Axtarış

The search found 105785 results in 0.107 seconds.

Search results

  1. Oğlumu dəmir çarpayıya qandallayaraq 3 saatdan çox saxlayıblar - Zahirə Şirəliyeva

    Oktyabrın 3-də Zahirə Şirəliyeva 9 saylı Cəzaçəkmə Müəsissəsində 10 günlük cərimə kamerasında qaldıqdan sonra oğlu Cavid Şirəliyevlə görüşüb.
     
    Zahirə Şirəliyeva görüşdən sonra oğluna işgəncələr verilməsi ilə bağlı Facebook-da (https://www.facebook.com/cavid.shireliyev.7?fref=ts) məlumat yayıb.

    Muxalifet - 4-10-2017

  2. Konqresdə postsovet məkanında mətbuat azadlığı üzrə dinləmələr

    ABŞ Helsinki Komissiyası və Nümayəndələr Palatası çərşənbə günü postsovet dövlətlərində jurnalistlərə sistemli şəkildə hücumlar barədə dinləmələr keçirəcək.
     
    Təşkilatçıların sözlərimə görə, postsovet məkanında avtoritar rejimlər jurnalistlərə sistemli şəkildə hücum edərək, mətbuatı qorxutmağa və susdurmağa çalışırlar.

    Muxalifet - 4-10-2017

  3. Bakıdan uçan təyyarə Yerevanda təlaşa səbəb olub

    Bakıdan Yerevana uçan və göyərtəsində Aİ-nin siyasət və təhlükəsizlik komitəsinin nümayəndələri olan təyyarə Ermənistanda təlaş yaradıb.
    Muxalifet.az-ın news.am-a istinadən məlumatına görə, nümayəndə qrupu Bakının Heydər Əliyev hava limanından çarter reysi ilə Yerevanın “Zvartnoç” aeroportuna uçub. 
    Bununla əlaqədar “Zvartnoç”un saytında Bakıdan gələn təyyarə barədə elan yerləşdirilib. Bu elan erməni cəmiyyəti və KİV-də geniş müzakirələrə səbəb olub.

    Muxalifet2 - 4-10-2017

  4. ​Şagirdlərdən pul yığan müəllim və direktorlarla bağlı – AÇIQLAMA

    5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa, valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.
    Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.
    Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

    Muxalifet2 - 4-10-2017

  5. ​Qeyri-adi azərbaycanlı: Ürəyi sağda, qaraciyəri isə soldadır – VİDEO

    Ürəyi sağda, qaraciyəri isə soldadır. Onun digər orqanları da öz yerində deyil.
    Muxalifet.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu qeyri-adi insan Sumqayıt şəhərində yaşayır.
    51 yaşlı Hafiz İmamnəzərli daxili orqanların yerləşməsinə görə ölkədə yeganə insandır. Bu şəxs, 10-cu sinifdə oxuyarkən özündə qeyri-adiliyi öyrənib. İllər sonra isə müraciət etdiyi həkimlər ona daxili orqanlarının yerinin dəyişik olduğunu deyib.
    Hafis İmamnəzərli bu yaşına qədər bədənində orqanların yerdəyişikliliyi ilə bağlı heç bir problem yaşamayıb.

    Muxalifet2 - 4-10-2017

  6. Alimlər Marsa casus göndərəcək

    ​Rusiya alimləri planetin səslərini yazmaq üçün Marsa diktofon göndərəcəklər.
    Muxalifet.az xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatları İnstitutunun laboratoriyasının rəhbəri Daniil Rodionov "RİA-Novosti" agentliyinə müsahibəsində deyib.
    Marsda səslərin yazılması üçün diktofon "ExoMars-2020" missiyasının enmə platformasının meteokompleksinin tərkibinə daxil ediləcək.

    Muxalifet2 - 4-10-2017

  7. ​Masallıda çay məcrasından çıxıb – FOTO

    Yağan intensiv yağışlar Masallıda bir sıra fəsadlar törədib.
    Muxalifet.az-ın apa-ya istinadən verdiyi məlumata görə, Boradigah çayının məcrasından çıxması səbəbindən yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi və bəzi evlərin zirzəmiləri su altında qalıb.
    Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.  Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq .
    Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti hələdə davam edir.

    Muxalifet2 - 4-10-2017

  8. Evdə pişik saxlayanlar - DİQQƏT!!!

    Pişiklərdən insana keçə bilən Toksoplazma paraziti insan beynində dəyişikliklərə yol aça və nevroloji xətəlikləri dərinləşdirə bilər.
    Muxalifet.az-ın məlumatına görə, bu qənaətə beynəlxalq mütəxəssislər qrupu gəlib.
    Mütəxəssislərin fikrincə, dünya əhalisinin yarısı toksoplazmoz xətəliyinə yoluxa bilər.
    ABŞ və Rusiyada bu xəstəliyə yoluxanların sayı müvafiq olaraq 23 və 20 faizə çatır.
    Hesab olunur ki, bu parazit Altshaymer, Parkinson, epilepsiya kimi xəstəliklərə xarakterik olan neyron birləşmələrində dəyişikliklərə yol açır.

    Muxalifet2 - 4-10-2017

  9. ATV-nin daha bir reytinqli verilişi BAĞLANDI

    Aktyor Fərda Xudaverdiyev "Top kimi şou"sunun aqibətindən danışıb.

    Muxalifet.az bildirir ki, axşam.az-a açıqlama verən aktyor proqramın yayımı dayandırıldığını deyib:

    Muxalifet2 - 4-10-2017

  10. ​Mərkəzi Bank birbaşa manata inamı qaytarmaq üçün tutarlı addımlar atmalıdır — VACİB AÇIQLAMA

    Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır”.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib.

    Muxalifet2 - 4-10-2017

  11. ​ İranın ali dini lideri ilə Türkiyə prezidenti arasında görüş keçirilib

    Tehranda İranın ali dini lideri ayətullah Əli Xamneyi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. 
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, görüşdə Xamneyi  İran və Türkiyə arasında  iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, İranla Türkiyənin İslam dünyasının önəmli məsələlərində əməkdaşlıq və razılığını təsiredici və önəmli olduğunu qeyd edib.

    Muxalifet2 - 4-10-2017

  12. Yeni "iPhone"larda bu qüsur aşkar edildi

    "iPhone X" smartfonlarında uşaqların üzünü tanıma funksiyası tam işləməyə bilər.
     
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Apple" şirkətinin saytında qeyd edilib.
     
    Məlumatda qeyd olunur ki, telefon 13 yaşdan aşağı uşaqların üz cizgilərini tanımaqda çətinlik çəkə bilər.
     
    Bunun səbəbi kimi uşaqlarda bu yaşlarda üz cizgilərinin tam formalaşmaması göstərilir. Telefon sahibinin əkiz bacı və ya qardaşının olması isə bu funksiyanın işi üçün daha da çətinlik yarada bilər.
     

    Muxalifet2 - 5-10-2017

  13. ​Sərkisyanı güllələyən şəxsin kimliyi bilindi

     
    Azərbaycanın işğal edilmiş ərazilərindəki Ermənistan ordusunun dislokasiya olunan hərbi hissələrində Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan çağırılan hərbçilər arasında gərgin münasibətlər nəticəsində qanlı insidentlərin baş verməsi adi hala çevrilib.

    Muxalifet2 - 5-10-2017

  14. ​Prezident İlham Əliyev: “Müxalifətin mitinqləri normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur”

    Müxalifətin mitinqləri normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı deyib.

    Muxalifet2 - 5-10-2017

  15. ​Azərbaycanda yeni futbol turniri təsis ediləcək

    Azərbaycanda futbol üzrə yeni kubokun təsis edilməsi planlaşdırılır.
    Muxalifet.az  xəbər verir ki, bunu jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
    Federasiya rəsmisi bildirib ki, yarışda Premyer Liqa və I Divizion klubları iştirak edə biləcəklər.
    Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında 4 turnir keçirilir. Bunlar Premyer Liqa, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və I Diviziondur.
     

    Muxalifet2 - 5-10-2017

  16. ​Bürclər : “Mühüm görüş üçün yaxşı vaxt deyil“– 5 OKTYABR

    Muxalifet.az  bu günün qoroskopunu təqdim edir:

    Muxalifet2 - 5-10-2017

  17. ​Azərbaycan neftinin SON QİYMƏTİ

    Muxalifət.az xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 58,05 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,54 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 57,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,56 dollar/barel çoxdur.

    Muxalifet2 - 5-10-2017

  18. Aİ rəsmisi: "Biz çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo deyil, siyasi nizamlanma tapılsın"

    "Biz çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo deyil, siyasi nizamlanma tapılsın".

    Muxalifet.az Azərtaca-a istinadən bildirir ki, bunu Bakıda Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

    Muxalifet2 - 5-10-2017

  19. ​Sumqayıtda 3 otaqlı EV YANDI

    Sumqayıtda yanğın qeydə alınıb.
    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
    Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 5-10-2017

  20. Nigerdə ABŞ hərbçiləri atəşə tutuldu - ÖLƏN VAR

    Nigerdə ABŞ və yerli hərbçilərdən ibarət hərbi patrulun atəşə tutulması nəticəsində 8 əsgər həlak olub.
    Bu barədə Pentaqonun rəsmi nümayəndəsi bildirib.
    Onun sözlərinə görə, insident zamanı 5 Niger Silahlı Qüvvələrinin əsgəri və 3 ABŞ hərbçisi həlak olub, daha 2 amerikalı əsgər yaralanıb.

    Muxalifet2 - 5-10-2017

Pages