Bağdad Bərzaniyə bütün maliyyə əməliyyatlarını dayandırdı
3-10-2017 18:29

İraq parlamenti yeni qanun layihəsini təsdiqləyib.
Məclis mərkəzi hökumətin Şimali İraq Kürd Muxtariyyatı ilə bütün maliyyə əməliyyatlarının dayandırılmasını ehtiva edən qanun layihəsini səsverməyə çıxarıb.
Layihə Maliyyə Komitəsi tərəfindən hazırlanıb. Səsvermədə iştirak edən millət vəkillərinin böyük əksəriyyəti qanunun lehinə səs veriblər.
Kürdistan Demokrat Partiyasından başqa digər kürd millət vəkilləri parlamentin iclasında iştirak etməyiblər./olke.az