Rüfət Abbasov işdən çıxdı - SƏBƏBİ AÇIQLANMIR...

Maliyyə Bazarlarına Nəzarət Palatasının müşaviri Rüfət Abbasov (MBNP) işdən çıxıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Fins.az-a Palatadan bildirilib.
Məlumata görə, R.Abbasov iyun ayından etibarən MBNP-dən ayrılıb, səbəb isə açıqlanmayıb. Hazırda MBNP-nın müşaviri vəzifəsi vakant olaraq qalır.
Bundan əlavə, Nərgiz İbrahimova avqust ayından etibarən MBNP-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi təyin edilib.
Xatırladaq ki, o, 2016-cı ilin may ayında etibarən bu vəzifəsinə təyin edilmişdi.