Axtarış
The search found 105785 results in 0.073 seconds.
Search results
8-ci sinif şagirdini İLAN VURDU
İmişlinin Oruclu kəndində 8-ci sinif şagirdi Amil Həsənlini ilan vurub.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, Oruclu tam orta məktəbinin 8-ci sinif şagirdi Amil Həsənli dərsdən çıxıb evə gedərkən onu qəflətən ilan sancıb. O, axşam saatlarında İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevin Publika.az-a verdiyi məlumata görə, Amil Həsənli dünən xəstəxaya yerləşdirilib:Muxalifet2 - 26-09-2017
“Reket jurnalist”lərin yeni həbs dalğası başlaya bilər
Ekspertlər hesab edirlər ki, jurnalist adına ləkə gətirən şəxslər ciddi cəzalandırılmalıdır
Muxalifet3 - 26-09-2017
Prezident lham Əliyev NATO nümayəndəsi ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
Görüş zamanı Azərbaycanla NATO arasındakı münasibətlər müzakirə olunub.Muxalifet2 - 26-09-2017
“Sovetski”də 10 minə yaxın ev SÖKÜLƏCƏK
“Sovetski”də gələn ilədək söküntü işləri aparılmayacaq.
Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.
Baş nazirin müavini bildirib ki, ilkin layihədə "Sovetski"də 10 min evin sökülməsi nəzərdə tutulub: "Lakin 10 min evi 4-ə vuranda 40 min alınır. 40 minlik şəhər salmaq, insanları köçürmək asan məsələ deyil. Buna böyük vəsait, vaxt tələb olunur. Orada yaradılan şəraitin hamısı insan üçündür. "Sovetski"də insanları bəladan xilas etdik. Orada gözəl yollar, yaxşı parklar salınır".Muxalifet2 - 26-09-2017
Avropanın mərkəzində anti-islam hərəkatı: məscid yandırıldı - VİDEO
İsveçin Orebro şəhərində məscid yandırılıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində eyni anda 250 müsəlmanın ibadət etdiyi məscid tamamilə yararsız hala düşüb.
Yanğın nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Şəhərin yanğınsöndürmə bürosunun komandiri Ulf Yakopbsen ərazidən toplanan qalıqların yanğının qəsdən törədilməsinə işarə verdiyini söyləyib.Muxalifet2 - 26-09-2017
Netanyahu Kürd referendumu haqda danışmağa yasaq qoydu
Müxalifət.az xəbər verir ki, Reuters xəbər agentliyi İsrail baş naziri Binyamin Netanyahunun dünən İraqda aparılan Kürd müstəqillik referendumu haqqında hökumət adından hər hansı bir şərh verilməsini qadağan etdiyini yazdı.
Netanyahunun daha əvvəl referendumu dəstəkləyən açıqlaması Türkiyənin təpkisini çəkmişdi. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən etdiyi bir açıqlamada Netanyahunun Kürdlər məsələsindəki mövqeyinin Ankaranın İsrail ilə əlaqələrinə təsir edəcəyini söyləmişdi.Muxalifet - 26-09-2017
“KamAZ” qadının üzərindən keçdi- SAMUXDA
Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumatına görə, dünən saat 12 radələrində Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində qəsəbə sakini Fərid Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi Kübra Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Samux RPŞ tərəfindən araşdırma aparılır.Muxalifet2 - 26-09-2017
Fikrət Qocanın oğlunu öldürən şəxs: "Onunla dost idik"
Şair Fikrət Qocanın oğlunu öldürməkdə təqdirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəhmədov Elnur Balamirzə oğlunun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Nəhmədov ifadə verib.
Təqsirləndirilən şəxs bildirib ki, Yalçın Qocayevi öldürmək niyyəti olmayıb: "Onunla yaxın dost idik. Yalçını öldürmək niyyətim yox idi. Əməlimdən peşmanam".Muxalifet2 - 26-09-2017
“Land Cruiser” prospektdə qəza törətdi - Foto
Heydər Əliyev prospektində qəza baş verib.
Muxalifət.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə təxminən yarım saat öncə qeydə alınıb.
“Toyota Land Cruiser” markalı 90 GO 016 dövlət nömrə nişanlı avtomobil “Nissan Tiida” markalı maşını arxadan vurub. Nəticədə, “Tiida”nın sürücüsü başından xəsarət alıb.
Fotoları sosial şəbəkədə Haldun Novruzzadə adlı istifadəçi paylaşıb.Muxalifet2 - 26-09-2017
Bərzanidən SAXTA referendum: Dünyaya rəzil oldular
Bərzani rəhbərliyi, müstəqillik referendumunda iştirak nisbətini yüzdə 72 olaraq verib, ancaq öz mətbuat orqanlarında verilən şəhərlərə aid faizlər 85-90 faiz səviyyəsində göstərilir.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq Regional Kürd Rəhbərliyi (IKBY) nəticələri açıqlamağa başlayıb.
Ancaq Məsud Bərzani rəhbərliyinin yayım orqanı Rudawın verdiyi məlumatlarda ziddiyyətlər var. Rudaw, referendumda iştirak nisbətini yüzdə 72 olaraq manşetə daşıdı.Muxalifet - 26-09-2017
Bakının mərkəzində yaşayan sakinləri evlərindən küçəyə atırlar - FOTOLAR
15-18 min manatlıq kompensasiyadan imtina edən sakinlər prezidentdən və xanımından dəstək gözləyirlər
“Bizə əmr edirlər ki, kimin evində prezidentin, Mehriban xanımın şəkilləri vurulub, çıxarsın”
Muxalifet3 - 26-09-2017
Bacılardakı HÖKMƏ BAX: AFFA-da Rövnəq Abdullayevin göstərişini geri oxutdurublar
Bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) “at oynadan” Xanım və Sevinc Hüseynova bacıları barədə mətbuatda geniş məlumat verilmişdi.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, onların özlərini apara bilməməsi haqda olay ictimailəşəndən sonra AFFA prezidenti Rövnəq Abdullayev məsələyə qarışıb və o, həmin bacıların işdən azad olunması ilə bağlı göstəriş verib.
Modern.az-ın əməkdaşı bacılarla bağlı xəbəri dəqiqləşdirmək üçün AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.Muxalifet - 26-09-2017
Putin prezidentliyə namizədliyini elan edəcək
Rusiya prezidenti Vladimir Putin yeni müddətə prezident seçilmək üçün namizədliyini elan edəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin bu addımı Gənclər və Tələbələr Festivalında elan edəcəyi gözlənilir.
Hesab olunur ki, festival oktyabrın 14-2 22-i tarixlərində Soçidə keçiriləcək.Muxalifet - 26-09-2017
Qeyri-adi TOY: gəlinliyi 250 uşaq daşıdı, yol bağlandı- VİDEO
Şri-Lankada qeyri-adi toy mərasimi keçirilib.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, toyda gəlinin gəlinliyini daşımaq üçün 250 uşaq iştirak edib. Qeyri-adi toy həm də bununla yadda qalıb ki, uzunluğu 2 kilometrə yaxın olan gəlinlik bütün yolun bağlanmasına səbəb olub.
Toy mərasimində iştirak edən uşaqlarla bağlı Milli Uşaq Hüquqlarının Müdafiəsi Təşkilatı iddia qaldırıb. Cütlük azyaşlı uşaqların bu kimi mərasimlərdə istismar olunmasını hüquq pozuntusu hesab edib və qanuni yollarla cütlüyə 10 il müddətinə həbs tələb edib.Muxalifet3 - 26-09-2017
Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI
2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi.
“Obozrevatel” nəşri xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının “Xalq cəbhəsi” fraksiyasının üzvü, parlamentin hüquq-mühafizə fəaliyyətinin qanunverici təminatı məsələləri üzrə komitəsinin katibi Anton Qeraşenko “5 kanal”ın efirində deyib.Muxalifet3 - 26-09-2017
ADU-da etiraz edən tələbələrə Kamal Abdulladan “demokratik” yanaşma – 4 tələbəni qovdu, 8-nə töhmət verdi
Bir müddət əvvəl etiraz aksiyaları ilə gündəmə gələn Azərbaycan Dillər Universitetində yenidən narazılıqlar yaranıb.
BakuPost.az-ın məlumatına görə, sentyabrın 22-də universitetin Təbriz küçəsində yerləşən korpusunda Təhsil fakültəsinin tələbələri aksiyaya başlayıblar. Onlar korpusdakı tələbə sıxlığına etiraz ediblər. Fakültənin dekanı Fikrət Cahangirov tələbələrin qarşısına çıxıb, onlardan aksiyanı dayandırmağı istəyib və istəklərinin dinləniləcəyini qeyd edib.Muxalifet - 26-09-2017
Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR
Şimali İraq Kürd Muxtariyyəti dünən keçirilən referendumla “müstəqillik” əldə etdi. Kürdlərin “müstəqil sərhədləri”nə Kərkükün daxil edilməsi isə bu türk torpağının işğalının tamamlanması deməkdir. Türkiyə Ankara sazişinin ona verdiyi imkana rəğmən, Kərkükə girmədi. Bundan sonra da hərbi müdaxilənin olub-olmayacağı dəqiq deyil. Kərkükün kürdlər tərəfindən işğalı Türkiyənin mərhum prezidenti Turqut Özalın Kərkük-Mosul planını yada salır.
Türkiyə mənbələri Özalın Kərkük-Mosul planını araşdırıb.
Muxalifet3 - 26-09-2017
Biləsuvarda 56 yaşlı qadın özünü asdı – 3 UŞAQ ANASI OLUB...
Bu gün Biləsuvar şəhərinin Ç.İldırım küçəsindəki evlərdən birində intihar hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 56 yaşlı Əzimova Safurə Əhmədxan qızı özünü həyətdəki talvardan asaraq intihar edib.
Safurə Əzimova 3 uşaq anası olub. Məlumata görə, uzun müddət imiş ki, ailədə münaqişə yaşanırımış. Hətta bu münaqişələrə görə Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılırmış.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Muxalifet3 - 26-09-2017
“26-lar”ın məzarlarını ziyarət edənlər kimə arxayındırlar?
Onlar yaxşı bilirlər ki, qonum-qonşu onları daşqalaq etməyəcək, iş yerindən də onları it kimi qovmayacaqlar...
Muxalifet3 - 26-09-2017
Gürcüstan-Rusiya sərhədində partlayış – 1 ölü, 2 yaralı
Gürcüstan-Rusiya sərhədində partlayış baş verib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi informasiya yayıb.
Hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. İnsidentin qaz balonunun partlaması nəticəsində baş verməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 26-09-2017