Almaniya müdafiə nazirini Qafqaza göndərdi – İlk dəfə

Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen Gürcüstana səfər edib. 
Tiflisdə Lyayen gürcü həmkarı Levon İzoriya ilə görüşüb. Görüş zamanı Lyayen Gürcüstana Əfqanıstandakı fəaliyyətinə görə təşəkkür edib. 
Qeyd edək ki, Lyayen Gürcüstana səfər edən ilk Almaniya müdafiə naziridir.