Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Evinə girəndə dəhşətə gəldi: "Hücum edib dişlərini qoluma keçirdi" - FOTOLAR
İndoneziyada dəhşətli hadisə baş verib.
"Daiy Mail" xəbər verir ki, İndoneziyada 1-i uşaq olmaqla, 3 nəfərə xəsarət yetirən piton 37 yaşlı Robert Nababanın evində tapılıb.
Robertin sözlərinə görə, nəhəng ilan qapının küncündə gizləndiyi üçün əvvəl onu görməyib:
"İçəri daxil olanda gördüm ətraf dağınıqdı. Onu evdən çıxartmağa çalışarkən üstümə hücum edib dişlərini qoluma keçirdi. Özümü müdafiə etmək üçün masanın üzərindəki bıçaqla onu öldürdüm".
R.Nababa dərhal xəstəxanaya çatdırılıb və onun qoluna 23 tikiş vurulub(publika.az).Muxalifet2 - 4-10-2017
Ronaldo "Qızıl top"u SATDI – XƏSTƏ UŞAQLAR ÜÇÜN
Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldu 2013-cü ildə qazandığı "Qızıl top"u hərrac vasitəsi ilə satıb.
Bu "Make-A-Wish" adlı yardım təşkilatının təşkil etdiyi gecədə baş verib.
Portuqaliyalının "Ballon d'Or"unu İsrailin ən varlı şəxslərindən olan İdan Ofer 600 min avroya satın alıb.
Ronaldunun "Qızıl top"unun satışından əldə edilən gəlir ölümcül xəstəliklərlə mübarizə aparan uşaqlara ayrılacaq./yenicag.azMuxalifet - 4-10-2017
Binəqədidə EVLƏRİ SUBASDI
Gecə saatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda həyətyanı sahələrinin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalmış 25 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yağışlarla əlaqədar olaraq nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.Muxalifet2 - 4-10-2017
AXC-yə aid 36 min səhifəlik sənədlər Azərbaycana təhvil verildi
İsveçrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsinin kitabxanasında olub. Xəbəri Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi yayıb.
Muxalifet2 - 4-10-2017
“Azəriqaz”ı don vurub – QAZ YOXDUR
Havalar kəskin soyuyandan Bakı və ətraf qəsəbələrin qaz problemi yenidən aktuallaşıb.
Bəzi rayonlarda qaz gün ərzində kəsilir, əksər ərazilərdə isə qaz şam işığı kimi zəif yanır. Əhali çaydanı qaynada, yemək bişirə və çimə bilmədiklərindən şikayətlənir. 104- 185 nömrəli Qaynar xəttə zəng etmək isə problemi həll etmir. Rəsmilər qaz verilməsində problem olmadığını desə də, Bakının Xətai, Xəzər, Binəqədi, Nəsimi, Nizami, Yasamal kimi rayonlarında, Xırdalan şəhərində, Maştağa və Novxanıda qazın təzyiqi çox zəifdir.Muxalifet - 4-10-2017
Maduro: Tramp elə bilir ki, Bolivar rok müğənnisidir
ABŞ Prezidenti Donald Tramp heç Venesuelanın harada yerləşdiyini bilmir.
Bunu Rusiya Energetika Həftəsi Forumunda çıxışı zamanı Venesuela Prezidenti Nikolas Maduro söyləyib.
“O, nəinki Venesuela, heç Puerto Rikonun da harada yerləşdiyini bilmir. Ona Simon Bolivar (Venesuela, Ekvador, Kolumbiya, Peru və digər ölkələrdə İspaniya müstəmləkəçiliyinə son qoyan şəxs – red.) deyirsən, elə bilir ki, söhbət rok müğənnisindən gedir. O, Pentaqonun yazdıqlarını təkrarlayır”, – deyə o bildirib.Muxalifet2 - 4-10-2017
Arvadını öldürüb tarlada basdırdı - DƏHŞƏT
2 uşaq atası İ.P həyat yoldaşı ilə arasında yaranan mübahisə zamanı onu ov tüfəngi ilə öldürüb və cəsədini tarlada basdırıb.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin Ispart adlanan bölgəsində baş verib. Gəzintiyə çıxan cütlük arasında yaşanan mübahisə cinayətlə sonlanıb.
Cinayəti törətdikdən sonra səhər könüllü şəkildə polisə təslim olan kişi arvadının cəsədinin basdırıldığı yeri tərif edib.
Polis sözügedən əraziyə baxış zamanı qadının cəsədini tapıb. Faktla bağlı cinayət işi açılıb.Muxalifet2 - 4-10-2017
Ermənilər 500 kq Kəlbəcər qızılı oğurlayıb
Ermənilərin Kəlbəcər yaxınlığında çıxardığı qızılın 500 kiloqramı oğurlanıb.
Bunu BDU-nun Tarix fakültəsinin Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi deyib.
Onun sözlərinə görə, xəbər erməni mətbuat orqanlarında da əksini tapıb:Muxalifet - 4-10-2017
Putin Trampla münasibətindən danışdı
Rusiya prezidenti Valdimir Putin ABŞ prezidenti Donald Trampla münasibətini şərh edib. Trend-in məlumatına görə, Rusiya lideri bildirib ki, onun Trampla heç bir şəxsi münasibəti yoxdur.
Sitat: "Mənim ABŞ prezidenti Donald Trampla heç bir şəxsi münasibətim yoxdur".
V.Putin əlavə edib ki, D.Trampla yalnız bir dəfə görüşüb.Muxalifet2 - 4-10-2017
Ölkədə kərə yağının qiyməti açıqlandı – RƏSMİ
Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımı gömrük orqanlarının fəaliyyəti ilə əsaslandıran və həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Belə ki, ekspert rəyi əsasında hazırlanan məlumatda kərə yağının qiymətindəki artım gömrük vergi və rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulması ilə əsaslandırılır və gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.
Muxalifet2 - 4-10-2017
Yük maşını ilə minik avtomobili toqquşdu - SÜRÜCÜ OLDÜ
Bərdədə baş verən qəzada ölən sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Boyəhmədli kəndi ərazisində “QAZ“ markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.
Minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Şükürov Ravi Bayram oğlunun meyiti FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Muxalifet2 - 4-10-2017
Eldar Sabiroğludan DƏHŞƏTLİ AÇIQLAMA
Eldar Sabiroğlu: "Deyir, ata biri başımı təpiklə sıxır, biri dubinka ilə vururdu... başıma bir vedrə soyuq su tökdülər"
Pentensiar Xidmət cəzaçəkmə müəssisəsində işgəncə olması barədə deyilənləri təkizb edirMuxalifet - 4-10-2017
Paşinyan: Rusiya Türkiyəyə elə silah satdı ki...
İcazə verin Serj Sərkisyanın müttəfiqimiz Rusiya sayəsində Azərbaycanla hərbi balansı itirdiyimiz barədə sözlərini təsdiq edim.
Axar.az xəbər verir ki, bu barədə müxalif “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan danışıb.Muxalifet2 - 4-10-2017
Separatizmin tarixi: Kataloniya İspaniyadan niyə ayrılmaq istəyir?
Artyom Kreçetnikov
BBC Rusca Xidməti, MoskvaKataloniya liderləri müstəqillik referndumunda 42 faiz seçicinin iştirak etdiyini söyləyirlər.
Muxalifet - 4-10-2017
Saakaşvilidən prezidentə ULTİMATUM: “Yalnız bu halda hakimiyyətdə qala bilərsən...”
Mixail Saakaşvili çərşənbə günü, oktyabrın 4-də Ukrayna prezidenti ilə ciddi danışıq aparıb. Düzdür, müzakirə qiyabi idi, amma bu, danışıqların məğzini yumşaltmır.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, hər şeydən əvvəl Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş rəhbəri Pyotr Poroşenkonu səlahiyyətlərindən könüllü əl çəkməsini tələb edib. "İndiki şəraitdə istefa həm sizin üçün həm də dövlət üçün qurtuluş olacaq", - Saakaşvili bildirib.Muxalifet2 - 4-10-2017
İŞİD-çi azərbaycanlılara HÖKM OXUNDU
İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakıda hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Afiq Qəhrəmanov 10 və Rəşadət Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 4-10-2017
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb. Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı maşına dəyib.
Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.Muxalifet2 - 4-10-2017
Ərdoğana sui-qəsd hazırlayanlara HÖKM OXUNDU
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etməkdə ittiham olunan şəxslər barəsində məhkəmə qərar verib.
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
İttiham olunan şəxslərdən keçmiş hərbçi Hüseyin Yılmaz bəraət alıb. Türkiyə prezidentinə qarşı sui-qəsd təşkil etməkdə günahkar bilinən 31 nəfər barəsində isə 4 dəfə ağırlaşdırılmış ömürlük həbs qərarı verilib.
Qeyd edək ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etməklə bağlı məhkəmə prosesində günahkar qismində 47 nəfərin adı göstərilib.Muxalifet2 - 4-10-2017
Yeni prezident Özbəkistanı daha azad ölkə edəcəkmi?
"The Guardian" yazır ki, bu günlər Özbəkistanda hamının dodağında bircə kəlmə var: dəyişiklik.
"Dəyişikliklər baş verir, həyat yaxşılaşır" - Daşkəndin 20 yaşlı sakini Akrom Abdurahimov deyir.
"Hər gün yuxudan oyanırıq və nə isə fərqli bir şey eşidirik" - bunu da dəbdəbəli kafedə çay içən Nadira İlhamova deyir.
"Dodaqlarda bir ad da var: Şavkat Mirziyoyev" - yazır qəzet, - İndi Özbəkistanda onun adını çəksəniz, hamı dərhal baş barmağını dik tutmaqla cavab verəcək.Muxalifet - 4-10-2017
Türkiyə İran və İraqla birgə hücuma hazırlaşır – QƏNDİL YERLƏ BİR EDİLƏCƏK...
Türkiyə İraq və İranla birlikdə PKK-nın əsas qərargahı olan Qəndilə, eləcə də sentyabrın 25-də müstəqillik referendumu keçirən Şimali İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə edə bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzetinin köşə yazarı Batuhan Yaşar yazıb.
Yazar qeyd edir ki, Türkiyə daxilində PKK-nın “belini qırmaq” üçün bütün təhlükəsizlik qurumları səfərbər edilib.Muxalifet3 - 4-10-2017