Kim Çen İnə zərbə: 120 ŞİRKƏT BAĞLANIR

Rəsmi Pekin Şimali Koreyanın Çindəki şirkətlərinin 120 gün ərzində bağlanacağını açıqlayıb. 
Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb. 
Nazirlik açıqlamada fərdi və ya Çin firmalarıyla ortaq şəkildə çalışan şirkətlərin 12 sentyabrda BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyaya qarşı alınan sanksiya qərarları çərçivəsində 120 gün içərisində bağlanacağını bildirib. 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası sentyabrın 12-də Şimali Koreyaya sanksiya tətbiq olunması ilə bağlı qanun layihəsini təsdiq edib.