Axtarış
The search found 105785 results in 0.035 seconds.
Search results
Как русские вас вербуют
Во многих смыслах их работа похожа на работу в области продаж: сначала они должны найти правильный подход, а затем попытаться заключить выгодную сделку. Встречи были настолько интенсивными, что после них я чувствовал полное изнеможение
«В контрразведке все строится на психологии и самолюбии».
Muxalifet3 - 4-10-2017
"Polad Bülbüloğlunun namizədliyini dəstəkləyirik" - Rusiya XİN
Rusiya XİN: Polad Bülbüloğlunun namizədliyini dəstəkləyirik
Rəsmi Moskva Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş katibi postuna namizədliyini dəstəkləyir.
“TASS” xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qennadiy Qatilov bildirib.
“Seçkilər bazar günü keçiriləcək. Böyük ehtimalla bir neçə mərhələ olacaq. Bizim prioritetimiz Azərbaycan olaraq qalır”, - deyə XİN rəhbərinin müavini bəyan edib.Muxalifet - 4-10-2017
"İraq Kürdistanına embarqo tətbiq olunarsa, neft bahalaşar" - PUTİN
qarşı neft embarqosu tətbiq olunarsa, "qara qızıl" bahalaşar, lakin bu addımı kimsə atmayacaq".
RİA "Novosti" agentliyi xəbər verir ki, bu barədə prezident Vladimir Putin Rusiya Enerji Həftəsində ("Russian Energy Week") çıxışı zamanı bildirib.
"Sözsüz ki, bu, neftin bahalaşmasına səbəb olacaq. Lakin bunda kimsə maraqlı deyil. Buna görə, real həyatda baş verənləri nəzərdən keçirmək lazımdır", - deyə prezident qeyd edib(apa).Muxalifet3 - 4-10-2017
ABŞ səfirliyinin avtomobili qəzaya düşdü - BAKIDA
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb.
Hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb. Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı maşına dəyib.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.Muxalifet3 - 4-10-2017
Dağlıq Qarabağ məsələsi Soçidə müzakirə olunacaq – ZAXAROVA
Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı “Xarici işlər nazirlərinin Soçi görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilirmi” sualına cavabında deyib.
Lakin o bildirib ki, bunu dəqiqləşdirmək lazımdır: “Belə bir müzakirənin keçirilməsi istisna deyil, amma dəqiqləşmə tələb edir. Mən dəqiqləşdirəcəyəm”.Muxalifet3 - 4-10-2017
PROKUROR VİTSE-ADMİRALIN HƏBSİNİ TƏLƏB EDİR – “Məhkəmə Şahin Sultanovun əməlinə düzgün qiymət verməyib”
Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmənin baxış iclası fasilədən sonra davam etdirilib.
Muxalifet3 - 4-10-2017
Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı
Oktyabrın 4-də Bakının Nəsimi rayon Məhkəməsi vəkilin jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətini təmin etməyib.
Bu barədə Turan-a vəkil Zübeydə Sadıqova bildirib.
Gürcüstandan oturum izni alan jurnalist Əfqan Muxtarlı bu il mayın 29-da müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun dediyinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.Muxalifet - 4-10-2017
Ramazan Abdulatipov istefadan sonra... – “İŞSİZ QALMAYACAĞAM”
Dağıstanın rəhbəri vəzifəsindən istefa verən Ramazan Abdulatipov bundan sonra mədəni-təhsil layihələri ilə məşğul olmaq niyyətində olduğunu açıqlayıb.
O, RİA Novosti-yə bildirib ki, işsiz qalmayacaq: “Məncə, Moskvanın yaxşı universitetlərindən birində professor olacağam, mədəniyyət və təhsil layihələri ilə məşğul olacağam. İdeya çoxdur, yəni işsiz qalmayacağam".
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Ramazan Abdulatipovun istefasını qəbul edib.
Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vladimir Vasilyevə həvalə olunub.Muxalifet3 - 4-10-2017
Cahangir Hacıyevə doğmaları ilə görüş qadağan edilib
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev çərşənbə günü günorta bir həftə əvvəl salındığı karserdən çıxarılıb.
Amma o, mədəaltı vəzində kəskin dözülməz ağrılardan şikayət edib, bu, keçirdiyi aclıq aksiyasının nəticəsi olub. Bu barədə Turan-a onun bacısı Əminə Hacıyeva bildirib.
Keçmiş bankir həmçinin bildirib ki, "təcili yardım" və ya başqa həkimlər çağırmaq xahişlərinə baxmayaraq, onun müraciətlərinə məhəl qoyulmur.
Ə.Hacıyevanın sözlərinə görə, qardaşına hətta ağrıkəsici dərman da vermirlər.Muxalifet - 4-10-2017
Ramil Quliyev Avropanın ən yaxşı kişi atletləri sırasında
Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb.
Yerli KİV-in Avropa Atletika Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.
Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb.Muxalifet3 - 4-10-2017
“2001-ci ildə Kim Çen İr mənə dedi ki...” - Putin 16 illik SİRRİ AÇDI
“Şimali Koreya lideri Kim Çen İr hələ 2001-ci ildə mənə Pxenyanda olan atom bombasından və silahların sonrakı inkişafı üzrə planlardan danışdı”.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin energetika konfransının plenar sessiyasında deyib.Muxalifet3 - 4-10-2017
“Turan” agentliyinin hesabları yenidən donduruldu
Vergilər Nazirliyi oktyabrın 2-də Turan agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib.
Bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.Muxalifet - 4-10-2017
“İskəndər”lər oyuncaq kimi vurulacaq - Ermənistan parlamentində Azərbaycan ETİRAFI
“Biz strateji tərəfdaşımız olan Rusiya sayəsində Azərbaycanla hərbi balansı uduzduq”.
Bu barədə Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanın parlamentdə müzakirəsi zamanı “Yelk” fraksiyasının deputatı Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Rusiyanın Azərbaycana nə qədər silah satdığını onlar bilmir.Muxalifet3 - 4-10-2017
“Leonardo” Azərbaycana nə sata bilər... - Prezidentlə GÖRÜŞ
Bu gün Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktor Alessandro Profumonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidentin rəsmi saytı xəbər verir ki, görüşdə Profumo ilk dəfə Bakıda olduğunu, aldığı təəsüratlardan məmnun qaldığını ifadə edib. O, cəmi bir neçə ay əvvəl-may ayında şirkətin baş icraçı direktoru təyin edildiyini xatırladıb və ilk xarici səfərini Azərbaycana etdiyini deyib. Profumo bildirib ki, Azərbaycan onun təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıyr.Muxalifet - 4-10-2017
Müsavatın Səbail təşkilatının sədri polisdə sorğu-sual edilib
Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl bu gün Səbail rayon Polis İdarəsinə çağırılıb.
Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl Milli Şuranın oktyabrın 7-nə təyin etdiyi mitinqlə bağlı sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb.
Bu haqda “Basta”ya məlumat verən Zakir İsmayıl bildirib ki, idarədə onu Cinayət Axtarış şöbəsinin rəisi polkovnik-leytenant Bəxtiyar Bayramov iki saatdan artıq müddətdə dindirib.Muxalifet - 4-10-2017
Ermənilər Cəbrayılda kilsə açdılar -FOTO
Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar.
Ermənistan KİV xəbər verir ki, iş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.
Bundan başqa, mərasimə separatçı “Qarabağ ordusu” komandanının müavini, general-mayor Vardan Balayan və “Yerkrapa” hərbi birləşmənin üzvləri də qatılıb.Muxalifet - 4-10-2017
"Şimali İraqa qarşı şərtlər daha da ağırlaşdırılacaq" - Ərdoğan
Türkiyə prezidenti İranın paytaxtı Tehranda iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
Görüşdən sonra iki prezident mətbuat konfransı keçirib. Konfransda çıxış edən Ərdoğan İraq və Suriya məsələsinə də toxunub. Hər iki dövlət başçısı İraq və Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.Muxalifet - 4-10-2017
Nikol Paşinyan: "Biz Azərbaycana uduzduq"
Ermənistan Azərbaycanla hərbi balansı itirir.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vahimə içindədir: “Çünki Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti bildirir ki, Azərbaycanla hərbi balansı və bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyini və vasitəçiliyini itirib”.Muxalifet2 - 4-10-2017
ABŞ-ın vitse-prezidenti dövlət katibini istefa fikrindən daşındırıb
ABŞ-ın vitse-prezidenti Maykl Pens dövlət katibi Reks Tillersonu istefaya getmək fikrindən çətinliklə döndərib.
TASS xəbər verir ki, bu barədə NBC telekanalı administrasiyadakı çoxsaylı mənbələrinə istinadən məlumat yayıb.
NBC telekanalı bu hadisənin Milli Təhlükəsizlik Şurasının iyulun 20-də Pentaqonda keçirilən iclasında baş verdiyini bildirib.Muxalifet - 4-10-2017
“Heç vaxt istefa vermək niyyətində olmamışam” - Tillerson
ABŞ dövlət katibi istefasına dair yayılan şayiələri təkzib edərək, heç vaxt vəzifəsindən istefa vermək fikrində olmadığını deyb.
Reks Tillerson bildirib ki, vitse-prezident onu vəzifəsində qalmağa razı salmayıb. Belə ki, o, heç vaxt istefa haqda fikir söyləməyib.
Tillerson bu gün Dövlət Departamentində bu bəyanatla çıxış edib.Muxalifet - 4-10-2017