Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. Türkiyə də ABŞ vətəndaşlarına vizanın verilməsini dayandırdı

    Türkiyə ABŞ vətəndaşlarına qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb.
    Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bu addım ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırmasına cavab olaraq atıldı.
    Xatırladaq ki, daha öncə ABŞ hökuməti bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi lə bağlı Türkiyə vətəndaşlarına vizanın verilməsinin dayandırmışdı.

    Muxalifet2 - 9-10-2017

  2. ​Putin Balkanlardakı ən yaxın müttəfiqi ilə danışdı

    Rusiya Prezidenti Vladimir Putinlə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.
    Bunu Serbiyanın “Kurir” qəzetinə müsahibəsində Vuçiçin özü söyləyib. O, telefon danışığının oktyabrın 7-də baş tutduğunu bildirib.
    Telefon danışığında əsas müzakirə mövzusu Serbiya və Rusiya arasında müqavilələr olub. 25 dəqiqə davam telefon danışığı zamanı liderlər ünsiyyət üçün rus dilindən istifadə ediblər.

    Muxalifet2 - 9-10-2017

  3. Bakıda kütləvi dava olub, 3 qardaş xəsarət aldı

    Bakıda kütləvi dava düşüb, 3 qardaş ağır xəsarət alıb. 
    "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. 
    Ramana qəsəbəsində 33 yaşlı Qrubanov Niyaməddin Musa oğlu ilə tanışı arasında küçədə mübahisə düşüb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Belə ki, 14 nəfər şəxs N.Qurbanov və onun qardaşları 29 yaşlı Qurbanov Şahmarı, 25 yaşlı Qurbansoy Mamedi döyərək onlara müxtəlif vasitələrlə ağır xəsarət yetiriblər. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. 
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet2 - 9-10-2017

  4. ​Yük maşını aşdı, sürücü öldü - BAKIDA

    Yasamalda yük avtomobili aşıb, sürücü hadisə yerində ölüb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşıb, kuzada olan qum ətrafa dağılıb.

    Muxalifet2 - 9-10-2017

  5. Binəqədidə EV YANDI

    Bakı şəhərində yanğın olub.
    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstrukiyaları 18 m² sahədə, dəhlizin tavanı 5 m² və dam örtüyü 28 m² sahədə yanıb.
    Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 9-10-2017

  6. Çində 1,34 milyon məmur həbs olundu

    Çində son 5 il ərzində 1,34 milyon məmur cəzalandırılıb. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, məmurların böyük hissəsi korrupsiyaya görə cəzalandırılıb. Hələlik məmurların hansı cəza aldığı bildirilməyib. 
    Pekin Kommunist Partiyasının 155 min yerli təşkilatının da yoxlamalara məruz qaldığını açıqlayıb.

    Muxalifet2 - 9-10-2017

  7. İsrail tankları Qəzzaya hücum etdi

    İsrail ordusu blokada altında saxladığı Qəzza şəhərinə tanklarla hücum edib.
    Tanklar Qəzza şəhərinin cənubunda Həmasa aid bir hərbi bazanı vurub.
    İsrailin tank hücumları təşkil etməsinə səbəb kimi Qəzza istiqamətindən İsrailin Aşkelon şəhəri yaxınlığına raket atılmasına qarşılıq verilməsi olub.
    İsrailin hücumlara səbəb olaraq göstərdiyi raket hücumunun məsuliyyətini isə fələstinli qruplardan heç biri öz üzərinə götürməyib.

    Muxalifet2 - 9-10-2017

  8. Düşmən mövqelərimizi 132 dəfə atəşə tutdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub. 

    Muxalifet2 - 9-10-2017

  9. Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanları keçiriləcək

    Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
    Mərkəzdən Trend-ə verilən məlumata görə, növbəti sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 11, 12 və 13 oktyabr tarixlərində keçiriləcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 

    Muxalifet2 - 9-10-2017

  10. Qazaxıstanın hərbi attaşesi Bakıda qəzaya düşdü

    Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib. 
    APA-nın məlumatına görə, hadisə “Azneft” dairəsi yaxınlığında qeydə alınıb.
     Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevin idarə etdiyi “Mitsubişi” markalı maşın Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi “Mersedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. 
    Faktla bağlı araşdırma aparılır. 
    Qeyd edək ki, “Mitsubişi”ni idarə edən idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir.

    Muxalifet2 - 9-10-2017

  11. ​Trampa qarşı ittiham: III Dünya müharibəsi…

    Donald Tramp digər dövlətləri təhdid edərək ölkəni Üçüncü Dünya müharibəsi riski ilə üz-üzə qoya bilər.
    Bunu amerikalı senator, Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Bob Korker deyib.
    Korker Trampın Ağ Evdəki vəzifəsinə realiti-şou kimi baxdığını bildirib:
    "O məni narahat edir. Millətini düşünən hər kəs Trampın hərəkətlərinə laqeyd qalmamalıdır. Tramp yazdığı tvitlərlə diplomatik əlaqələrə ciddi ziyan vurub".

    Muxalifet2 - 9-10-2017

  12. Evdən 10 min manatlıq qızıl və xeyli pul oğurlandı - BAKIDA

    Bakıda evdən oğurluq olub. 
    Nəsimi rayonu sakini Bəşir Şakir oğlu Allahyarovun evindən 10 min manatlıq qızıl, 350 manat və 1700 ABŞ dolları məbləğində pul naməlum şəraitdə oğurlanıb. 
    Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 9-10-2017

  13. Azərbaycana 26,3 milyon dollar yardım ayrıldı - KÜTLƏVİ QIRĞIN SİLAHLARI İLƏ BAĞLI

    1999-cu ildən indiyə kimi EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb. 
    Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Karter Vilbör deyib. 
    O qeyd edib ki, Azərbaycan kütləvi qırğın silahlarına qarşı mübarizədə daim öz sadiqliyini göstərib.

    Muxalifet2 - 9-10-2017

  14. İran gəmisi vuruldu: KAPİTAN ÖLDÜRÜLDÜ

    Somalinin Puntlend bölgəsində təhlükəsizlik qüvvələrinin “dayan” əmrinə tabe olmayan gəminin heyətinə atəş açılıb. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, Bosaso limanının təhlükəsizlik qüvvələrinin komandiri Məhəmməd Abdi Haşi mətbuata açıqlamasında İran bayraqlı gəminin heyətinin qaçaqmalçılıqla məşğul olduğunu bildirib. 
    O, kapitanın açılan atəş nəticəsində öldüyünü, 8 nəfərlik heyətin isə həbs edildiyini açıqlayıb.

    Muxalifet2 - 9-10-2017

  15. Ana və azyaşlı oğlu dəm qazından boğuldu - BAKIDA

    Bakıda ana və azyaşlı övladı dəm qazından boğulub.
    Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri - 1991-ci il təvəllüdlü Aygün Məmmədova azyaşlı oğlu Turalla birgə yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 9-10-2017

  16. Prosineçki: Belə qrupda 10 xal toplamaq asan deyil

    Belə qrupda 10 xal toplamaq asan deyil.
    Bunu millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Almaniya – Azərbaycan oyunundan (5:1) sonra bildirib. 
    R.Prosineçki qeyd edib: “Bu hesabdan sonra nəsə demək çətindir. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq, qol vəziyyətlərimiz oldu. Onlardan birini qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı".

    Muxalifet2 - 9-10-2017

  17. Türk ordusu İdlibə girdi – SON DƏQİQƏ

    İdlibdə əməliyyatlara başlamağa hazır olduğunu bildirən türk ordusu artıq kəşfiyyat qruplarını bu şəhərə göndərib. 
    Bu barədə “Röyter” məlumat yayıb.
    Kəşfiyyat qrupunun Şeyx Bərəkət dağındə yerləşdiyi bildirilib. Sözügedən dağdan isə həm Hələb, həm də Afrini rahatlıqla müşahidə etmək olur. Yerli mənbələrdə türk ordusuna aid PUA-ların bölgədə uçuşlar həyata keçirdiyi yazılıb. 
    Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ordunun Suriyanın İdlib şəhərindəki əməliyyatlara qatılmağa hazır olduğunu bildirmişdi.

    Muxalifet2 - 9-10-2017

  18. ​Maduro Trampa təşəkkür etdi: "Mənim üçün qürurdur"

    Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa onu "məşhur" etdiyi üçün təşəkkür edib.
    Nikolas Maduro mətbuata açıqlamasında bildirib ki, avqust ayından etibarən Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edən Donald Tramp Venesuela müxalifətinin başçısı "vəzifəsini" yerinə yetririr.
    O həm də, həmkarı Trampa onu "məşhur" etdiyi üçün təşəkkür edib:

    Muxalifet2 - 9-10-2017

  19. 6 it “Qurd”a hücum etdi - “Bədənimi dişləyiblər”

    Qurd ləqəbi ilə tanınan reper Fərid Eminov küçə itlərinin hücumuna məruz qalıb. 
    BakuPost.az xəbər verir ki, bu barədə reper sosial şəbəkələrdən birində yazıb. O, gecə saatlarında 6 itin ona hücum etdiyini bildirib: 
    Bu haqda Axşam.az-a sənətçinin özü deyib. O bildirib ki, gecə saatlarında 6 itin hücumuna məruz qalıb: "İtlərin hücumuna məruz qaldıq. Vaksin vurulub, qorxmayın. 6 itdən 1-nin boynunu sındıra bildik”.
    Reper əlavə edib ki, itlər onun bədənini bir neçə yerdən dişləyib.

    Muxalifet2 - 9-10-2017

  20. Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq ÖLDÜRÜLDÜ

    Faktla bağlı araşdırma aparılır
    Xızı rayon sakini qətlə yetirilib.
    Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şuraabad qəsəbəsində baş verib.
    Belə ki, qəsəbə sakini 41 yaşlı Səfər Zamanov qasıq nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 9-10-2017

Pages