İrəvan ordusunu rəsmən Rusiyaya verdi
5-10-2017 12:15

Ermənistan parlamenti Rusiya-Ermənistan vahid ordu qruplaşması razılaşmasını təsdiq edib.
Bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Razılaşmanı 87 deputat dəstəkləyib, 7 nəfər isə əleyhinə səs verib.
Razılaşmanın əleyhinə yalnız Yelk Blokunun deputatları çıxıblar.
Qeyd edək ki, Rusiya Federasiya Şurası bu razılaşmanı iyulun 19-da təsdiqləmişdi.