Qarabağda 26 erməni hərbçisi öldü – Düşmən ordusunda ŞOK İTKİLƏR
3-10-2017 15:44

Ermənistanda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı açıqlanıb.
Muxalifət.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu ilin 10 ayı ərzində erməni hərbi birləşmələrinin 45 hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb.
“Dünya dialoqu” təşkilatının məlumatına görə, hərbçilərin 19-u Ermənistan ərazisində, 26-sı isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ölüb.
Qeyd edək ki, Ermənistan ordusunda zorakılıq və intihar halları daim gündəmdə olur.