Axtarış
The search found 105785 results in 0.097 seconds.
Search results
Avtomobil saatda 1600 km sürətlə gedəcək - QIRICI TƏYYARƏ MOTORU İLƏ
Böyük Britaniyada səsdən iti sürətlə hərəkət edəcək "Bloodhound" avtomobilində reaktiv təyyarənin mühərrikinin sınaqları uğurla keçib. Bu avtomobil qırıcı təyyarə mühərriki ilə gələcək yarışlarda saatda 1600 kilometr sürətlə hərəkət etmlidir.
Muxalifet3 - 1-10-2017
341 İŞİD-çini öldürən snayper həlak oldu
İraqda gedən döyüşlərdə yüzlərə İŞİD-çini məhv edən snayper Əbu Təhsin əs-Salehi həlak olub.
Bu haqda İraqdakı şiə yaraqlı birləşməsi "Əl-Həşd əş-Şaibi" məlumat yayıb. Snayper həmin qruplaşmanın üzvü olub.
Bildirilir ki, Əbu Təhsin İraqın şimalında yerləşən Əl-Həvicə şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. Sosial şəbəkə istifadəçiləri snayperin öz döyüş yoldaşı ilə söhbətinin videokadrlarını yayıblar. Orada döyüşçü yoldaşı Əbu Təhsindən nə qədər İŞİD-çi öldürdüyünü soruşur. "341"-deyə o cavab verir.Muxalifet3 - 1-10-2017
Məscidlərdə Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb
QMİ-nin təşəbbüsü ilə məscidlərdə qanvermə aksiyası keçirilir
Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb.
"Təzə Pir " məscidində də qanvermə aksiyasına start verilib.
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva "Report"a bildirib ki, institutun əməkdaşları artıq səhər saatlarından nəzərdə tutulmuş ünvanlara yollanıb.
Qeyd edək ki, QMİ-nin təşəbbüsü ilə bu gün aşağıdakı ünvanlarda qanvermə aksiyası keçirilir:Muxalifet - 1-10-2017
Bakıda 48 yaşlı kişi özünü ASIB
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Maştağa qəsəbəsində 1969-cu il təvəllüdlü Həsən Nəcəfov yaşadığı evdə özünü iplə asaraq öldürüb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb./reportMuxalifet - 1-10-2017
Bağdad referenduma tezliklə cavab veriləcəyini vəd edib
Hökumət rəsmisi: Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var
İraq hökuməti Kürdüstan muxtariyyətində qanunsuz keçirilən müstəqillik referendumu ilə bağlı yaxın vaxtlarda cavab tədbirlərinin görüləcəyini bəyan edib.
TASS xəbər verir ki, bununla belə Bağdad güc ssenarisini tamamilə istisna edir.
"Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var", - deyə jurnalistlərə baş nazir aparatının nümayəndəsi Saad əl-Hadisi bildirib.Muxalifet - 1-10-2017
"Kataloniyada referendum öncəsi əksər seçki məntəqələri bağlanıb"
Madrid səsvermənin keçirilməsini qanuni hesab etmir
İspaniya polisi Kataloniyada müstəqilliklə bağlı referendumun keçirilməsi öncəsi əksər seçki məntəqələrini bağlayıb.
Bu barədə İspaniya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
"La Vanguardia" nəşri yazır ki, səsvermənin keçiriləcəyi bütün müəssisələr, əsasən məktəblər 1,3 min nəfərdən ibarət polis əməkdaşları tərəfindən tutulub. Daha 900 binada referendum tərəfdarları toplaşıb, onlar binaları Mülki Qvardiya dəstələri gələnə qədər tutublar.Muxalifet - 1-10-2017
Kürdüstan parlamenti Bağdadın fərmanlarına qarşı çıxıb
Bağdadın fərmanlarına əməl etməmək barədə qərar yekdilliklə qəbul olunub
İraq Kürdüstanı parlamenti müstəqilliyə dair referendumun keçirilməsindən sonra İraq federal hökumətinin muxtariyyətə qarşı qəbul etdiyi bütün qərarları rədd edib.
RİA "Novosti" xəbər verir ki, Bağdadın fərmanlarına əməl etməmək barədə qərar yekdilliklə qəbul olunub.
Xüsusilə, bundan əvvəl İraqın Mülki Aviasiya İdarəsi Ərbil və Süleymaniyyə hava limanları arasında beynəlxalq aviaəlaqənin bağlandığını elan edib.Muxalifet - 1-10-2017
Hərracda Renuarın məşhur əsəri oğurlanıb
Təşkilatçılar rəsmə görə 25-30 min avro qazanmağı düşünürdülər
Fransız rəssamı Pyer Ogüst Renuarın "Parlaq saçlı gənc qızın portreti" əsəri satışa az qalmış hərrac evindən oğurlanıb.
"Le Parisien" nəşri xəbər verir ki, rəssamın bu işi əsas lot hesab olunurdu və təşkilatçılar bundan 25-30 avro gəlir əldə etməyi düşünürdü.
Hərraca cavabdeh şəxs Frederik Loran de Rümmel qeyd edib ki, oktyabrın 1-nə planlaşdırılan hərrac istənilən halda keçiriləcək./reportMuxalifet - 1-10-2017
Qəbul imtahanlarının yeni modelində səhvlər… - İDDIA
Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanları üçün elan edilmiş ixtisas fənləri ilə bağlı müəyyən uyğunsuzluqlar var.
Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, dəyişikliklər labüd idi: “2008-ci ildən başlayaraq respublikanın bütün ümumi təhsil müəssisələrinin I siniflərində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlandı. Yeni sistemdə təhsil alan ilk şagirdlər bu il respublikada icbari təhsil səviyyəsini (IX sinfi) başa vurdular.Muxalifet - 1-10-2017
"Kiyevdə hakimiyyəti dəyişəcəm" - Saakaşvili
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə hakimiyyəti dəyişmək niyyətindədir.
UNİAN xəbər verir ki, Saakaşvili bu barədə dünən Odessada keçirdiyi mitinqdə bildirib.
"Kiyevdə hakimiyyəti dəyişmək istəyirəm. Ona görə ki, onlar mənə Odessanı dəyişməyə mane oldular", - Saakaşvili bildirib./teleqraf.comMuxalifet - 1-10-2017
Marsa səyahətin tarixi açıqlandı
İnsanların Marsa səyahət edəcəyi tarix açıqlanıb.
Elon Musk Avstraliyanın Adelaide şəhərində Beynəlxalq Kosmos Səyahətləri Konqresində çıxışında bu barədə məlumat verib.
“Space X” şirkətinin qurucusu Elon Musk Mars səyahətinə 2024-cü ildə başlamağı planladıqlarını söylədi.
O, Avstraliyanın Adelayde şəhərində Beynəlxalq Kosmos Səyahətləri Konqresində çıxışında bildirib ki, səyahətlərdə istifadə ediləcək vasitələrin hazırlanmasına gələn il başlanacaq: “Məqsəd 2024-cü ildən insanları Marsa göndərməkdir”.Muxalifet - 1-10-2017
Курдистан - израильский проект - Фотофакты
Ни для кого не является секретом особые отношения курдов с Израилем; длительная история таких взаимоотношений возобновилась после начала Исламского пробуждения, а также на фоне регионального усиления Тегерана. Израиль уже активно ратует за признание на международном уровне своего союзника, такой план вынашивается давно и входит в стратегию "Великий Израиль".
Muxalifet - 1-10-2017
В Одессе подрались сторонники и противники Саакашвили
Акция сторонников экс-главы Одесской областной администрации, экс-президента Грузии Михаила Саакашвили в Одессе в субботу у памятника Дюку началась с драки.
Как передает Axar.az со ссылкой на интернет-издание "Украинская правда", на субботу у Саакашвили была запланирована встреча с его сторонниками в Одессе. По данным издания, митинг начался в 16.00 (время совпадает с мск), самого Саакашвили в это время на месте не было, участие в митинге принимали несколько сотен сторонников политика.Muxalifet - 1-10-2017
Həqiqi hərbi xidmətə çağırış başlayıb
Bu gündən - oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Muxalifet - 1-10-2017
Yediyimiz çörək belə daşınır - BAKIDA - VİDEO
Hər gün yediyimiz çörək minik avtomobilinin yük yerində natəmiz vəziyyətdə daşınır. Avtomobil hərəkətdə olduğu zamanı isə yolda olan toz-torpaq birbaşa çörəyə hopur. Sonradan isə çox gümanki belə vəziyyətdə olan çörək market və mağazalara satılır. Vətəndaşlar isə bu çörəkdən alıb istifadə edirlər.
Kadrlar paytaxtın Binəqdi rayonu Biləcəri qəsəbəsindəki yolda bir sürücü tərəfindən çəkilərək "XəzərXəbər”in votsap nömrəsinə göndərilib.10-KB-453 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü qaydalara əməl etmədən çörək daşıyır.Muxalifet - 1-10-2017
Trampdan Rusiyaya qarşı daha bir SANKSİYA
ABŞ prezidenti Donald Tramp dünyada insan alverinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə birtərəfli iqtisadi sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.
Qeyd olunan sanksiyalar Venesuela, Çin, Suriya, Rusiya və digər ölkələrə şamil olunacaq.
Eyni zamanda Tramp ABŞ hökumətinə bəzi hallarda humanitar və digər mülahizələrə görə bu məhdudlaşdırıcı tədbirləri tətbiq etməməyə icazə verib.Muxalifet - 1-10-2017
Türkiyənin xaricdəki ən böyük hərbi bazasının açılışı oldu
Türkiyənin ən böyük xarici hərbi bazasının açılışı oldu. Şənbə günü Somalinin paytaxtı Moqadişuda keçirilən açılış mərasimində Somali rəhbərliyi, Türkiyənin hərbi rəsmiləri və diplomatlar iştirak ediblər.
Somalinin baş naziri Həsən Əli Xayre və Türkiyə ordusunun rəhbəri, general Hulusi Akar açılışında iştirak etdikləri 4 kvadrat kilometrlik bazada üç hərbi yaşayış kompleksi, təlim sahələri və idman meydançası var. Bu bazanın tikilməsinə son iki il sərf edilib.Muxalifet - 1-10-2017
Kataloniyada müstəqillik referendumuna səsvermə başlayıb - YENİLƏNİB
Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.
Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir. Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər.
***Muxalifet - 1-10-2017
Почему Россия проводит так много военных учений совместно с другими странами?
В пятницу, 29 сентября, в своем интервью главнокомандующий Сухопутными войсками России генерал-полковник Олег Салюков сообщил, что в 2018 году российская армия проведет как минимум семь международных учений совместно с более чем 10 странами.
Беседуя с репортерами российской военной газеты «Красная звезда», Салюков заявил, что в 2018 году расписание совместных международных учений будет «более насыщенным», однако он не сообщил, с какими именно странами Россия будет проводить свои военные учения.Muxalifet - 1-10-2017
Şimali Koreya ABŞ-ı "alov dənizinə" çevirməklə hədələdi
KXDR-in Asiya-Sakit okeanı Regionunda Sülh üzrə Komitəsinin nümayəndəsi bəyanatla çıxış edərək, ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasəti tənqid edib.
Belə məzmunlu bəyanat Koreyanın Mərkəzi Teleqraf Agentliyinin saytında dərc edilib.
Qeyd olunur ki, KXDR rəsmisi Amerikanı "alov dənizinə" çevirməklə hədələyib. Bəyanatda Trampın siyasəti nüvə qəzasına təhlükəli çağırış aktı adlandırlıb. Hansı ki, Amerikanı "alov dənizinə çevirəcək".Muxalifet3 - 1-10-2017