Axtarış

The search found 105785 results in 0.02 seconds.

Search results

  1. ​MƏTBUATIN HƏDƏFİNDƏ OLAN MƏMUR - Allahşükür Paşazadə ötən həftə “liderliyini” qorudu

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
     

    Muxalifet3 - 26-09-2017

  2. Rusiya 3 min əsgəri həyəcanla ayağa qaldırdı

    Rusiya Mərkəzi Hərbi Dairəsinin 90-cı tank diviziyasının təxminən 3 min əsgəri ikitərəfli taktiki alay təlimləri çərçivəsində Cənubi Uralda həyəcan siqnalı ilə ayağa qaldırılıb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, ilkin mərhələdə hərbi hazırlığın səviyyəsi yoxlanılıb.
    Bildirilir ki, təlimlər 29 sentyabra qədər davam edəcək.

    Muxalifet2 - 26-09-2017

  3. Gömrükdən narkotik keçirmək istəyən şəxs saxlanıldı

    Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkənin vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bükümdə ümumi xalis çəkisi 22,385 qram olan narkotik vasitə - tiryək, bir ədəd bükümdə xalis çəkisi 24,281 qram olan narkotik vasitə - həşiş, 4 ədəd ritalin (metilfenidat) adlı həb və həbin 1/2 miqdarında metadon aşkar edilib.

    Muxalifet2 - 26-09-2017

  4. "Beşiktaş"ın prezidenti Türkiyə Super Kubokunun Azərbaycanda oynanmasını istəyir

    Biz niyə Azərbaycanda, Doha oynamırıq?
     
     “Ötən mövsüm "Milan" və "Yuventus" komandaları arasında İtaliya Super Kubokunun finalı Dohada keçirilib. Biz niyə Azərbaycanda, Doha oynamırıq? Türkiyədə futbolun səviyyəsi çox yetərsizdir”.
    Bunu “Tivibu Spor”da yayımlanan “Orta Nokta” proqramının qonağı olan “Beşiktaş” klubunun prezidenti Fikret Orman futbol üzrə Türkiyə Super Kuboku uğrunda oyunun ölkə xaricində keçirilmə variantına münasibət bildirərkən deyib.

    Muxalifet - 26-09-2017

  5. PKK terrorçuları Qəndildən Kərkükə göndərildi

    İraq Kürd Regional Hökumətinin (İKBY) lideri Məsud Bərzani'nin referendumla gətirdiyi gərginlik bölgədə getdikcə artmağa başladı
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər ki, PKK-nın bölgədəki yerli şurasının qərarına görə, 500 PKK terrorçusu Bərzani peşmərgələrini dəstəkləmək üçün Qəndildən Kərkükə göndərildi. Faktı təsdiq edən görüntülər də Qənndilden gələn terroristlərin peşmərgələrlə qol-qola olduğunu ortaya qoydu.

    Muxalifet - 26-09-2017

  6. Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi - FOTO

    Şimali İraqda keçirilən referendumun nəticələri açıqlanmamış Ərbil əhalisi küçələrə axışaraq bayram keçirib.
    Muxalifet.az xəbər verir ki, nümayişlərdə İsrail bayraqları ilə yanaşı, ABŞ bayraqları da dalğalanıb.
    İraqın şimalındakı Kürd muxtariyyətinin müstəqillik əldə etməsi üçün təşkil edilən referenduma dəstək verən ilk ölkə İsrail olmuşdu.
    ABŞ cəbhəsi isə bütün gücü İŞİD-ə yönəltməyi tövsiyə etmiş və bu bölgədə müstəqilliyi dəstəkləmədiklərini açıqlamışdı. Ancaq Ərbildə çəkilən görüntülər bu açıqlamanın tam əksini göstərib.

    Muxalifet3 - 26-09-2017

  7. ​Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...

    Tokio Universitetinin nəzdində seysmoloji hadisələr üzrə institutun (ERI - Daigaku Jishin Kenkyu-jo, Earthquake Research Institute, University of Tokyo) - əməkdaşları BMT və böyük dövlətlərin hökumətləri üçün qapalı tədqiqat və tövsiyələr hazırlayıb.
    Publika.az bildirir ki, mətbuata sızan məruzədə 2017-ci il üçün bir sıra xəbərdarlıqlar yer alıb. Təəssüf ki, onların çox hissəsi təsdiqlənib:

    Muxalifet2 - 26-09-2017

  8. Prezidentin iqamətgahı önündə atışma: MÜHAFİZƏÇİ ÖLDÜ

    Bu gün səhər saatlarında Filippin Prezidenti Dutertenin Maniladakı Malakananq sarayının önündə atışma baş verib.
    Naməlum şəxsin açdığı atəş nəticəsində prezidentin mühafizə xidmətinin əməkdaşı ölüb.
    “Röyter”in yaydığı məlumata görə, atışma zamanı Duterte iqamətgahda olmayıb.
    Olayla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 26-09-2017

  9. Məktəbdən 156 stul oğurlayan şəxs tutuldu

    Daxili işlər orqanlarının əməkdaşları Suraxanı rayonunda yerləşən orta məktəblərdən birində baş verən oğurluq hadisənin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbin rəhbərliyi DİN-in “102” Zəng Mərkəzinə zəng edərək, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlandığını deyib.

    Muxalifet2 - 26-09-2017

  10. Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu oldu

    Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.
     
    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 22-30 sentyabr tarixlərində keçirilən yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə aparır.

    Muxalifet - 26-09-2017

  11. ​Qazaxıstanda azərbaycanlı BRAKONYELƏR SAXLANILDI

    Qazaxıstanın Mangistau vilayətində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin sahil mühafizəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçdiyinə və brakonyerlik fəaliyyətində şübhəli bilindiyinə görə üç Azərbaycan vətəndaşını saxlayıblar. Qanunu pozanların hamısı müvəqqəti təcridxanaya yerləşdirilib.

    Muxalifet2 - 26-09-2017

  12. İcra başçısının fəhlə kimi işlətdiyi tibb işçiləri... - Qəzaya düşən 22 nəfərdən birinin vəziyyəti ağırlaşdı

    Sentyabrın 19-da Biləsuvarda avtobus qəzasına düşən tibb işçilərindən birinin vəziyyəti ağırlaşıb.
     
    BakuPost.az xəbər verir ki, o təcili olaraq Bakıya gətirilib Xəsarət alan digər 21 nəfərdən isə 15-i evə buraxılıb. 6 nəfər hazırda Biləsuvar Rayon Mərkəzi xəstəxanasında müalicə olunur.
    Xatırladaq ki, 19 sentyabrda Biləsuvar rayon Nəsimi kənd ərazisində avtobusun kanala düşməsi nəticəsində 22 nəfər müxtəlif bədən xəsarətləri alıb.

    Muxalifet - 26-09-2017

  13. Cəlilabadda 43 yaşlı kişi özünü güllələdi

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
     
    Trend xəbər verir ki, hadisə rayonun Dostalılı kəndində baş verib.
    Kənd sakini, 1974-cü il təvəllüdlü Mübariz Musa oğlu Şahbazov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib. M.Şahbazov aldığı güllə yarasından hadisə yerində ölüb.
    Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

    Muxalifet - 26-09-2017

  14. Avtomobillərdən oğurluq edən şəxslər tutuldu - BAKIDA

    Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb. 
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş bildirib ki, Binəqədi rayonu ərazisində ona məxsus “Fiat” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd  mobil telefon oğurlanıb.
    Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məstanov saxlanılıb.

    Muxalifet2 - 26-09-2017

  15. Krediti ödəyə bilməyənlərin cəzası yüngülləşdirilir

    Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir.
    Bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinin sanksiyasında dəyişiklik edilir.

    Muxalifet - 26-09-2017

  16. ​Azərbaycanın rəsmi mövqeyi: Kürd referendumunu qəbul etmirik!

    “Azərbaycan kürdlərin referendum keçirməsinə dəstək vermir. Biz İraqın ərazi bütövlüyünün pozulmasını qətiyyətlə pisləyirik. Rəsmi mövqeyimiz bundan ibarətdir”.

    Muxalifet2 - 26-09-2017

  17. ​Akif Əli niyə cəzalanmadı? – Abid Şərifov danışdı

    Baş nazirin müavini Abid Şərifov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lütfü Zadə haqqında səsləndiriyi fikirlərlə bağlı cəzalanıb-cəzalandırılmamasına münasibət bildirib.
    Muxalifet.az report.az-a istinadən xəbər verir ki, A.Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, kiminsə cəzalandırılması onun işi deyil.
    Baş nazirin müavini qeyd edib ki, bu işlərə baxmır: “Ağlıma batmır ki, Akif Əli Lütfü Zadə haqqında elə söz danışsın. Amma deyirlər ki, danışıb. Cəzalandırmaq məsələsi isə mənlik deyil. Bu işlərlə mən məşğul olmuram”.

    Muxalifet2 - 26-09-2017

  18. Qəflətən vəfat edən tələbənin bibisindən AÇIQLAMA

    Həkim Minarənin ölümünə səbəb kimi ürək tutması diaqnozu qoyub.
     
    Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakıda kirayə qaldığı evdə dünyasını dəyişən Məmmədova Minarənin ölüm səbəbi barədə danışarkən Xaçmaz şəhər Susayqışlaq kənd bələdiyyəsinin sədri və Minarənin bibisi Mehriban Mustafayeva bildirib.
    Onun sözlərinə görə, hadisə heç bir xəstəliyi olmadan birdən-birə olub:

    Muxalifet - 26-09-2017

  19. ​Azərbaycanlı iş adamı arvadını HƏBS ETDİRDİ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Məhkəmənin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
    Xatırladaq ki, dövlət ittihamçısı çıxışında T.Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet2 - 26-09-2017

  20. Laçın İH-nin şöbə müdiri Bərzanini dəstəklədi

    Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.
     
    Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

    Muxalifet - 26-09-2017

Pages