Axtarış
The search found 105785 results in 0.028 seconds.
Search results
ABŞ Bərzanini qorumaq üçün HƏRƏKƏTƏ KEÇDİ
ABŞ, Şimali İraqa əsgər, silah və sursat daşınmasını son 3 gündə artırıb. ABŞ Türkiyə, İran və İraq əməliyyatına qarşı Bərzanini qorumaq istəyir.
Muxalifet - 1-10-2017
İspanaq partlayıcı maddələri aşkar etməyə kömək edəcək - YENİ LAYİHƏ
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları partlayıcı maddələrin aşkarlanması üçün qeyri-adi layihə təqdim ediblər. Belə ki, tədqiqatçılar adi ispanaq əsasında detektor yaradaraq bitkiyə karbon nanoborular və sensorlar quraşdırıblar. Nəticədə sensorlar nitroaromatik birləşmələrə reaksiya verməyə, karbon nanoborular isə daim siqnal ötürməyə uyğunlaşdırılıb.
Muxalifet3 - 1-10-2017
25 yaşlı qız hamamda huşsuz vəziyyətdə tapıldı
Tovuz rayonunda 25 yaşlı qız dəm qazından zəhərlənib.
Hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Hüseynova Şöhrət Tofiq qızı yaşadığı evdə hamamda dəm qazından zəhərlənib.
Ş.Hüseynova təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Muxalifet3 - 1-10-2017
Bərzaninin can damarı kəsilir: 3 sərhəd qapısında HƏRBİ ƏMƏLİYYAT
Silopidə Türk əsgəri ilə birgə təlim keçirən İraq əsgəri Bərzani iqtisadiyyatının can damarı olan Habur Sərhəd Qapısını almağa hazırlanır. Hərbi əməliyyata Türk əsgəri də dəstək verəcək.
Müxalifət.az bildirir ki, bu baradə Türkiyə KİV-i xəbər verir.Muxalifet - 1-10-2017
Deputatlar canlı yayımda dalaşdılar
Kosova millət vəkilləri canlı yayımda yumruqlaşıb.
Lent.az-ın məlumatına görə, Milli Məclisdə təmsil olunan iqtidar və müxalifət partiyasının nümayəndələri TV kanalında canlı yayıma qatılıblar.Muxalifet3 - 1-10-2017
Azərbaycanın bəzi yerlərinə qar yağacaq - HAVA PROQNOZU
Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 2-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyin məlumatına əsasən, həftənin ilk iş günündə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 16-18° isti, Bakıda gecə 14-16°, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.Muxalifet3 - 1-10-2017
"Real"ın futbolçusunun ürək pərdəsi zədələnib
Madrid “Real”ı müdafiəçi Dani Karvaxaldan pis xəbər alıb. Apasport.az saytının məlumatına görə, oyunçunun ürəyində qüsur aşkarlanıb.
Klubdan verilən açıqlamada bildirilib ki, futbolçunun keçirdiyi bir infeksion xəstəlik onun ürək pərdəsini zədələyib.
Karvaxalın tam olaraq sağalması üçün müəyyən qədər zamana ehtiyac olduğu bildirilib. Onun “Espanyol”la oyunda meydana çıxmayacağı isə dəqiqləşib.Muxalifet3 - 1-10-2017
Zaqatala sakini özünü yandırdı...
Bu gecə saat 04 radələrində Zaqatala rayonunun Sumaylı kənd sakini 1968-ci il təvəllüdlü Rövşən Şamil oğlu Qurbanov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 49 yaşlı Rövşən Qurbanov müayinə vaxtı verdiyi ifadəsində bildirib ki, kəndin inzibati ərazisində çöl sahəsində ocaq yandıran zaman ehtiyatsızlıqdan yanıb.Muxalifet3 - 1-10-2017
Kataloniyada polis seçicilərə sərt müdaxilə edib - Yaralılar var + Fotolar + Yenilənir
Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.
Artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar. Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.
Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.
Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.
Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.Muxalifet - 1-10-2017
“Sədərək” və “Binə” ticarət mərkəzləri bağlanıldı – SƏBƏB
“Sədərək” və “Binə” ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb.
“A24.az” bildirir ki, hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, Aşura günü ilə əlaqədar işçilər gəlməyiblər.
Məsələnin diqqət çəkən tərəfi isə həmin ərazilərə avtobusların işləməsidir. Əhaliyə bununla bağlı hər hansı xəbərdarlıq olunmayıb. Sözügedən ticarət mərkəzlərinə gələn insanlar oradan da geri qaytarılır.Muxalifet3 - 1-10-2017
Xalq artisti ağır vəziyyətdə: reanimasiyaya yerləşdirildi
Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun səhhətində yenidən ciddi problem yaranıb.
Diktor hazırda reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Bu il onun səhhətinin ağırlaşması ilə bağlı bir neçə dəfə belə xəbərlər yayılıb./yenicag.azMuxalifet - 1-10-2017
“Kərkükü kürdlərdən ala biləcək güc yoxdur “ – Kürd komandir
Peşmərgə Kərkükü İraq ordusundan müdafiə etməyə hazırdır.
Bunu “Sputnik Türkiyə” agentliyinə açıqlamasında İraqdakı peşmərgə qüvvələrinin komandanı Hüseyn Yezdanpane söyləyib.
“Biz buraya İraq ordusunun gəlməsinin tərəfdarı deyilik. Əgər onlar gəlsələr, biz müqavimət göstərəcəyik. Dünyada elə bir güc yoxdur ki, Kərkükü kürdlərdən alsın. İraqda Baş nazir Heydər Abadidən çox SEPAH komandiri Qasım Süleymaninin sözü keçir. Süleymani məhz indi Bağdadı idarə edir” – deyə o bildirib.Muxalifet - 1-10-2017
Bərzani əhalinin maaşlarını verə bilmir
Şimali İraq Regional Muxtariyyəti müstəqillik referendumunun ardından maliyyə problemləri ilə qarşılaşıb.
Muxtariyyət rəhbərliyi artıq məmurların əmək haqlarını ödəyə bilməyəcəyinə dair ilk narahatedici açıqlama verib.
Qeyd edək ki, sentyabrın 30-da İraq Baş naziri Heydər İbadi bəyan etmişdi ki, neft gəlirləri öz nəzarətinə keçdiyi üçün məmurların əmək haqlarını Ərbil özü ödəməli olacaq.Muxalifet - 1-10-2017
Məcburi köçkünlər 18 gündür küçədə gecələyirlər
Sentyabrın 12-də Xətai rayonu, Əhmədli yolu, 15-də məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib. 5 mənzil tamamilə yararsız hala düşüb, binada dərin çatlar yaranıb. 2 gün əvvəl küləklə müşayiət olunan yağış nəticəsində dam örtüyü də uçub, şifer yaxınlıqda oynayan azyaşlının üstünə aşıb. O gündən indiyədək köçkünlər küçədə gecələyirlər.
Muxalifet - 1-10-2017
Voleybolçularımız Türkiyə millisinə uduzdu
Bu gün qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulacaq.
Bürünc medal uğrunda matçda Azərbaycan və Türkiyə milliləri qarşılaşıb.
Final matçıisə Bakı vaxtı ilə 19:00-da Hollandiya və Serbiya arasında keçiriləcək.
İlk setdə Azərbaycan millisi 25:22 öndə bitirdi.
İkinci setdə təşəbbüsü ələ alan Türkiyə komandası seti 21:25 qazandı.
Üçüncü setdə Azərbaycan 14, Türkiyə 25 zərbə vurdu. Türkiyə 2:1 önə çıxdı.Muxalifet - 1-10-2017
Bıçaqlı şəxs metroda insanlara hücum etdi: ÖLƏN VƏ YARALANANLAR VAR
Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib.
Hadisə Marsel şəhərində baş verib.
Həmin şəxs qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 nəfər isə bıçaq yarasından ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.
Fransa daxili işlər naziri Jerar Kollon hadisə ilə əlaqədar Marselə yollanıb./apaMuxalifet - 1-10-2017
Avropa Şurasının baş katibi Eynulla Fətullayevi təhqir etdi
Dünya paradokslarla doludur. Qərb və erməni KİV-ində başlayan və davam edən anti-Azərbaycan kampaniyasının fonunda Avropa Şurasının baş katibi Turbern Yaqland öz “Feysbuk” səhifəsində... Avropa Şurasına və şəxsən özünə olan hücumlardan şikayətlənib.
Siyasətçinin çıxışı üçün səbəb, onun şəxsi etirafına görə, haqqin.az və virtualaz.org portallarının rəhbəri Eynulla Fətullayevin "Biz Azərbaycanı Avropa Şurasından çıxmağa çağırırıq" məqaləsi (https: //haqqin.az / news/111784) olub.Muxalifet - 1-10-2017
Fransa prezidenti Bərzani ilə İbadini görüşüdürəcək
Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraq baş naziri Heydər İbadi Parisdə görüşəcək.
Görüşün təşəbbüskarı Fransa prezidenti Emmanuel Makrondur.
İddiaya görə, 25 sentyabr referendumundan sonra yaşanan gərginliyi aradan qaldırmaq üçün prezident Makron vasitəçilik təşəbbüsündə bulunub. Məsud Bərzani və Heydər İbadi isə bu təşəbbüsə müsbət cavab verib.
Məlumata görə, Makronun vasitəçilik təşəbbüsünü Məsud Bərzaniyə fransız filosof və yazıçı Henry Levy çatdırıb./teleqraf.comMuxalifet - 1-10-2017
Suriyada Rus polkovniki həlak oldu
Müxalifət.az Murmansk mətbuatının verdiyi məlumata əsasən xəbər verir ki, Suriyada döyüşən bir Rus polkovniki öldü. Məlumata görə, o, Rusiyanın Şimali Donanmasının Dəniz Piyadaları Kerkenes briqadasının komandiri, polkovnik Valeri Fedyanindir.
Xəbərə görə, polkovnikin avtomobili uzaqdan idarə olunan fuqasla partladılıb. Ağır yaralanmış polkovnik Moskvaya aparılsa da, xəstəxanada ölüb.
Rusiya Müdafiə Nazirliyi hələlik polkovnikin ölümü barədə məlumatları rəsmən şərh etməyib.
Müxalifət.azMuxalifet - 1-10-2017
"Cовок" по-путински
12 июня владивостокский школьник Семён Голубовский впервые пришел на митинг, организованный Навальным.
Там к нему подошли полицейские и увезли в участок. После этого в школе Семена стали "прорабатывать" и объяснять, что он ставит крест на своем будущем.Muxalifet - 1-10-2017