Axtarış

The search found 105785 results in 0.093 seconds.

Search results

  1. Vüqar Qaradağlının milyonluq mülkləri, mənzillər, avtomobillər — SİYAHI

    "Ölkə.Az" ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının varidatının siyahısını əldə edib. Həmin siyahını heç bir şərh vermədən təqdim edirik:
     
    - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa
    - Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC"dən 4 otaqlı mənzil
    - Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28
    - Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil
    - Quba rayonunda üçmərtəbəli villa

    Muxalifet - 29-09-2017

  2. ​Cahangir Hacıyev CƏRİMƏ KAMERASINA SALINDI

    ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb.
    Bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib.
    Vəkil bildirib ki, C. Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C. Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb.
    Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib.

    Muxalifet2 - 29-09-2017

  3. Müştəri "Səba" toyuğu aldı - İçindən çıxanlar...- VİDEO

    Bakının məhşur broyler şirkətindən şikayət var.
    Muxalifət.az BakiPost.az-a istinadən xəbər verir ki, paytaxtdakı marketlərdən birindən ”Səba” şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içərisi buz parçaları ilə doludur.
    Şikayətçi iddia edir ki, şirkət bu yolla məhsulun çəkisini məqsədli şəkildə artırmaqla alıcılarını aldadır.

    Muxalifet2 - 29-09-2017

  4. Azərbaycanlı alimə Rusiyada yüksək vəzifə verildi

    Tibb elmləri doktoru, azərbaycanlı alim Məmmədbağır Cavad oğlu Əliyev Rusiya Elmlər Akademiyasının rəyasət heyətinə rəhbər seçilib.
     
    Bununla bağlı Rusiya Elmlər Akademiyası məlumat yayıb.
    Akademiyada keçirilən səsvermədə Əliyevin namizədliyini 1200 nəfər dəstəkləyib. 70 nəfər isə onun əleyhinə səs verib.

    Muxalifet - 29-09-2017

  5. İrəvan Kürdüstanı mal əti ilə təmin edir – Erməni KİV

    Ermənistanda mal ətinin qiymətləri bu ilki quraqlıq və yemliyin olmaması ilə əlaqədar bahalaşmayıb.
    Bu barədə informasiyanı Ermənistanın “Qraparak” qəzeti yayıb.

    Muxalifet2 - 29-09-2017

  6. "Neftçi" nəhayət ki, QALİB GƏLDİ

    Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına start verilib.
    Günün ilk oyununda "Neftçi" "İnter"in qonağı olub.
    Matçın ilk hissəsində komandalar qolsuz bərabərə qalıb. Lakin ikinci hissədə "neftçilər" təşəbbüsü ələ alıblar. Belə ki, əvvəlcə 60-cı dəqiqədə Derlis Meza Kolli hesabı açıb. 72-ci dəqiqədə isə Rəhman Hacıyev fərqi artırıb.
    "İnter" futbolçuları matçın gedişinə təsir edə bilməyincə, oyun elə bu hesabla başa çatıb - 0:2.
    Beləliklə, "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb.

    Muxalifet2 - 29-09-2017

  7. ​“Topaz” keçiriləcək matçın nəticəsini öncədən satır?

    Bu gün - 29.09.2017 tarixində “Topaz”da olan 3 futbol oyununun 100% dəqiq nəticəsinin satıldığı haqda sosial şəbəkədə elan yerləşdirilib.
    Axar.az xəbər verir ki, Afaq Ağayeva adlı Feysbuk istifadəçisi özünü “Topaz” bukmeykeri kimi təqdim edib və bildirib ki, satılan hər bir oyunun qiyməti 100 manatdır. Məlumata görə, ödəniş kupon gəldikdən sonra e-topaz hesabına edilir. Xanım bildirib ki, təkcə şəxsiyyət vəsiqəsinin şəklini göndərməklə kuponları əldə tmək mümkündür.

    Muxalifet2 - 29-09-2017

  8. Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model - Açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının bu gün növbəti iclası keçirilib.
     
    DİM-dən verilən xəbərə görə, iclasda müzakirə olunan məsələlərdən biri də 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli olub. Müzakirələrin sonunda Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan yeni model qəbul edilib.
     
    Qəbul olunmuş model  aşağıdakı kimidir:
     

    Muxalifet - 29-09-2017

  9. İlham Əliyev və xanımı voleybol millimizin oyununa baxır

    Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin sonuncu yarış gününə Azərbaycan-Almaniya matçı ilə start verilib.
    BakuPost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxırlar.
    Yarımfinalın sonuncu iştirakçısı saat 20:30-da Rusiya və Türkiyə voleybolçuları arasında qarşılaşmadan sonra müəyyənləşəcək.

    Muxalifet2 - 29-09-2017

  10. ​Bakının mərkəzində dava: TUTULANLAR VAR

    Bakıda kafedə kütləvi dava-dalaş olub.
    Lent.az xəbər verir ki, Nəsimi rayonu ərazisindəki "Dəli Kür" kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.
    Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet2 - 29-09-2017

  11. Ramiz Mehdiyev Patruşevlə görüşdü

    Prezident Administrasiyasının rəhbəri Ramiz MehdiyevBakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
     
    APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.
     Görüşdə dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib.

    Muxalifet - 29-09-2017

  12. Türkiyədən rəsmi açıqlama: UÇUŞLAR DAYANDIRILDI

    Türkiyədən İraq Kürd Muxtariyyətinin ərazisinə daxil olan Ərbil və Süleymaniyyə şəhərlərinə uçuşlar yerli vaxtla 18:00-da dayandırılacaq. 
    Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım açıqlama verib. 
    Türkiyədən İraq Kürd Muxtariyyətinə uçuşlar müddətsiz olaraq dayandırılıb.

    Muxalifet2 - 29-09-2017

  13. ​Rusiyada əsgər öz yoldaşlarını güllələdi - 3 ölü

    Rusiyanın Amur vilayətində əsgər öz yoldaşlarını avtomatla güllələyib.
    Trend-in məlumatına görə, hadisə nəticəsində bir zabit və iki əsgər həlak olub.
    Daha iki əsgərin yaralandığı bildirilib.
    Hadisənin təfərrüatları barədə məlumat verilmir.

    Muxalifet2 - 29-09-2017

  14. ABŞ hərbi təyyarəsi Suriyada qəzaya uğradı

    ABŞ-a məxsus hərbi təyyarə Suriyada qəzaya uğrayıb.
     
    Bu barədə "Reuters" məlumat yayıb.
    İki nəfərin yaralandığı bildirilir. Qəzanın səbəbləri açıqlanmır./teleqraf.com

    Muxalifet - 29-09-2017

  15. Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA

    Bakı-Qazax yolunda dəhşətli qəza baş verib.
    Muxalifət.az baku.ws-ə istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 58-ci kilometrliyində 10 JU 326 dövlət nişanı olan minik avtomobili "Shacman” yük maşını ilə toqquşub.
    Məlumata görə, minik avtomobili Bakıya gəlirmiş.
    İlkin məlumata görə, ciddi xəsarət alanlar var. Minik avtomobilində iki nəfər olub. Sürücü və sərnişin ağır vəziyyətdədir.

    Muxalifet2 - 29-09-2017

  16. "Məndən 20 gün möhlət istəyirlər ki..." - SAAKAŞVİLİ

    Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından rəsmən çıxarılacağı tarixi açıqlayıb.
     
    Muxalifet.az xəbər verir ki, o, bununla bağlı Feysbuk hesabında məlumat verib.
    Saakaşvili bildirib ki, Ukrayna Prezident Administrasiyası ondan 20 gün möhlət istəyib:

    Muxalifet - 29-09-2017

  17. ABŞ-ın Bərzaniyə 3 illik təklifi ortaya çıxdı - Detallar

    ABŞ-ın müstəqillik referendumunun təxirə salması müqabilində İraq Kürd Muxtariyyətinin rəhbərliyinə təklifinin detalları ortaya çıxıb.
     
    "Vaşinqton Post" qəzetinin yazarı Devid İqnatius məqaləsində sözügedən təklifin detallarını yazıb.
    Bərzaniyə 3 illik yol xəritəsi təklif edilib. Həmin yol xəritəsinin detallarını təqdim edirik:
    -Müzakirələr BMT-nin vasitəçiliyi ilə keçirilsin;
    -Ərbil ilə Bağdad arasında bütün münaqişə məsələləri maddə-maddə ələ alınsın;
    -Həmçinin yol xəritəsində müstəqilliklə bağlı təklif də yer alıb.

    Muxalifet - 29-09-2017

  18. "Kürd dövlətinin qurulması Rusiya üçün mənfi olar" - EKSPERT

    Suriyanın şimalında müstəqil kürd dövlətinin yaranması Rusiya üçün mənfi hal olar.
     
    Bu açıqlama ilə rusiyalı politoloq Vladimir Yevseyev çıxış edib.
    "Suriyada kürd dövləti qurulmasının Rusiya üçün mənfi olacağını düşünürəm. Çünki, bu inkişaf Suriyanın parçalanmasına yol açacaq. Suriyada müstəqil kürd dövləti qurulmasına icazə verməzlər", - Yevseyev qeyd edib.
    Yevseyevin fikrincə, suriyalı kürdlərin Suriyanın gələcəyində necə təmsil ediləcəyi məsələsində kürdləri Rusiya razı salacaq./axar.az

    Muxalifet - 29-09-2017

  19. Voleybol Millimiz yarımfinala yüksəldi

    Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin sonuncu yarış gününə Azərbaycan-Almaniya matçı ilə start verilib.
     
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxırlar.
    Yarımfinalın sonuncu iştirakçısı saat 20:30-da Rusiya və Türkiyə voleybolçuları arasında qarşılaşmadan sonra müəyyənləşəcək.
    19:20

    Muxalifet - 29-09-2017

  20. Əfqan Muxtarlı “Jurnalistika mükafatı” alıb

    Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (EAP CSF), həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını EAP CSF-nin "Pavel Sheremet Jurnalistika Mükafatı - 2017"-nin qalibi elan etdi.
     
    Forum İcra Komitəsi qeyd edir ki, Ə.Muxtarlı 2017-ci ildə Şərq Tərəfdaşlığı bölgəsində ifadə azadlığı sahəsində cəsarətli fəaliyyət nümayiş etdirib.
    Məlumatda vurğulanır ki, Ə.Muxtarlı ifadə azadlığı sahəsində, fəal insanların məruz qaldığı basqıların ictimailəşdirilmsində cəsarətli fəaliyyət göstərib və hazırda bunun bədəlini ödəməkdədir.

    Muxalifet - 29-09-2017

Pages