Azərbaycanda yeni futbol turniri təsis ediləcək
5-10-2017 00:43

Azərbaycanda futbol üzrə yeni kubokun təsis edilməsi planlaşdırılır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Federasiya rəsmisi bildirib ki, yarışda Premyer Liqa və I Divizion klubları iştirak edə biləcəklər.
Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında 4 turnir keçirilir. Bunlar Premyer Liqa, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və I Diviziondur.