Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. Ağstafa sakini ÖZÜNÜ GÜLLƏLƏDİ

    Ağstafa sakini ov tüfəngi ilə özünə atəş açıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb.
    Kənd sakini, 1991-ci il təvəllüdlü Yaqubəliyev Emin Mahir oğlu yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən özünü öldürdüyü hələ ki məlum deyil.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 4-10-2017

  2. Putin bunu da nəzərdə tutub: Rayonlar azad edilməli, sonra...

    Rusiya Prezidenti Vladimir Putinin BMT-nin regional konfliktlərə diqqət ayırması haqqında çıxışı Dağlıq Qarabağ konfliktinə də aiddir. 
    Bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı siyasi ekspert Aleksey Fenenko söyləyib. 

    Muxalifet2 - 4-10-2017

  3. Azərbaycan vətəndaşlığı 50 MİLYONA SATILIR

    "Müvafiq qanunvericiliyə görə, Azərbaycan Respublikasının vacib normalarına riayət edən hər bir kəs öz ölkəsinin vətəndaşıdır. Amma əcnəbi vətəndaşlar, Azərbaycan iqtisadiyyatına 50 milyon manat dəyərində investisiya qoyarsa, həmin insan bizim ölkənin vətəndaşlığını daha asan qaydalarla və tez əldə edə biləcək”. 
    Bu barədə echo.az-a Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin nümayəndəsi Nəriman Ağayev bildirib. 
    Onun sözlərinə əsasən, bu zaman investor Azərbaycanda daimi yaşayış hüququ əldə etmiş olur. 

    Muxalifet2 - 4-10-2017

  4. Amerikalıların silah ehtirası: STATİSTİKA VƏ FAKTLAR

    ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 2-də “Mandalay Bay Hotel” mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi festivalına silahlı hücum oldu. Hadisə nəticəsində 59 insan öldü, 500-dən çoxu yaralandı. Bu, qurbanların sayına görə ABŞ-da ən qanlı hücum hesab olunur.
    Hücum Nevada ştatının Meskit şəhərində yaşayan Stiven Peddok tərəfindən təşkil edilmişdi. Onun qaldığı mehmanxana otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlandı. Bu faktlar amerikalıların silaha olan ehtirasını növbəti dəfə nümayiş etdirdi.

    Muxalifet2 - 4-10-2017

  5. İrəvanda parlamentin qarşısında ETİRAZ AKSİYASI KECİRİLDİ

    Ermənistan parlamentinin önündə "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçirib. 
    AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar deputatlardan "Nairit" zavodunun yenidən açılmasını tələb ediblər. 
    Aksiya iştirakçıları daha sonra prezident iqamətgahına doğru hərəkət ediblər. Yürüş başa çatandan sonra etirazçılar Tsarukyan və "Yelk" ittifaqından olan müxalif deputatlarla görüşəcəklər.

    Muxalifet2 - 4-10-2017

  6. FSB-dən şok: Terror təşkilatları millətçi dəstələrlə...

    Terrorçuların liderləri Avropa və Rusiyadakı etnik mütəşəkkil cinayətkar qruplarla güclü əlaqələr qura biliblər.
    Bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov söyləyib.
    “Öz məqsədlərinə çatmaq üçün beynəlxalq terror təşkilatlarının liderləri miqrasiya axınlarından geniş istifadə edirlər. Bəzi ölkələrin milli sərhədlərinin tam və qismən açıq olması terrorçuların bu ölkələrə qaçqın və ya miqrant şəklində daxil olmasına imkan yaradır”, - deyə o bildirib.

    Muxalifet2 - 4-10-2017

  7. Rusiya Türkiyə diasporunu qeydiyyata alıb – BƏS UAK?

    Türkiyə diasporu Moskvada, Moskva vilayətində, Voronej və Samara vilayətlərində fəaliyyət göstərəcək
     
    Rusiyanın birdən-birə dörd regionunda Türkiyənin diaspor təşkilatları açılııb.
    Rusiya Ədliyyə Nazirliyi "Türk icması" Türkiyə mədəniyyətinin inkişafı və dəstəklənməsi, Rusiya-Türkiyə münasibətləri və dostluğu regionlararası ictimai təşkilatını rəsmən qeydiyyata alıb.
    Türkiyə diasporu Moskvada, Moskva vilayətində, Voronej və Samara vilayətlərində fəaliyyət göstərəcək.

    Muxalifet - 4-10-2017

  8. İŞİD mülki əhalini canlı sipərə çevirdi: TƏXLİYƏ BAŞLADI

    İraqın Havija ərazisindəki kəndlərdən onlarla ailə evakuasiya edilib. 
    Bu haqda məlumatı Axar.az-a İraq Jurnalistlər Birliyinin üzvü Əhməd Əlhüseyn verib. 
    O bildirib ki, evakuasiyaya səbəb İraq silahlı qüvvələrinin həmin əraziyə hücumu zamanı İŞİD-in sakinlərdən sipər kimi istifadə etməsidir.

    Muxalifet2 - 4-10-2017

  9. Rus hərbçiləri Araz çayında ova çıxan türkləri HƏBS ETDİ - Ermənistana görə

    Araz çayında balıq ovlayan türkiyəli balıqçılar Türkiyə-Ermənistan sərhədində Armavir bölgəsində Rusiya sərhədçiləri tərəfindən tutulub.
    Ermənistanda Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd təhlükəsizliyi idarəsi türk balıqçıların Araz çayında balıq ovladıqlarını və Ermənistan sərhədini qanunsuz keçdiklərini açıqlayıb.
    Məlumata görə, ötən həftə də sərhədi qanunsuz keçən türk balıqçılar həbs olunmuşdu.

    Muxalifet2 - 4-10-2017

  10. Tillersondan TƏKLİF: “Azərbaycan-Ermənistan sərhədinə nəzarət qurğuları yerləşdirilsin”

    ABŞ Dövlət katibi Reks Tillerson ABŞ-ın Dağlıq Qarabağda dayanıqlı sülhü dəstəklədiklərini bildirib.
     
    Erməniyönlü koqresmenlər Ed Roys və Eliot Engelin sorğusuna cavab verən Tillerson atəşkəsə nəzarət mexanizminin möhkəmlənməsinə də diqqət yetirib.
     “Dövlət Departamenti snaypertlərin təmas xəttindən geri çəkilməsi və Azərbaycan-Ermənistan dövlət sərhəddinə nəzarət qurğularının yerləşdirilməsini dəstəkləyir. O eyni zamanda Dağlıq Qarabağın minalardan tez bir zamanda təmizlənməsinə ümid ifadə edib”.

    Muxalifet - 4-10-2017

  11. Ölümlə nəticələnən yol qəzası - BAKIDA

    Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib. 
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. 
    Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

    Muxalifet2 - 4-10-2017

  12. Putinin Dağıstana rəhbər göndərdiyi qazax əsilli general kimdir? - DOSYE

    Vladimir Putin “Vahid Rusiya” partiyasının Dumadakı fraksiya rəhbəri, polis general-polkovniki Vladimir Vasilyevi Dağıstanın müvəqqəti rəhbəri təyin edib.
    Vasilyev siyasi kareyrasını Boris Qrızlovun (keçmiş spiker və daxili işlər naziri) yanında başlayıb və o, uzun illər Putinin Təhlükəsizlik Şurasında müavin səlahiyyətlərini icra edib.
     Rusiyanın bir sıra KİV-ləri Vasilyevin namizədliyinin güc strukturlarının dəstəklədiyini yazıb. Putinə namizədlərə bağlı təqdim olunan ilk siyahıda Vasilyevin adı olmasa da, sonradan məhz onun namizədliyi dəstəklənib.

    Muxalifet - 4-10-2017

  13. Nizami məqbərəsinin yanından qumbara tapıldı - GƏNCƏDƏ

    Aşkarlanan qumbara zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb
    Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsinin yanından qumbara tapılıb.
    Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 4-10-2017

  14. ​Dünyanın diqqəti Tehranda: görüş BAŞLANDI - FOTOLAR

    Tehrana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı Həsən Ruhani ilə görüşü başlanıb.
    Türkiyə KİV-i xəbər verir ki, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək.

    Muxalifet2 - 4-10-2017

  15. Prezidentin daha bir səlahiyyəti əlindən alındı

    Ermənistan parlamenti “Hərbi Vəziyyət Haqqında” Qanuna dəyişiklik edəcək.
     
    Ermənistan KİV xəbər verir ki, prezident səlahiyyətlərinin məhdudlaşdırılması ilə paralel olaraq, 2015-ci ildə qəbul olunmuş Konstitusiyanın şərtlərinə əsasən, hərbi vəziyyəti prezidentin yerinə, parlament elan edəcək. Bu qərarı ləğv etmə funksiyası isə parlamentə keçəcək.
     Qanuna əsasən, hərbi vəziyyət dövründə mitinq və aksiyaların keçirilməsi qadağan olunacaq./modern.az

    Muxalifet - 4-10-2017

  16. Daha bir məktəb direktoru İŞDƏN ÇIXARILDI

    Bakı şəhəri Sabunçu rayonu, Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı Report-a təsdiqləyib.
    İdarədən bildirilib ki, çalışmanın yaş həddinə çatması ilə əlaqədar həmin məktəbin direktoru Qazıbəyova Qurbantac Qurban qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
    Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Quliyev Yasin Yaqub oğlu həmin məktəbin direktoru vəzifəsinə təyin edilib.

    Muxalifet2 - 4-10-2017

  17. Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verildi – AZARKEŞLƏRƏ

    Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verilib.
     
    AFFA- dan verilən məlumata görə, DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 5-i saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.
     Belə ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

    Muxalifet - 4-10-2017

  18. Ukraynada yanğında ölənlərin meyiti Azərbaycana göndərildi

    Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən 4 azərbaycanlının nəşi bu gün Azərbaycana göndərilib.
    Zaporojye Azərbaycanlıları Cəmiyyətindən APA-ya verilən məlumata görə, ölənlərdən birinin nəşi diaspor tərəfindən bu gün Kiyev-Bakı təyyarə reysi ilə, digərlərinin meyiti isə avtomobillə yola salınıb.

    Muxalifet2 - 4-10-2017

  19. Kadırov müsəlmanlara 800 min dollar yardım ayırdı

    Əhməd Kadırov Fondu Myanma müsəlmanlarına 800 min dollarlıq yardım ayırıb. 
    Muxalifət.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə açıqlamasında Çeçenistandan olan senator Ziyad Sabsabi söyləyib. Onun sözlərinə görə, yardım Banqladeşdəki müsəlman qaçqınlarına veriləcək.
    O, Banqladeş hökumətinin hazırda əsas qorxusunun bu yardımdan sonra Myanmadan ölkəyə daha çox müsəlman qaçqının gəlməsi olduğunu bildirib.

    Muxalifet2 - 4-10-2017

  20. Bakıda skamyada yatan yaşlı kişi: "Evimi əlimdən alıb, arvadımı dəlixanaya atdılar" - VİDEO

     Bakıda Hövsan qəsəbəsi Suraxanskıdə 21 nömrəli binanın qabağındakı skamyada yatan yaşlı kişidən xəbər var.
     
    Ötən gün sosial şəbəkələrdə binanın həyətində yatması ilə bağlı fotolar paylaşılan kişini vətəndaşlardan biri öz evinə aparıb. Portalımızla əlaqə saxlayan adının açıqlanmasını istəməyən vətəndaş, onun heç də təsadüfən çöldə qalmadığını Teymur adlı bir nəfər tərəfindən aldadılaraq küçəyə atıldığını deyib.

    Muxalifet - 4-10-2017

Pages