Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. Külli miqdarda narkotik və psixotrop dərmanlar TUTLDU

    Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin Azərbaycana gətirilməsinin qarşısını alıb.
     

    Muxalifet - 2-10-2017

  2. İki avtomobil toqquşdu, 3 nəfər öldü, 3 nəfər xəsarət aldı - ​ŞAMAXIDA

    Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.
    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.
    Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək mümkün olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir.

    Muxalifet2 - 2-10-2017

  3. "Şimali Koreya problemini həll edən ilk prezident olacam" - Tramp

    ABŞ prezidenti Donald Tramp yeni bəyanatla çıxış edib.
     
    Tramp Şimali Koreyanın nüvə proqramı ilə bağlı problemi həll edən ilk ABŞ prezidenti olacaq.
    ABŞ lideri Tvitter səhifəsində qeyd edib ki, 25 ildir ki, Pxenyanla sülh danışıqları aparılsa da, heç bir nəticə əldə edilməyib.
    Tramp yazıb: " "Raket-insan"la mehriban danışıq 25 il ərzində nəticə verməyib. İndi niyə nəticə versin ki? Klinton uğursuz oldu, Buş nəticə əldə edə bilmədi, Obama da uğursuz oldu. Amma mən uğursuz olmayacam".

    Muxalifet - 2-10-2017

  4. Las-Veqasda kazinoda atışma - 20 YARALI

    Las-Veqas yaxınlığında iri kazinolardan birində atışma olub. Trend-in məlumtına görə, polis insidentlə bağlı araşdırmaya başlayıb. 
    Son məlumata görə, atışma nəticəsində azı 20 nəfər xəsarət alıb. 
    Polisin yaydığı məlumatda qeyd olunur ki, "Mandalay Bay Casino" ətrafı nəzarətə götürülüb, artıq araşdırma başlayıb: "Sakinlərdən həmin rayon ərazisindən uzaq durmaları xahiş olunur". 
    Polis eləcə də, kazinoya yaxın yollarda hərəkətin məhdudlaşdırıldığını və yoxlamalar aparıldığını bildirib. 

    Muxalifet2 - 2-10-2017

  5. Kürd muxtariyyəti ABŞ-dan tələb etdi

    İraq Kürd Muxtariyyəti ABŞ-dan "referendumun nəticələrini tanımırıq" açıqlamasına bir daha yenidən baxmasını tələb edib.
     
    Muxtariyyətin sözçüsü Ümit Sabah ABŞ dövlət katibi Reks Tillersonun 25 sentyabrda keçirilən referendumla bağlı çıxışına korrektələr etməsinin vacibliyini bildirib.
    "ABŞ referendumla bağlı mövqeyini bir daha gözdən keçirməlidir və Bağdad ilə Ərbil arasındakı danışıqlara qatılmalıdır", - deyə Ümit Sabah bildirib./teleqraf.com

    Muxalifet - 2-10-2017

  6. ​Hindistan vətəndaşları Bakıda QƏZAYA DÜŞDÜ

    Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qeydə alınıb. Hindistan vətəndaşı Venigapol Krişna Kumarın idarə etdiyi “Nissan” markalı avtomobil Bakı şəhər sakini Qorqud Məmmədlinin idarə etdiyi “Toyota Land Gruiser” markalı maşınla toqquşub. Nəticədə “Nissan”ın sürücüsü və qadın sərnişini, 1983-cü il təvəllüdlü Manqalat Prethi Ullas xəsarət alıblar.
    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet2 - 2-10-2017

  7. ​Xəzərin səviyyəsi 3 metrədək qalxacaq - Bəzi ərazilər SU ALTİNDA QALA BİLƏR

    "Təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır. İndi buzlar əriyir. Pessimist proqnozlara görə, əsrin axırına qədər dünya okeanının səviyyəsi 2-3  metr, optimist proqnozlara görə, 1-1.5 metr qalxacaq. Xəzərin su toplama hövzəsi çox böyükdür, səviyyəsinin qalxması qaçılmazdır”.

    Muxalifet2 - 2-10-2017

  8. Bakı Beynəlxalq Avtovağzalında 24 YAŞLI QIZ İTDİ

    Bakıda 24 yaşlı qız itkin düşüb. 
    APA-nın məlumatına görə, anası ilə birgə Bakıya gələn, 1993-cü il təvəllüdlü Nüşabə Kazımova Beynəlxalq Avtovağzal ərazisində yoxa çıxıb. 
    Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

    Muxalifet2 - 2-10-2017

  9. Prezident İlham Əliyev Qobustan rayonuna səfərə gəlib

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfərə gəlib. 
    Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. 
    Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verdi. Burada rayon sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait var. 

    Muxalifet2 - 2-10-2017

  10. Azərbaycan - Çexiya oyununun hakimləri açıqlandı

    Trend AFFA-ya istinadən məlumat verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununu fransalı hakimlər idarə edəcək.
    Baş hakim:
    Benoit Millot
    Baş hakimin köməkçiləri: Julien Pacelli, Bertrand Jouannaud
    Dördüncü hakim: Frank Schneider
    (Hakimlər Fransadandır)
    Hakim-inspektor: Are Habicht (Estoniya)
    Komissar: Romano Clavadetscher (İsveçrə) 

    Muxalifet2 - 2-10-2017

  11. İsrailin bölgə və TÜRKİYƏ PLANI

     İraq Türkmən Cəbhəsinin lideri və Kərkük deputatı Ərşad Salehi İsrailin Türkiyəyə dair planlarını açıqlayıb.
     
    Müxalifət.az xəbər verir ki, bu barədə Türkiyə KİV-I məlumat dərc edib.
    IKBY-nin 25 sentyabrda keçirdiyi referenduma Türkiyə, o cümlədən regional aktyorlardan sərt reaksiyalar, mübahisələr davam edir. Bəs, regionda nələr baş verir. Məqsəd və nizam nədir? İraq Türkmən Cəbhəsinin lideri və Kərkük deputatı Ərşad Salehi “Axşam” qəzetinin suallarını cavablandırıb.
     

    Muxalifet - 2-10-2017

  12. Ərdoğanın səfərindən sonra müharibə BAŞLAYIR - DETALLAR

    Şimali İraq kürd muxtariyyətinə qarşı həyata keçiriləcək əməliyyatın detalları məlum olmağa başlanıb.
    Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinbən sonra həyata keçiriləcək.
     

    Muxalifet2 - 2-10-2017

  13. Kataloniyanın lideri danışdı - “Bu ümid və acı dolu bir gündə...”

    Polis və seçicilər arasında toqquşmanın yaşandığı, yüzlərlə insanın yaralandığı referendumdan sonra Kataloniyanın rəhbəri Puçdemon Karles açıqlama verib. 
    Puçdemon bildirib ki, bu ümid və acı dolu bir gündə Kataloniya vətəndaşları müstəqil dövlət qurmaq haqqını qazandılar. O, rəsmi Madridin etirazına baxmayaraq, referendumu baş tutmuş elan edib. 

    Muxalifet2 - 2-10-2017

  14. MM bu gün Xəqani Abdullayevi vəzifədən azad edir

    Milli Məclisinin bu gün keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlərin siyahısı açıqlanıb. 

    Muxalifet2 - 2-10-2017

  15. Bağdaddan Bərzaniyə SON ÇAĞIRIŞ

     İraq rəhbərliyi Kürd Regional rəhbərliyinin (IKBY) qeyri-qanuni referendumunun ardından dialoq üçün öncə referendumun ləğv edilməsini istədi.
     
     Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rəsmi Bağdad Bərzani hökümətinə so dəqiqə çağırışı edib.
     Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” xəbər agentliyində yer alan xəbərə görə, İraq baş naziri Heydər El-İbadinin ofisindən bildiriblər ki, Ərbil ilə dialoq üçün öncə qeyri-qanuni referendumun ləğv edilməsi tələb olunub.

    Muxalifet - 2-10-2017

  16. ​Bakıda QEYRİ-ADİ OĞURLUQ: İslam Səfərlinin barelyefi oğurlandı

    Bakıda şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin barelyefi oğurlanıb.
    Bununla bağlı dramaturqun oğlu Səbail Rayon Prokurorluğuna müraciət edib.
    O, müraciətində bildirib ki, İslam Səfərlinin Səbail rayonu ərazisində yerləşən barelyefi naməlum şəraitdə yoxa çıxıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 2-10-2017

  17. UNICEF: Azərbaycanda analara verilən məzuniyyətin müddəti yetərli deyil

    "Hazırda Azərbaycanda işləyən qadınlara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın inkişafı üçün çox əhəmiyyətli olan bir dövrdə - onun ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli vaxt deyil". 
    Bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib. 
    O qeyd edib ki, digər tərəfdən, özəl şirkətlər də qanunvericiliyin bu tələbinə riayət etmirlər. 

    Muxalifet2 - 2-10-2017

  18. Baş pediatr: "Süni qidaların reklamı dayandırılmalıdır"

    "Ana südünü əvəz etmək istəyənlər süni qidanın əsassız reklamının yayılmasını dayandırmalıdır". 
    Bunu ölkənin baş pediatrı Nəsib Quliyev ET Pediatriya İnstitutunda (OMD) Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib. 
    Onun sözlərinə görə, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: "Ona görə süni qidaların əsassız şəkildə reklamlarından uzaq olmaq lazımdır".

    Muxalifet2 - 2-10-2017

  19. Azərbaycan Ermənistanı yerlə yeksan edə biləcək dəhşətli raketlər alır? - FOTO

    Rusiya ekspertləri Azərbaycanın Rusiyadan “Prometey” S-500 və “Antey-4000” zenit-raket sistemlərini almasının mümkünlüyü haqda müzakirələr aparır. Belə müzakirələrin başlanmasına səbəb bu ilin avqust ayında “Silahların ixracı” jurnalının baş redaktoru Andrey Frolovun “Promotey” S-500 və “Antey-4000” komplekslərinin əsas alıcılarından biri Azərbaycan ola bilər” deməsi oldu. Bu komplekslərin modeli Rusiyanın keçirdiyi “Ordu-2017” sərgisində nümayiş etdirilib.

    Muxalifet2 - 2-10-2017

  20. İlham Əliyev Şamaxıda səfərdədir

    Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.
    Dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
    Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

    Muxalifet2 - 2-10-2017

Pages