Putin Ramazan Abdulatipovun istefasını qəbul etdi
3-10-2017 18:57

Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib.
“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, R. Abdulatipovun səlahiyyətlərini müvəqqəti olaraq Dövlət Dumasının vitse-spikeri, “Vahid Rusiya” fraksiyasının nümayəndəsi Vladimir Vasilyev icra edəcək. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.