Milli Şuranın mitinqinə gedənlər cəzalanıb – Növbəti QORXUTMA?

İqtidar Milli Şuranın 23 sentyabr mitinqində iştirak edən büdcə çalışanlarına, tələbələrə, tibb personalına və müəllimlərə qarşı cəza tədbirlərinə başlayıb.
 
Bu barədə musavat.com -a son iki gündə ən azı, 10 şikayət daxil olub. Şikayətlər müxtəlif büdcə təşkilatlarında çalışanlar və tələbələrdən gəlib. Onlar saytın poçtuna yazırlar ki, rəhbərlk (rektorat) hansısa yolla onların mitinqdə iştitakını təsbit edib; daha doğrusu, rəhbərliyə onların mitinqdə iştirakını təsdiq edən foto və video sübutlar təqdim olunub. Bunun əsasında da Milli Şuranın mitinqinə qatılan vətəndaşlara qarşı iş və təhsil yerlərində təzyiq və cəza tədbirləri başlayıb. Artıq hətta iş yerini itirənlər də var.
Qeyd edək ki, bu informasiyasını daha çox dezinformasiya kimi qəbul edirik. Düşünürük ki, yazı konkret siyasi məqsədlərə xidmət edir. Əks təqdirdə sayt onlarla şikayətdən istifadə edərək cəmiyyət üçün yararlı bir araşdırma ortalığa qoya bilərdi. Ona görə də konkret faktlara söykənən araşdırma ortalığa qoyulmadan “siyasi sifariş” iddiası qüvvədə qalacaq. Çünki bildiyiniz kimi Milli Şura növbəti günlərdə də mitinq keçirmək niyyətini bildirib və bu cür yazılar bir növ qabaqlayıcı, profilaktik tədbirlər rolunu oynamaqdadır. Eynən ötən dəfə olduğu kimi. Xatirinizdədirsə, ötən dəfə də Musavat.com mitinq öncəsi belə bir qorxuducu yazı ilə çıxış etmişdi...

Müxalifət.az