Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Türkiyəli millət vəkili də Qarabağa səfər edib

    Sentyabrın 25-də Türkiyənin bəzi tanınmış simalarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etməsi, haqlı olaraq, Azərbaycan ictimaiyyətində böyük hiddət doğurub və ölkə Baş Prokurorluğu istər ölkə qanunvericiliyinə, istərsə də beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan məlum cinayət əməlinə qarşı hüquqi proses başladıb.
     

    Muxalifet - 30-09-2017

  2. Ramil Usubov yeni rəis təyin etdi

    Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə yeni rəis təyin olunub.
     
    Bu barədə Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.
    Əmrə əsasən, bu posta Heydərov Arzu Afət oğlu gətirilib.
    O, daha öncə Nəqliyyatda Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili işləyib.

    Muxalifet - 30-09-2017

  3. İcra başçısının müavini işdən çıxarıldı

    Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfi Qasımov vəzifəsindən azad olunub.
     
    Bununla bağlı qərarı icra hakimiyyətinin başçısı Raqub Məmmədov imzalayıb.
    Yetmiş yaşlı Z.Qasımov 10 ilə yaxın bu vəzifədə işləyib.
    Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə hələlik yeni təyinat olmayıb.
    Qeyd edək ki, Z.Qasımov eyni zamnada hakim Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədridir./report

    Muxalifet - 30-09-2017

  4. Sabiq komitə sədri Təhsil İdarəsinə ETİRAZ ETDİ: Təhsili pullu etmək ABSURDDUR

    Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyevanın 2020-ci ilə qədər məktəblərin özünümaliyyələşdirmə sisteminə keçməsi ilə bağlı təklifinə münasibət bildirib.
     
    Ş.Əsgərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Məhəbbət Vəliyeva öz çıxışını tam əsaslandırmayıb:

    Muxalifet - 30-09-2017

  5. Voleybolda Azərbaycanla bacarmayan Almaniya “QİSASI” FUTBOLA SAXLADI

    “Yəqin ki, voleyboldakı qisasımızı futbolda sizdən alarlar” — Almaniyalı məşqçi
     
    Almaniyanın qadınlardan ibarət millisinin baş məşqçisi Feliks Kozlovski futboldan danışıb.
    Prosport.az xəbər verir ki, Polşa əsilli 33 yaşlı məşqçi oktyabrın 8-də Kayzerslauterndə baş tutacaq Almaniya - Azərbaycan oyunundan danışıb:

    Muxalifet - 30-09-2017

  6. İraq İranla da ortaq təlimlərə başladı

    İran və İraqın mərkəzi hökuməti sərhəddə ortaq təlimlərə başlayıb.
     
    Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

    Muxalifet - 30-09-2017

  7. Vəkil Cahangir Hacıyevlə görüşə buraxılmayıb

    Vəkil Fəxrəddin Mehdiyevi "Beynəlxalq Bank"ın həbsdəki sabiq sədri Cahangir Hacıyevlə görüşə buraxmayıblar.
     
    Bu haqda vəkilin özü bildirib.
    Onun sözlərinə görə, bu gün, sentyabrın 29-da iki dəfə C.Hacıyevin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Ancaq müvəkkili ilə görüşə bilməyib.
    F.Mehdiyevə texniki problemlərin olduğu, görüşün bu üzdən alınmadığını bildiriblər.

    Muxalifet - 30-09-2017

  8. Vardanyanın planı: Sərkisyanı raketlə vurmaq, Dağlıq Qarabağı Ermənistanla birləşdirmək...

    Ermənistanda prezident Serj Sərkisyana sui-qəsd həyata keçirməyə və hakimiyyəti silahlı yolla ələ almağa cəhd edən qrupun lideri Artur
     
    Vardanyanın işi üzrə yeni şahid ifadəsi yayılıb. Vardanyanın işi üzrə məhkəmədə sonuncu şahid-İşxan Kişmiryan dindirilb. O, bildirib ki, Vardanyan hakimiyyəti ələ alandan sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair referendum keçirməyə hazırlaşırdı.

    Muxalifet - 30-09-2017

  9. Ərdoğandan kürdlərə ÇAĞIRIŞ

    "Qərb dövlətləri bizə silah, pilotsuz uçan aparatları satmaq istəmədilər, amma biz özümüz inkişaf edərək, lazım olan silahları istehsal edirik. İnşallah, özümüz təyyarə də hazırlayacağıq".
     
    "Report"-un məlumatına görə, bunu Ərzurumda əhali qarşısında çıxış zamanı Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.
    "Bu gün bütün lazım olan silahları heç kimə güvənmədən, özümüz istehsal edirik. Bu mənada 2023-cü ilə qədər iqtisadi inkişaf baxışımız da önəm kəsb edir", - deyə prezident bildirib.

    Muxalifet - 30-09-2017

  10. Tuğrul Erat Azərbaycan yığmasında oynamaq istəyir

    Almaniyanın “Fortuna” klubunun futbolçusu Tuğrul Erat yenidən Azərbaycan milli komandasına qayıtmağı hədəfləyib.
     
    Bu barədə 25 yaşlı yarımmüdafiəçi “Rp-Online” nəşrinə açıqlamasında bildirib.
    O, Robert Prosineçkinin baş məşqçi təyinatından sonra yığmaya dəvət almadığını xatırladıb:

    Muxalifet - 30-09-2017

  11. Ruslar Türkiyənin bu dağını kosmosdan çəkib ermənilərə verdi - FOTO

    Türkiyənin Ağrı dağının kosmosdan çəkilmiş fotoları yayılıb.
     
    Fotoları rusiyalı kosmonavt Serqey Ryazan çəkib.
    Fotoları feysbuk səhifəsində paylaşan kosmonavt Ağrı dağının Ermənistana aid olduğunu iddia edib.
    “Ararat (ermənilərin Ağrı dağına verdiyi ad) Ermənistanın ən yüksək vulkanik massividir. İki sönmüş vulkanın birləşmiş konuslarından ibarətdir: Böyük Ararat və Kiçik Ararat”, - deyə yazıb.

    Muxalifet - 30-09-2017

  12. Voleybolçularımız yarımfinalda Hollandiyaya uduzdu

    İlk finalçı müəyyənləşdi
     
    Voleybolçu qadınlar arasında Avropa çempionatında yarımfinal mərhələsinə start verilib.
    Finala vəsiqə uğrunda ilk görüş Azərbaycan və Hollandiya yığmaları arasında keçirilib.
    Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmanın ilk setini meydan sahibləri üstün başa vurublar. Lakin sonrakı iki setdə Hollandiya yığması daha üstün təsir bağışlayaraq, qələbə qazanıb. Dördüncü setdə Azərbaycan millisi yüksək əzmkarlıq hesabına setlərdə qələbə nisbətini bərabərləşdirib.

    Muxalifet - 30-09-2017

  13. Ağır atletlərimiz beynəlxalq yarışlardan kənarlaşdırıldı

    Bu barədə qərar Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi tərəfindən qəbul olunub
     
    Azərbaycan Ağır Atletika Federasiyası bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilib.
    Bu barədə Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Rumıniyanın paytaxtı Buxarestdəki iclasında qərar qəbul edib.

    Muxalifet - 30-09-2017

  14. Türkiyə İdlibə ordu göndərir

    Hələlik orada Rusiya hərbi polis qüvvələri yoxdur
     
    Türkiyə Suriyanın İdlib əyalətinə ordu göndərməyə başlayıb.
    Bunu "İnterfaks"a bölgədə olan və adının açıqlanmasını istəməyən mənbə bildirib.
    Mənbənin sözlərinə görə, Astanada təsdiqlənən razılaşma ilə de-eskalasiya zonalarından bir olan Suriyanın İdlib əyalətində hələlik yalnız Türkiyənin hərbi qüvvələri yerləşdirilir.
    Astana sənədində Rusiyanın da həmin əyalətdə hərbi qüvvələr yerləşdirməsinin nəzardə tutulduğu, lakin İdlibdə hələlik rus hərbçilərinin olmadığı bildirilib.

    Muxalifet - 30-09-2017

  15. Cüdoçumuz Zaqreb "Qran-Pri"sində qızıl medal aldı

    Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır
     
    Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran-Pri yarışı davam edir.
    73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.
    İdmançımız Zaqrebdə Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib. Xorvatiya Qran-Prisinin qalibi olan cüdoçumuza yarışın qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

    Muxalifet - 30-09-2017

  16. “Mercedes” 64 yaşlı kişini vuraraq öldürüb - SABİRABADDA

    Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində baş verib.
     90 UU 813 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili  yolu keçən Hacıbəbir kənd sakini 1953-cü il təvəllüdlü  Məmmədov Ramiz Allahverən oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
     Hadisə ilə bağlı araşdırma aparılır. /apa

    Muxalifet - 30-09-2017

  17. Ermənilər Cavaxetiyada gürcü polisini daşqalaq edib

    Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı məlumat yayıb.
     

    Muxalifet - 30-09-2017

  18. Bu gün Azərbaycanda Aşuradır

    Bu gün Azərbaycanda Aşura qeyd olunur.
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 1-nə düşür.
    Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
    O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

    Muxalifet3 - 1-10-2017

  19. Cərimələrin 25 faizi DYP əməkdaşlarının maaşına əlavə ediləcək – YENİ DƏYİŞİKLİK

    “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib
     
    Avtomobil yollarında sürücülərə qarşı tətbiq edilən cərimələrdən əldə olunan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunacaq.
    Bu barədə Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarına edilən dəyişiklikdə qeyd olunub.

    Muxalifet3 - 1-10-2017

  20. Türkiyə Azərbaycana rəqib oldu

    Bu gün qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin sonuncu oyununda Türkiyə və Serbiya yığmaları qarşılaşıb.
    Milli Gimnastika Arenasında keçirilən matçın qalibi Serbiya millisi olub. Hər üç setdə türkiyəli voleybolçulardan üstün olan Serbiya millisi oyundan qalib ayrılıb.
    Serbiya komandası finalda Niderland voleybolçuları ilə qızıl medallar uğrunda yarışacaq.
    Türkiyə millisi isə üçüncü yer uğrunda Azərbaycan yığması ilə üz-üzə gələcək.

    Muxalifet3 - 1-10-2017

Pages