Polis məntəqəsinə hücum - ÖLƏN VƏ YARALANANLAR VAR

Suriyanın paytaxtı Dəməşqin əl-Midan rayonunda polis məntəqəsinə iki terrorçu-kamikadzenin hücumu nəticəsində 15 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Hücum zamanı bir neçə partlayış törədilib.
Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb.
Ölənlərin arasında polislərin də olduğu bildirilir.