Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Emin Ağalarov “Jara” festivalına xərclədiyi pulun miqdarını açıqladı
Azərbaycanlı iş adamı, müğənni, bəstəkar Emin Ağalarov Rusiyanın “Forbes" jurnalına müsahibə verib.
O, bu ilin avqust ayında Bakıda təşkil etdiyi “Jara” festivalına xərclədiyi vəsaitin miqdarını açıqlayıb.
“Bu il “Jara” festivalını keçirmək üçün təqribən 5 milyon dollar xərclədim. 2016-cı ildə festival üçün 2,6 milyon dollar sərf etmişdim və bunun 1,2 milyonunu sponsor vəsaitləri və bilet satışından geri qaytara bilmişdim. Keçən il zərər 1,4 milyon, bu il isə 2,5 milyon dollar oldu”, - deyə E.Ağalarov bildirib./oxu.azMuxalifet - 4-10-2017
Anar Məmmədovun federasiyasında istefalar
Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib
Bu barədə Nigar Süleymanovanın özü məlumat verib.
O, vəzifəsindən hansı səbəbdən getməsi barədə məlumat verməsədə, bu sözlərlə kifayətlənməli olub:
"Mən daha AQF-də çalışmıram. Bir müddətdir ki, oradan uzaqlaşmışam. Yerimə kimin gəldiyindən də xəbərsizəm”.Muxalifet - 4-10-2017
Arvadı ilə yataqda tutduğu ev sahibinin başını kəsdi - MƏHKƏMƏ
Bakıda kirayə yaşadığı mənzildə arvadı ilə intim münasibətdə olan şəxsin başını kəsən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 9-a təyin edilib.
İttihama görə, bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial İsmayılovu qətlə yetirilib.Muxalifet2 - 4-10-2017
Əgər ağrı hiss edirsinizsə... - Hüseynbala Səlimov yazır..
Hüseynbala Səlimov
Ağrı hiss edirsinizsə, deməli yaşayırsınız - ölülər ağrı hiss etmir...
Bəlkə də bir azca bəsit, bir azacıq da “çeynənmiş” deyim təsiri bağışlayan bu fikir mənim heç yadıma da düşməzdi. Gəl, bu yaxınlarda ABŞ-ın dəniz piyadalarına həsr olunmuş bir filmə baxırdım.
Baxırdım, deyəndə ki, cəmi bir-iki dəqiqə seyr edib televizoru söndürdüm, amma elə bir-iki dəqiqə ərzində filmdə hərbi təlimatçının əsgərlərə dediyi və mənim də yazının əvvəlində səsləndirdiyim fikir diqqətimi cəlb etdi...Muxalifet - 4-10-2017
Parisdə səfirlik qarşısında PARTLAYIŞ
Parisdə İordaniya səfirliyinin qarşısında motosiklet partlayıb.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, hadisə səfirliyin hərbi attaşesinin ofisi qarşısında baş verib.
Hazırda polis partlayışın səbəbini araşdırır.
Partlayış nəticəsində yaxınlıqdakı avtomobillər zərər görsə də, xəsarət alanların olmadığı bildirilib.Muxalifet2 - 4-10-2017
Türkiyəyə bağlı muxtariyyət yaradılır - İlk dəfə Vaşinqtonda AÇIQLANDI
Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu adanın yunan və türk hissələrinin birləşməsi ilə bağlı keçirilən son müzakirələrin iflasa uğramasından sonra ilk dəfə ABŞ-a səfər edib.
Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir burada Kipr probleminin həllinə dair həyata keçirməyi planlaşdırdıqları “yol xəritəsi”nin detallarını açıqlayıb.
Onun sözlərinə görə, bundan sonrakı danışıqlarda federasiya deyil, yalnız konfederasiyanın qurulması müzakirə mövzusu ola bilər. Tahsin Ərtoğruloğlu federasiya seçiminin onlar üçün ölü olduğunu bildirib.Muxalifet2 - 4-10-2017
Ali məktəblərdə terror planlaşdıran şəxsə CƏZA İSTƏNİLDİ
Terrorçuluq və digər cinayətlərdə ittiham olunan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü Fərid Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Fərid Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses oktyabrın 6-da davam edəcək.Muxalifet2 - 4-10-2017
Azərbaycandan bu ölkədə ev alanlar kimlərdir?
Bu ilin rəsmi statistikasına görə, Türkiyədə ev alan azərbaycanlıların sayı artıb.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, qardaş ölkədə daşınmaz əmlakın alınması qaydasının sadələşdirilməsi xarici müştərilərin diqqətini cəlb edib. Türkiyədə daşınmaz əmlak alqı-satqısı həyata keçirən şirkətdən verilən məlumatda bildirilir ki, ilkin 20 min manat ödəməklə, tikinti şirlətlərindən faizsiz, banklardan isə illik 6-8 faiz güzəştli kredit şərtləri ilə Türkiyədən ev ala bilərlər.Muxalifet2 - 4-10-2017
Deputat oğlu avtomobillə tələbəni vurub? - TƏFƏRRÜAT
Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli “Jeep Wrangler” markalı “90-BJ-555” dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.Muxalifet - 4-10-2017
«Bunlar 20 manata üzə duranlardır» - «Lotu Quli»nin kirvəsi
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet - 4-10-2017
"Tutulmamışdan qabaq istədim özümü öldürüm" — Çovdarovdan ŞOK İFADƏ
"Tutulmamışdan qabaq istədim özümü öldürüm”.
Bunu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov bu gün məhkəmədə deyib.
Prosesdə son sözlə çıxış edən A. Çovdarov “Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar", - deyə əlavə edib.Muxalifet - 4-10-2017
“Rusiya şirkətləri İraq Kürdüstanında işini davam etdirəcək” - Aleksandr Novak
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki (İKRR) fəaliyyətini davam etdirəcək.
Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, “Gazprom”, “Rosneft” və digər Rusiya şirkətləri Şimali İraqdakı fəaliyyətlərini davam etdirir və gələcəkdə də davam etdirəcək.
Qeyd edək ki, ötən günlərdə “Gazprom Neft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki layihəsindən imtina etdiyini açıqlamışdı.Muxalifet - 4-10-2017
Türkiyədən öz vətəndaşlarına QARABAĞ XƏBƏRDARLIĞI
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altındakı ərazilərə səyahətlə bağlı bəyanat yayıb.
Nazirliyin bəyanatında Türkiyə vətəndaşlarına bu torpaqlara səyahət üçün Azərbaycan tərəfindən icazə alınmasının vacibliyi vurğulanıb.
Sənəddə bildirilib ki, bu ərazilərə səyahət edən şəxslər təhlükəsizliklə bağlı ciddi problemlərlə qarşı-qarşıya qala bilər:
“Bu problemlə üzləşməmək üçün Azərbaycanın işğal altındakı torpaqlarına səyahətdən çəkinmək məsləhət görülür”./teleqraf.comMuxalifet - 4-10-2017
Azərbaycanlı dünya çempionu faciəli şəkildə öldü
Uşu-sanda üzrə dünya çempionatının qalibi Məhəmməd Cəfəri çalışdığı kağız fabrikində faciəli şəkildə ölüb.
Hadisə oktyabrın 2-də Güney Azərbaycanın Zəncan şəhərinin 1 nömrəli şəhərciyində baş verib. O, fabrikdə cihazlardan birini təmizləyərkən qolu cihaza ilşib, qolunu çıxarmağa çalışan mərhumun başı da dəzgahın arasında qalıb.
Zəncan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Cavad Muradi bildirib ki, hadisə oktyabrın 2-i yerli vaxtla saat 14:30-da baş verib.
Cavad Muradi işçinin başının bədəndən ayrıldığını bildirib.Muxalifet - 4-10-2017
Çovdarov son sözünü dedi: "İttihamların hamısı qərəzlidir"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Muxalifet2 - 4-10-2017
Lənkəranda 7 nəfər xilas edildi
Lənkəranda subasmada köməksiz qalan 3 nəfər təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 4 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.
Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.Muxalifet2 - 4-10-2017
Erməni hərbçi əsgər yoldaşını güllələdi
Düşmən ordusunda daha bir qanlı insident baş verib
Ermənistan ordusunda daha bir qanlı insident baş verib.
Nəticədə Ermənistandan zorla Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə xidmətə gətirilən ermənistanlı hərbi qulluqçu yaralanıb.Muxalifet - 4-10-2017
Rusiyada növbəti TERROR HƏYƏCANI - Nazirliklər boşaldıldı
Rusiyada “telefon terror”u çərçivəsində növbəti xəbərdarlıq edilib.
Samara şəhərində universitet bomba haqqında xəbərə görə təxliyyə edilib.
Ali məktəbin əsas korpusuna Fövqəladə Hallar Hazirliyinin (FHN) əməkdaşları, xilasedicilər, polislər və həkimlər göndərilib. İstehkamçılar hazırda universitetin 3 saylı korpusunu yoxlayırlar.Muxalifet2 - 4-10-2017
Bərdədə iki avtomobil toqquşub, ÖLƏN VAR
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyəhmədli kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “QAZ-24” markalı maşının toqquşması nəticəsində “QAZ 24”ün sürücüsü, Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Şükürov Rabil Bayram oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet2 - 4-10-2017
AFFA icazə verdi: Sabah stadiona maşınla…
DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.
Bu barədə məlumatı AFFA-dan veriblər.
Qeyd edək ki, Azərbaycan–Çexiya matçı sabah 20:00-da keçiriləcək.Muxalifet2 - 4-10-2017