Polisi qətlə yetirən iki silahlı MƏHV EDİLDİ

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Dağıstanda sahə müvəkkilinin qətlində iştirak edən iki silahlını zərərsizləşdiriblər. 
Bu barədə RİA hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, operativ axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanı əməkdaşları avtomobil saxlayıblar və bu zaman maşından atəş açılıb. Cavab atəşi ilə maşında olan iki silahlı məhv edilib. 
Maşından silah-sursat tapılıb.
Qeyd edək ki, 30 sentyabrda naməlum kişi sahə müvəkkilini qətlə yetirmişdilər. Daha sonra qatil polisin table silahını və xidməti maşınını götürərək gizlənmişdi. Oğurlanan maşın az sonra Babayurd rayonunda, Həştərxan-Mahaçqala yolunun 500 metrliyindən tapılmışdı.