Paytaxtda mənzildə MEYİT TAPILDI
5-10-2017 15:09

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb olunublar. 1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun meyiti xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.