Əfsanəvi boksçu Stiven Seqalı DÖYÜŞƏ ÇAĞIRDI
3-10-2017 15:10

Superağır çəkidə keçmiş dünya çempionu, əfsanəvi amerikalı boksçu Corc Formen məşhur ABŞ aktyoru Stiven Siqalı döyüşə çağırıb.
Formen çağırışı Tvitter hesabında yazıb.
“Stiven Siqal, mən səni döyüşə çağırıram. Sən və mən, təkbətək. Mən bokslaşacam, sən isə necə istəyirsənsə, elə də döyüş. Las-Veqasda, 10 raund”, - Formen yazıb./axar.az/