Rəşad Sadıqov karyerasını başa vurur

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yığma karyerasını başa vuracaq.
 
“Futbol+” xəbər verir ki, Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya millisinə qarşı oyunda sonuncu dəfə yığma komandamızın formasını geyinəcək.
Qeyd edək ki, Rəşad Sadıqov 2001-ci ildən Azərbaycan milli komandasının formasını geyinir. O, meydana çıxdığı 110 oyunda 5 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.