ABŞ-dan dost Pakistana HƏRBİ TƏHDİD

ABŞ Ordusunun baş qərargah rəisi Dunford ABŞ Senatında Pakistan kəşfiyyatını terror qrupları ilə əlaqəli olmaqda günahlandırıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə KİV-i ABŞ Senatında qardaş Pakistanın hərbi təhdid edildiyindən yazıb.
ABŞ-dan Pakistana hərbi təhdid
Yeni Əfqanıstan strategiyası ilə Pakistanda xaos və müharibə ssenarisi aparan ABŞ rəhbərliyi, hədə və təhdid ritorikasını da artırıb. ABŞ baş qərargah rəisi Ordu generalı Cozef Dunford dünən ABŞ Senatı Silahlı Xidmətlər Komitəsində yeni Əfqanıstan strategiyası haqqında senatorların suallarını cavablandırıb. Dunford, Pakistan kəşfiyyat təşkilatını (İSİ) hədəf alaraq terror qrupları əlaqədə ittiham edib. Dunfordun ardınca müdafiə naziri Cim Mattis, "Pakistan hökuməti və ordusu terrorla mübarizə edərkən Kəşfiyyat xidməti isə terrorçularla yumşaq davranaraq öz siyasətini yeridir" ittihamını yönəldib.
SON BİR ŞANS
Pakistan kəşfiyyatına qarşı digər variantlara əl atmadan əvvəl Tramp rəhbərliyinin Pakistanla Əfqanıstanda işi "bir daha" sınaqdan keçirəcəklərini deyərək təhdid edən Mattis, "Pakistanlılar ilə bu strategiyanı həyata keçirməyi bir daha yoxlamaq lazımdır. Bütün səylərimiz uğursuzluğa məruz qalarsa, lazımi hər cür addımı atmağa hazırlanarıq" ifadələrini işlədib. Senat komitəsinə müraciət edən Mattis, "Pakistana gedərək onlarla işləməyi təklif edəcəyəm” deyib. Mattis, ABŞ-ın Əfqanıstandakı strategiyasında etdikləri dəyişiklikləri "4r+s" kimi xarakterizə edib. Bunun isə abreviaturası ingiliscə olaraq "bölgəsəlləştirmə, yenidən adaptasiya, gücləndirmə, uzlaşdırma və yaşatmaq" sözlərinin baş hərflərindən ibarət bir anlamdır.
Muxalifet.az