Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Futbolçu oyundan əvvəl öldü - GÜRCÜSTANDA

    Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib.
     
     “Çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib.
     Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.
     Qeyd edək ki, 31 yaşlı Maminaşvili daha çox Batumi “Dinamo”sundakı çıxışı ilə məşhur idi./apa

    Muxalifet - 2-10-2017

  2. Voleybol üzrə Avropa çempionu Serbiya oldu – BAKIDA

    Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.
     
    Turnirin son günündə yarışın qalibi və üçüncü yerin sahibi bəlli olub.
     İlk olaraq bürünc medallar öz sahibini tapıb. Saat 16:00-da zala Azərbaycan və Türkiyə milliləri daxil olublar. Qitə birinciliyində yarımfinala yüksəlməklə tarixinin ən yaxşı nəticəsini yeniləyən Faiq Qarayevin yetirmələri növbəti rekorda imza ata bilməyib.

    Muxalifet - 2-10-2017

  3. Türkiyə ordusunun baş qərargah rəisi Tehranda

    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Baqirinin dəvətilə Tehrana səfər edib.
     
    Hulusi Akarı Mihrabad Hava limanında Türkiyənin bu ölkədəki səfiri Rıza Hakan Tekin və hərbi ataşe Albay Ömer Özgül qarşılayıb.

    Muxalifet - 2-10-2017

  4. ​Özünü MTN polkovniki kimi təqdim edən qadının məhkəməsi başlayır

    Dələduzluqda təqsirləndirilən Aygün Akimova və tanışı İlham Baxışovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
    APA-nın xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə oktyabrın 4-də baxılacaq.
    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Akimova 12 il, İ. Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 2-10-2017

  5. ABŞ kürdləri mükafatlandırdı: Türkiyə üçün…

    Separatizm dalğasının növbəti mərhələsi Azərbaycanın yaxın qonşuluğunda da baş verə bilər.
    Bu sözləri Axar.az-a analitik Elçin Mirzəbəyli dünyada baş verən referendum dalğasına münasibət bildirərkən deyib. O bildirib ki, referendum dalğası vahid bir mərkəzdən idarə olunmasa da, vahid bir prosesin tərkib hissəsidir:

    Muxalifet2 - 2-10-2017

  6. İnterpol cinayət törədən daha bir azərbaycanlını axtarışa verdi

    İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
    Trend-in məlumatına görə, 1979-cu il təvəllüdlü Rövşən Məlikov sağlamlığa zərər vurmaqda təqsirləndirilir.
    R.Məlikov barəsində Azərbaycanın hüquq-mühafizə orqanları cinayət işi başlayıb və istintaqa cəlb edilib. R.Məlikov istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan olunması üçün qərar çıxarıb.
    İnterpol həmin qərar əsasında R.Məlikov barəsində beynəlxalq axtarış elan edib.

    Muxalifet2 - 2-10-2017

  7. Rusiya senatorundan Kataloniya və Qarabağ separatçılarına dəstək

    Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev ötən gün İspaniyanın Kataloniya bölgəsində keçirilmiş müstəqillik referendumunu dəstəkləyib. 
    Bu haqda Kosaçev özünün “Facebook” səhifəsində yazıb. 

    Muxalifet2 - 2-10-2017

  8. Səlahəddinin “varisi” Bərzani: Avropa belə dağılır...

    Avropada krallıq üsul-idarələri 21-ci əsrin sınaqlarına tab gətirmir. Britaniya ittifaqı üç il öncə şotlandlarla sivil boşanmanın qarşısını almaq üçün bütün vasitələri işə salmağa məcbur olmuşdu. Xatırlayırsınızsa, Devid Kemeron hökuməti kraliça hakimiyyətinin vahidliyini qorumaq üçün tarixdə görünməmiş səviyyədə siyasi və iqtisadi resursları Edinburqa qarşı səfərbər etməyə nail olmuşdu.

    Muxalifet2 - 2-10-2017

  9. ​ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ÖLƏNLƏR VAR

    ABŞ-ın Tennesi ştatında T-45 hərbi təyyarəsi qəzaya uğrayıb.
    APA-nın xəbərinə görə, bu barədə “Fox News” məlumat verib.
    Hadisə nəticəsində təyyarədə olan 2 hərbçi ölüb. ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi faktı təsdiqləyib.
    Qəzanın səbəbləri hələ ki, məlum deyil.

    Muxalifet2 - 2-10-2017

  10. Ev yandı, 5 sakin təxliyə olundu - ​YASAMALDA

    Yasamalda ev yanıb - 5 sakin təxliyə olunub.
    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzildə 1 ədəd divan yanıb.
    Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Muxalifet2 - 2-10-2017

  11. Məşhur futbolçu Kataloniyaya görə YIĞMADAN UZAQLAŞIR

    “Barselona”nın məşhur mərkəz müdafiəçisi Jerar Pike Kataloniyada keçirilən müstəqillik referendumuna reaksiya verib.
    Futbolçu jurnalistlərə açıqlamasında İspaniya yığmasında iştirakdan imtinaya hazır olduğunu bildirib.
    “Məncə, İspaniya yığmasında iştirakımı davam etdirə bilərəm. Ona görə ki, İspaniyada çoxları demokratiyaya inanır və Kataloniyada dünən baş verənlərlə razılaşmır. Əgər rəhbərlik mənim problem olduğumu düşünürsə, mən 2018-ci ilə qədər yığmanı tərk edə bilərəm”, – deyə o söyləyib.

    Muxalifet2 - 2-10-2017

  12. ​"Mercedes" yandı - AĞSTAFADA

    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrikinin, idarəetmə lövhəsinin və qabaq oturacaqlarının yanar hissələri yanıb.
    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Muxalifet2 - 2-10-2017

  13. ​Tramp Tillersona Kim Çen Inla görüşməyə İCAZƏ VERMƏDİ

    ABŞ Prezidenti Donald Tramp yenə Şimali Koreya prezidenti Kim Çen Inı təhqir edib.
    Prezident Koreya lideri ilə görüşmək istəyən xarici işlər naziri Reks Tillersona “o balaca raket adamla görüşməyəcəksən” deyib.
    D.Tramp tvitter hesabından yazdığı bu sözlərlə Şimali Koreya ilə olan birbaşa əlaqə kanallarını da bağlayıb:
    “Reks Tillersona – bizim möhtəşəm xarici işlər nazirimizə “kiçik raket adam”la görüşmək üçün etdiyi cəhdlərin boş olduğunu söylədim. Zamanını boş yerə xərcləmə, Reks, enerjini qoru, biz lazım olanı edəcəyik”.

    Muxalifet2 - 2-10-2017

  14. 27 yaşlı kişi intihar etdi - QUBADA

    Quba rayonunda intihar hadisəsi baş verib. 
    "Report"un məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Həmin kəndin sakini olan 1990-cı il təvəllüdlü Rövşən Əlimirzə oğlu Hüseynov özünü ağacdan asaraq intihar edib. 
    Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet2 - 2-10-2017

  15. Polisi qətlə yetirən iki silahlı MƏHV EDİLDİ

    Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Dağıstanda sahə müvəkkilinin qətlində iştirak edən iki silahlını zərərsizləşdiriblər. 
    Bu barədə RİA hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, operativ axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanı əməkdaşları avtomobil saxlayıblar və bu zaman maşından atəş açılıb. Cavab atəşi ilə maşında olan iki silahlı məhv edilib. 
    Maşından silah-sursat tapılıb.

    Muxalifet2 - 2-10-2017

  16. Cəbhədə silahlar susmur

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

    Muxalifet2 - 2-10-2017

  17. Tələt Səfərov İŞDƏN ÇIXARILDI

    Atəşgah Sığorta ASC-nin İdarə Heyətinin (İH) sədri Tələt Səfərov işdən çıxıb. 
    Bu barədə Report-a şirkətdən bildirilib. 
    Məlumata görə, onun yerinə 1-ci müavini Əkbər Mədətlinin və yaxud Atəşgah Həyat Sığorta ASC-nin İH-nin sədri Azər Əliyevin təyin ediləcəyi gözlənilir.
    Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i ISR Holding MMC-yə, 27%-i Ran-Exim MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

    Muxalifet2 - 2-10-2017

  18. Rəşad Sadıqov karyerasını başa vurur

    Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yığma karyerasını başa vuracaq.
     
    “Futbol+” xəbər verir ki, Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya millisinə qarşı oyunda sonuncu dəfə yığma komandamızın formasını geyinəcək.
    Qeyd edək ki, Rəşad Sadıqov 2001-ci ildən Azərbaycan milli komandasının formasını geyinir. O, meydana çıxdığı 110 oyunda 5 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

    Muxalifet - 2-10-2017

  19. Türkiyədə daha bir terakt törədilib - ÖLƏN VƏ YARALILAR VAR

    PKK terrorçuları Türkiyənin Şırnak-Cizre avtomobil yolunun tunelində təhlükəsizliyi təmin edən əsgərlərə hücum edib. 
    AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı nəticəsində bir hərbçi və bir təhlükəsizlik qarovulu şəhid olub. Hücum zamanı yaralanan 4 qarovul xəstəxanaya çatdırılıb. 
    Məlumata görə, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə qüvvə göndərilib.
     

    Muxalifet2 - 2-10-2017

  20. ​Rusiyanın yeni oyuncağı: ballistik raketləri məhv edəcək silah gəlir

    Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir.
    Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Daily Star” qəzeti xəbər yayımlayıb.
    Məqalədə Rusiyanın “Elabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib.
    Yeni silahın ən diqqət çəkən özəlliyi isə tankların nəzarət sistemlərini əhatə dairəsi xaricində buraxmaq və tankın içindəki mərmiləri partlatmaqdır.

    Muxalifet2 - 2-10-2017

Pages