Ağ Evdə Trampın komandası ilə bağlı ARAŞDIRMA
29-09-2017 11:40

Ağ Ev ABŞ Prezidenti Donald Trampın yaxın ətrafının iş prosesi zamanı şəxsi elektron poçtlarından istifadə etməsi ilə bağlı araşdırmalara başlayıb.
Araşdırmalar gizli formada aparılır. Bu proses bir neçə həftə və ya ay ərzində davam edə bilər.
Bu araşdırmaların başlanmasına səbəb isə ABŞ prezidentinin kürəkəni və müşaviri Cared Kuşnerlə bağlı səsləndirilən iddialar olub. İddialara əsasən, Kuşner işlə bağlı yazışmaları şəxsi e-poçtu vasitəsilə həyata keçirib.
İddialara Ağ Evin mətbuat xidməti cavab verib. Bildirilib ki, Kuşner iş zamanı çox az hallarda o e-poçtdan istifadə edib./teleqraf.com