgə mübarizə aparmaq barədə razılaşıblar.

    Muxalifet2 - 9-10-2017

  20. İlham Əliyev nazirləri topladı - FOTO

    Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
     
    Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
    Sonra Təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzələrlə çıxış ediblər.
    Azərbaycan Prezidenti iclasda yekun nitqi söyləyib.

    Muxalifet - 9-10-2017

Pages