Axtarış
The search found 105785 results in 0.11 seconds.
Search results
Şura Qubada konfrans keçirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qubada “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfrans keçirib.
Muxalifet2 - 8-10-2017
İŞİD anbarından sovet topu tapıldı
Suriya hərbçiləri İŞİD-dən azad edilmiş Akebart şəhərində silah-sursat anbarı aşkar ediblər.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı informasiya yayıb.
“Tapılan silahlar arasında sovet istehsalı 130 millimetrlik M-46 topu, çox sayda iriçaplı pulemyot və sursat tapılıb”, - xəbərdə deyilib.
Aşkar edilən M-46 topu Suriya ordusuna məxsus olub, döyüşlər zamanı İŞİD terrorçularının əlinə keçib.
Muxalifet2 - 8-10-2017
"Dövlət büdcəsindən ayrılan vəsaitlər sosial layihələrin tam icrasına kifayət edir" - SƏLİM MÜSLÜMOV – VİDEO
Növbəti ildən etibarən Azərbaycanda pensiyalar yeni üsulla artırılacaq. İl ərzində orta əmək haqqına ediləcək artımlar, növbəti il üçün pensiya artımının əsasını təşkil edəcək.
Muxalifet.az xezerxeber.az-a istinadən bildirir ki, yeni sistem barədə məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib. Nazir bildirib ki, yeniliyin tətbiqi üçün qanunvericiliyə bütün dəyişikliklər edilib. Pensiyalara artım baza yox, bütöv sığorta hissəsinə ediləcək.Muxalifet2 - 9-10-2017
"Trampın hərəkətləri 3-cü Dünya müharibəsinə səbəb ola bilər" - SENATOR
Amerikalı senator ABŞ prezidentinin işini tənqid edib
Amerikalı senator Bob Korker ABŞ prezidenti Donald Trampın işini tənqid edib.
Bu barədə "The New York Times" məlumat yayıb.
Korker bildirib ki, Tramp Ağ Evdəki işinə realiti-şou kimi münasibət bəsləyir. Bundan əlavə, onun sözlərinə görə, amerikalı lider digər ölkələri təhdid edir və bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.
"O, (Tramp-red) məni narahat edir. O, bizim ölkəmizə laqeyd olmayan hər kəsi narahat etməlidir", - deyə Korker bildirib.Muxalifet - 9-10-2017
Almaniya Azərbaycanı 5:1 hesabı ilə məğlub etdi
Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.
Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağı olub.Muxalifet - 9-10-2017
"İlk hissədə tam yaxşı oynamadıq" - Yoaxim Löv
Almaniya millisinin baş məşqçisi komandanın oyununu qiymətləndirib
“Oyunçularımı təbrik edirəm. On qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz".
Bunu Almaniya millisinin baş məşqçisi Yoaxim Löv Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə oyundan sonra deyib.Muxalifet - 9-10-2017
AŞPA-nın payız sessiyası bu gün başlayır
İclasda qurumun son 3 ay ərzində fəaliyyətinə dair məruzələr dinləniləcək
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etmək üçün Strasburqa gəlib.
Sessiya müddətində AŞPA-nın son 3 ay ərzində fəaliyyətinə dair məruzələr dinləniləcək, müzakirələr aparılacaq.Muxalifet - 9-10-2017
Prosineçki: "Komandadan razı qaldım"
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya 1:5 hesabı ilə məğlubiyyətdən sonra oyun haqqında fikirlərini bölüşüb
O, komandanın ilk hissədəki oyununu müsbət qiymətləndirib.
- Bu hesabdan sonra nəsə demək çətindir. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq.
İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı.Muxalifet - 9-10-2017
Bakıda yük maşını aşıb: sürücü ölüb - VİDEO
Gecə saatlarında Bakının Yasamal rayonu ərazisində yük maşınının aşması ölümlə nəticələnib.
Avtoqəza Tbilisi prospektində qeydə alınıb.
Məlumata görə, yol qəzasına "20 Yanvar" dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkət edən "Howo" markalı yük maşınının arxa təkərlərindən birinin qəfildən sıradan çıxmasının səbəb olduğu ehtimal edilir. İlkin məlumata görə, avtomaşının əyləc sisteminin sıradan çıxıb. Sürücünün özünü avtomaşından kənara atmaq istəməsi isə faicə ilə nəticələnib. O, avtomaşının altında qalaraq faciəli şəkildə dünyasını dəyişib.Muxalifet - 9-10-2017
Avtomobili 13 yaşlı yeniyetməni vurub
Yaralı xəstəxanaya yerləşdirilib
Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, "Nargilə" dairəsi kimi tanınan ərazidə yolu keçən 13 yaşlı Zülfüqarov Amay İlqar oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 9-10-2017
Yol polisi rüşvəti götürmədi - SÜRÜCÜ HƏBS EDİLDİ
Fransada yol polisi rusiyalını həbs edib.
"RİA Novosti" xəbər verir ki, insident dünən gecə Nant şəhərində baş verib.
Həbsə səbəb yol hərəkəti qaydasını pozan rusiyalının Fransa yol polisinin iki əməkdaşına 40 avro rüşvət təklif etməsi olub. Həbs olunan rusiyalının adı açıqlanmır.Muxalifet - 9-10-2017
Türkiyə ABŞ-ın həmləsinə cavab verdi - GƏRGİNLİK ARTIR
Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
Bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.
Qərarın ABŞ-ın bir qədər əvvəl Türkiyə vətəndaşlarına viza verilməsini dayandırması ilə bağlı olduğu bildirilib.
Qeyd edək ki, ABŞ bu gün Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Türk mediası sözügedən qərarın ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulması ilə bağlı olduğunu yazıb./axar.azMuxalifet - 9-10-2017
Türkiyə XÜSUSİ TƏYİNATLILARI İdlibə daxil oldu
Türkiyə rəsmilərinin olduğu avtomobil korteji danışıqların və müşahidələrin aparılması üçün Təhrir əş-Şam qruplaşmasının nəzarətində olan İdlib şəhərinə daxil olub.
Bu barədə “Replinq” saytı məlumat yayıb.
Avtomobil karvanının Atme bölgəsindən şəhərə daxil olduğu bildirilib.Muxalifet - 9-10-2017
Türkiyə çox çətin əməliyyata başlayır - Ekspert
İdliblə “Fərat qalxanı” əməliyyatlarını müqayisə etmək yanlışdır.
Bu sözləri hərbi ekspert Abdulla Ağar İdlib əməliyyatını şərh edərkən deyib.Muxalifet - 9-10-2017
İsrail “KÜRDÜSTANA KÖÇ” PLANINI BAŞLATDI
Bərzaninin qanunsuz referendumundan sonra İsrail bölgəyə köçürmələrə başladı.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İKBY-də Türkiyə prezidentinin İran səfərindən sonra bir hərəkətlilik vardır və İsrail təcili qaydada Ərbilə köçürmələrə başlayıb.
Məlumata əsasən Ərbilə 2 min İsrailli gətirildi. Yekun planda İsrail 400 min nəfəri Şimali İraqda yerləşdirmək fikrindədir.
Bərzani-İsrail-ABŞ ittifaqı tərəfindən həm PKK, həm də İŞİD-in əli ilə boşaldılan əraziləri xaricdən gətirilənlərlə doldururlar.Muxalifet - 9-10-2017
“Biz müstəqilliyimizi elan edəcəyik” – Tarix verildi
İspaniyanın şərqindəki Kataloniya Muxtar Hökumətinin başçısı Carles Puçdemont tək tərəfli müstəqillik bəyannaməsindən geri çəkilməyəcəyini söyləyib.
Müxalifət.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Kataloniya hökümətinin başçısı Puçdemont TV3-də danışərkən deyib.
Puçdemont Kataloniyada TV3 ilə verdiyi müsahibədə, "Biz onu birtərəfli müstəqillik bəyannaməsi adlandırmırıq, ona müstəqillik elan deyirik. Bu, qanunvericilikdə var və biz onu həyata keçirəcəyik”.Muxalifet - 9-10-2017
“Türkiyə ordusu ilə SAVAŞIN, SİZƏ YARDIM EDƏRİK” - ABŞ
Türkiyənin Suriyanın İdlib əyalətində hərbi əməliyyatlara qərar verməsi ABŞ və terrorçu müttəfiqlərini əndişələndirib
Müxalifət.az Türkiyə mediasına istinadən bildirir ki, Türkiyənin İdlib əməliyatına başlaması ABŞ-ın Suriya palanlarını alt-üst edib.Muxalifet - 9-10-2017
Polislərdən qaçan şəxs ÖZÜNÜ BIÇAQLAYIB - BAKIDA
Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib
Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.
Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görədə intihara cəhd göstərib.Muxalifet - 9-10-2017
"KaMAZ" "Mercedes"lə toqquşub: ölənlər və xəsarət alanlar var - YENİLƏNİB
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Sabirabadda "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Hadisə nəticəsində ağır xəsarət almış Etibar Məzahir oğlu Eyvazlı dünyasını dəyişib.
Qeyd edək ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***08:40
Sabirabadda "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.Muxalifet - 9-10-2017
Sərnişin avtobusu 38 yaşlı qadını vurub - BAKIDA
Piyadanı 22 nömrəli sərnişin avtobusu vurub
Bakıda sərnişin avtobusu piyadanı vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində 38 yaşlı Qədimova Fəridə Fərhad qızı yol kənarı ilə gedərkən onu arxadan gələn 22 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Qabırğa sümüklərinin çoxsaylı sınığı diaqnozu ilə xəstəxanaya qəbul olunan F.Qədimovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.Muxalifet - 9-10-2017