Alman ordusu İNCİRLİKDƏN ÇIXDI

İncilikdəki son Alman əsgərləri çərşənbə günü bazadan ayrılıb.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.
 Alman qoşunlarının İncirlikldəki Hərbi Hava Bazasından çəkilmə prosesi yekunlaşdı. Alman birliklərin İordaniyadakı Əl Azra-maq Hava Bazasına tamamilə köçməsinin oktyabr ayının ilk həftələrində Tornado kəşfiyyat təyyarələrinin da gəlməsi ilə böyük ölçüdə tamamlanacağı bildirildi.
Alman qoşunlarının polkovniki Ştefan Kleinheyer birlikləri İncirlikdən Əl Azraka daşıma əməliyyatının nəhəng bir vəzifə olduğunu və bunun" Alman ordusunun tarixində bənzərsiz" bir proses olduğunu ifadə etdi.
Almaniyanın İncirlik Bazasında təxminən 260 əsgəri, bir xilasetmə təyyarəsi və Tornado təyyarələri var idi. Türkiyənin Alman deputatların İncirlik Hərbi Hava Bazasını ziyarət etməsinə icazə verməməsi ilə başlayan və aylarla davam edən mübahisələr sonda İncirlikdəki Alman əsgərlərinin İordaniyaya nəqli qərarlaşdırılmış, qətnamə Almaniya Federal Məclisində iyun ayında təsdiq edilmişdi.
Müxalifət.az