İki uşaq atası özünü ASDI - CƏLİLABADDA
25-09-2017 17:32

Cəlilabad rayonunda iki uşaq atası intihar edib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dostəli kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Mübariz Musa oğlu Şahbazov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.