​Prezidentin etirazına səbəb olan QANUN QƏBUL EDİLDİ

Prezidentin etirazına səbəb olan qanun qəbul edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında cari il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanunda "dəyişikliklər edilməsi barədə” qanuna Prezidentin etirazı haqqında qərar layihəsinə baxılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatlara məlumat verərək deyib ki, sədri olduğu komitədə bu layihə müzakirə olunub və plenar iclasa çıxarılması qərara alınıb.
Sonda qanun layihəsi səs çoxluğu ilə qəbul olunub