Saakaşvili harada yaşadığını bəyan etdi
28-09-2017 17:45

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili hazırda Kiyevdəki mənzilində yaşayır.
Müxalifət.az.-ın verdiyi xəbərə görə, bu barədə Saakaşvili öz Facebook profilində yazmışdır.
"Mən heç bir yerə qaçmamışam, Kiyevdəki mənzilimdə yaşayıram və əgər çox cəsarətlisinizsə, növbəti dəfə Ukrayna Təhlükəsizlik Xidmətindən növbəti sifariş almağa gələndə buraya da gələ bilərsiniz, çünki oraya çox yaxınam ", - deyə, Saakaşvili Ukraynanın radikal təşkilatı olan “Belıy Sektor”un rəhbəri Dmitri Yaroşa cavab verib.
Müxalifət.az