Avropaya xəbərdarlıq: “Pandorra qutusu açıldı”
3-10-2017 18:45

Kataloniyada müstəqillik referendumunun nəticələrini qəbul etməyib, Kosovadakı eyni səsverməni qəbul etmək ikili standartların göstəricisidir.
Bunu jurnalistlərə açıqlamasında Serbiya Xarici İşlər naziri İviça Daçiç söyləyib.
“Bizi beynəlxalq aləmdəki ikili standartlar narahat edir. Avropa Birliyi heç vaxt Kosovanın tanınması ilə bağlı səhvini etiraf etməyəcək. Bu qərarın nəticələri çox ağır oldu. Pandorra qutusu artıq açılıb” – deyə o bildirib.