Sumqayıtda 3 otaqlı EV YANDI
5-10-2017 08:53

Sumqayıtda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.